Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəddarə
Qəddarə — Hər iki tərəfi kəsən ağır qılınc. == Tarixi == Şərq aləmində qəddarədən istifadə edilib. Həm döyüş silahı kimi, həm də cəllad silahı kimi.
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Qələmə qovağı
Hüseynqulu xan Əbu Qəddarə
Hüseynqulu xan Əbu Qəddarə (fars. حسین‌قلی خان) və ya Əbu Qəddarə (ərəb. ابو قَدَّارَة) — Qacar ​​İranının İlam (Pişt-e-Kuh) bölgəsinin Feyli kürd əmiri və vəlisi idi. == Həyat və qayda == Hüseynqulu xan 1834-cü ildə öz torpağını idarə edən başqa bir Feyli liderinin oğlu olaraq anadan olmuşdur. O, gənclik illərində atası Abbasqulu xana qarşı üsyan etmiş və bir neçə il sürgün edilmiş və Osmanlı İmperiyasına tabe olan Xanaqin və Mandalı Feyli şəhərlərində dolaşmışdır. Hüseynqulu xan sonra üsyanını davam etdirmək üçün İrana qayıtdı. Hüseynqulu xan və Abbasqulu Xan arasındakı qarşıdurmada bir çox zadəgan və hərbi rəhbər Abbasqulu Xanı dəstəklədi və Hüseynqulu xanın yenidən Osmanlı torpağına sığınmasına səbəb oldu. Növbəti üsyanı zamanı Bələvənd kürd tayfasının başçısı, Holeylan hökmdarı Lütf Əli Xan Esfəndiarinin dəstəyi və hərbi yardımı ilə. Hüseynqulu xan Abbasqulu xan üzərində qələbə qazana bildi və müasir İlam əyalətində hökmranlıq etdi, sonra nəzarətini sürətlə artıracaq. Hüseynqulu xanın ərazisinə müasir İlam əyalətindən ibarət olan bütün Pişt-e-Kuh, Kirmanşah əyalətinin bir hissəsi, Lorestan vilayəti, Xuzistan əyaləti və Diyala əyalətinin kürd hissələri daxildir.
Qədəm-i Şərif
Qədəm-i Şərif — Məhəmməd Peyğəmbərə aid olduğuna inanılan ayaq izləri.
Gendərə
Gendərə (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Gendərə (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Gendərə (Babək) — Azərbaycanın Babək rayonu ərazisində dağ. Gendərə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Gendərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda dərə.
Gendərə (Babək)
Gendərə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərqində yerləşir. (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında, Nəcəfəlidizə kəndindən 1 km şimal-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir. == İstinadlar == == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Gendərə (Yardımlı)
Gendərə — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə mövcud olmuş Cunduza kəndinin binə yeri olmuşdur. Sonralar binə tədricən kəndə çevrilmışdir. Kənd Gendərə (geniş dərə) adlı yerdə yerləşdiyi üçün belə adlandırılmışdır.
Gendərə (İsmayıllı)
Gendərə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidinin tərkibindəki Gendərə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Gendərə kəndi Girdimançayın sahilində, dağlıq ərazidə yerləşir. Oykonim gen və dərə komponentlərinin birləşməsindən ibarətdir. Girdiman çayının hövzəsi bu sahədə daha da genişləndiyi üçün çayın həmin hissəsi Gendərə adlanır. Kəndin adı yerləşdiyi ərazisinin relyef xüsusiyyətini özündə əks etdirir.
Patrik Geddes
Patrik Geddes (2 oktyabr 1854[…], Ballater[d], Aberdinşir[d] – 17 aprel 1932[…], Monpelye) – şotland bioloq, şəhərsalma nəzəriyyəçisi, memar, sosioloq. Biologiyanı Londonda Hekslidən öyrənmiş, 1880–1919-cu illərdə Dandi universitetində botanikadan dərs demişdir. Edinburqda sosial problemləri öyrənən yay məktəbində işləmişdir. "Ramzey-hardens kooperativ yaşayış evi", Edinburq universitetinin "Ramzeyloc" özünüidarə zalı onun layihəsi əsasında inşa olunmuşdur. 1910-cu ildə Londonda ilk beynəlxalq şəhərsalma konfransını təşkil etmişdir. Londonda o, Şəhərsalma insitutunun yaradıcılarından biridir.
Qeddes adası
Qeddes adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın mərkəzində, Vanderbilt boğazı akvatoriyasında, La-Ronser adası ilə Vilçek Torpağı adası arasında yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 1 km-dir. Yayda buzdan azad olur. Qeddes adası şotland alimi ser Patrik Geddesin şərəfinə adlandırılmışdır. Sinqlerin ekspedisiyası adanı ilk dəfə görərkən səhvənbirinci dəfə kəşf etdiklərini zənn edərək onu amerika geoloqu Ferdinand qaydenin şərəfinə adlandırmışlar.
Barbara Bel Geddes
Barbara Bel Geddes (31 oktyabr 1922[…], Nyu-York, Nyu-York ştatı – 8 avqust 2005[…], Nortist-Harbor[d]) — keçmiş ABŞ aktrisası, sənətçisi və yazıçısı.