Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarnakar
Çormanlı (əvvəlki adı: Qarnakar) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qarnakar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Qarnakar kəndi Çormanlı kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çormanlı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çormanlı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. == Toponimikası == XIX-XX əsrlərdə Dovşanlı və Vəng kəndlərindən gəlmiş ermənilər burada məskunlaşdıqdan sonra kəndi Qarnakar (erm. qarna - oyuq, sərhəd nişangahı və kardaş) adlandırmışdılar. 1992-ci ildən kəndin adı Çormanlı kimi rəsmiləşdirilmişdir. Etnotoponimdir.
Qareyka
Qareyka (rus. Гарейка, başq. Гәрәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 39 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 18 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (60%) tatarlar (35%) üstünlük təşkil edir.