SOYĞUNÇU

SOYĞUNÇU Günəş yolçusuyam, soyğunçu gəlsə; Mən onun bağrını al-qan eylərəm (M.Rahim); BANDİT Cümə günü bütün banditlər öz dəstələri ilə ayı çınqılına toplandılar (Ə.Vəliyev); BASQINÇI ..Qıpçaq Məlik basqınçı köçəri tayfalardan birinin başçısı idi (Anar); ÇAPQINÇI ..bədbəxt hadisəmi üz vermiş, canına sui-qəsd edənini olmuş, evimizi çapqınçılarmı basmış? (T.Ş.Simürğ); HAYDUT Ormanda haydutlar tərəfindən atılan guruşundan qorxmuş olan Rənaya: “Heç qorxma, yanımda həm silah var, həm də altun, əvət, nasıl da parlar” – deyə qürur göstərir (A.Şaiq); HƏRAMİ Oğru ol, hərami ol, doğruluğu əldən vermə (Ata. sözü); QAÇAQ Əbdülkərim indiki qaçaqlara bənzəməzdi (Ə.Haqverdiyev); QARƏTÇİ Çar jandarmeriyası və çar polisləri Bakı şəhərini qarətçilərə, quldurlara, adamöldürənlərə tapşırmışdı (M.S.Ordubadi); QULDUR, YOLKƏSƏN [Hacı Qara:] Mən quldur deyiləm, yolkəsən deyiləm (M.F.Axundzadə); TALANÇI Yusif: Padşah və onun talançı vəzirləri vaxtında Qəzvinin ətrafına su çəkdirsəydi, belə bahalıq olmazdı (A.Şaiq); QARƏTKAR.

SOYAD
SOYĞUNÇULUQ

Digər lüğətlərdə