Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qovğalı kəndinin gecələri
== Məzmun == Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Qovğalı kəndinin gecələri (film, 2008)
== Məzmun == Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Qocalıq
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Qovacıq
Qovacıq (rus dilində Кеваджик, Куваджук şəkillərində yazılır), indiki rusca rəsmi adı Sovetskoye (rus. Советское) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən bir kənd. == Tarixi == Tarixi olaraq bu kənddə dağ yahudiləri qalırdı. Kəndin ikinci adı Məmrac idi. Deyilənə görə Məmrac bəy bir sufi başçısı idi. 1952-ci ildə SSRİ yahudiləri bu kənddən qovandan sonra Sovetski adı verir.
Ovalıq
Ovalıq (rus. низменность, ing. low land, lowland) — dəniz səviyyəsindən 200 m-ə qədər yüksəkdə yerləşən quru sahəsi. Səthi adətən düzən, qismən təpəlik olur. Əsasən tektonik enmələr və çökəkliklərin dəniz, yaxud kontinental çöküntülərlə dolması nəticsində yaranır. Dəniz səviyyəsindən aşağıda yerləşən Ovalıqlar (məs. Xəzəryanı) da var. Azərbaycan Respublikası ərazisinin təqribən 2/5-si ovalıqdır (Kür-Araz , Samur-Dəvəçi, Lənkəran). Dəniz səviyyəsindən aşağıda da yerləşən Ovalıq vardır. Bütün quru 48.2mln.
Qarğalıq (Masallı)
Qarğalıq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin sayı 1705 nəfərdir. == Toponimiyası == Qarğalıq oykonimi coğrafi obyekt adı olmaqla qədim türk tayfalarından birinin adı olan qarqaikarqa və qədim türk dilli abidələrdə bir sıra mənalarla yanaşı, həm də -/* şəkilçisinin sinonimi kimi mənsubluq, aidlik mənasında işlənmiş -hq şəkilçisindən ibarət olub “qarğa tayfasına məxsus (kənd)” mənasını daşıyır. Karqa etnonimi mənbələrin birində qaraqalpaklann bir qolunun adı kimi qeyd edilir. Bu ada Qərbi Sibir, qırğız və özbək xalqlarının arasında da rast gəlinir. Keçən əsrdə Tatarıstanda Karqalı, Şimali Qazaxıstanda Karqalı, Krımda Karqalıq toponimləri qeydə alınmışdır.
Qarğalıq (Naxçıvan)
Qarağalıq — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir. Qəsəbə Araz çayının sahilində, şəhər mərkəzindən cənub-qərbində 7 km məsafədə yerləşir. Culfa - Uluxanlı dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Hazırda stansiya kimi də istifadə olunur. == Etimologiya == Qarğalıq qəsəbəsinin adı qarğa(türk qəbiləsindən birı) və -lıq şəkilçisinin komponentlərindən yaranmış, mənası "Qarğa qəbiləsinə mənsub yer" deməkdir. Qarğa etnonimi həmçinin başqa türk xalqalrında da Azərbaycandakı kimi işlənməkdədir. Məsələn, qaraqalpaq tayfalarından birinin adı kimi də qeyd olunur. Bu ada qırğızlar və özbəklər arasında, əlavə olaraq Qərbi Sibiri də türk xalqları arasında çox rast gəlinir. Krımda, Şimali Qazaxıstan, Tatarıstanda da Qarğalı toponimlərinə çox rast gəlinir.
Qarğalıq (Xaçmaz)
Qarğalıq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Şor qoğalı
Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. == Lazım olan məmulatlar == Xəmir: Maya 30 qr Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qr İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. == Hazırlanma qaydası == Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır.
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.