QONAQLIQ

is. Bir münasibətlə tanışları evinə və ya başqa yerə dəvət edib, onları yedirib-içirmə; ziyafət. Qonaqlıq düzəltmək. Qonaqlığa getmək. Qonaqlıq eləmək. Bu gün gələn qonaqların şərəfinə böyük bir qonaqlıq verildi.
– Dedim: – Əzizim, Lağlağı, … səbir elə, görək İbrahim bəy Təbrizin qonaqlıq məclisindən nə yazır? C.Məmmədquluzadə.
[Nəbi:] Cəbi, bu gecə bizdə böyük qonaqlıq var. S.S.Axundov.
Dünən Qazanxanın qəsrində qonaqlıq idi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QONAQLIQ qonaqlıq bax ziyafət
  • QONAQLIQ ziyafət
QONAQLAMAQ
QONAQPƏRƏST
OBASTAN VİKİ
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.

Digər lüğətlərdə

взро́слый га́лстучек некорре́ктный переплетённость пропина́ция сбру́йница сга́снуть су́мчатые доминика́нский живы́е картины поколыха́ть рекламиза́ция слышно, как му́ха пролетит ши́шечка -ation able-bodied genethliacs two-speed бандитский варка двухквартирный лесоповал осенний слабеть урядник