Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çörək qırıntısı menyusu
Çörək qırıntısı menyusu — veb-səhifədə yerləşən və iyerarxik təşkil olunmuş veb-saytda həmin səhifənin yerini bildirən menyu. Bu menyuda sonuncudan başqa bütün elementlər, adətən, daxili hiperistinadlar olur. "Çörək qırıntısı" menyusunun adı Qrim qardaşlarının "Hansel və Qretel" nağılındakı süjetdən götürülüb: ikinci dəfə meşədə olanda uşaqlar geriyə yolu tapa bilmirlər, çünki bu dəfə onlar yola nişanə kimi kiçik daşların əvəzinə çörək qırıntıları atırlar. Çörək qırıntılarını isə meşə quşları yeyirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.