Everything You've Come to Expect
Everything You've Come to Expect — The Last Shadow Puppets qrupunun 1 aprel 2016-cı ildə Domino Records tərəfindən buraxılan ikinci albomu. Albom 2014-cü ildə London, Paris və Los-Anceles şəhərlərində qrupun həmmüəllifləri Aleks Törner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Malibuda qrupun üzvü Ceyms Ford qonaq musiqiçi Mett Helders və yeni basçı Zak Daues ilə birlikdə etmişdir. Aranjimanlar əvvəlki albomda olduğu kimi yenidən Ouen Pallett tərəfindən edilmişdir. Üz qabığında 1969-cu ilin noyabrında Cek Robinson tərəfindən çəkilmiş Tina Törnerin rəqs etdiyi zaman çəkilmiş şəkli yer almışdır. Şəkli illüstrator Metyu Kuper dəyişdirərək ona qızılı rəng verib.
Everything You've Come to Expect qrupun əvvəlki albomundan fərqli olaraq daha çox maksimalist səviyyədə hazırlanıb. Mahnılar əsasən barokko-pop, mavi göz soul və psixodelik pop janrındadır. Albom desert rock, postpank, fank, disko və italyan film saundtrekləri də daxil olmaqla müxtəlif yerlərdən təsirlənib. Mahnıların sözləri hedonizm, romantika, özünə dəyər və iki gənc kişinin gecə həyatı haqqındadır.