Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Qıraqlı
Qıraqlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qıraqlı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Quraqlıq (1971)
== Məzmun == Kinolentdə quraqlığın kənd təsərrüfatına böyük ziyan vurmasından, bunun qarşısının alınması üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Qıraqlı (Saatlı)
Qıraqlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilmişdir. == Əhalisi == Əhalisinin sayı 3622 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisi əsasən pambıqçılıqla məşğul olurlar.
Qıraqlı (Xaçmaz)
Qıraqlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Kənddə yeni məktəb tikilib istifadəyə verilmişdir . == Din == Kənddə Qırağlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Quraqlıq (film, 1971)
== Məzmun == Kinolentdə quraqlığın kənd təsərrüfatına böyük ziyan vurmasından, bunun qarşısının alınması üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.