QURAQLIQ

is. Havaların isti keçməsi ilə bərabər, uzun müddət yağış yağmaması üzündən torpaqda rütubətin çatmaması və bunun nəticəsində əkin və bitkilərin tamamilə, ya qismən quruyub tələf olması.
Keçən il nəhayətdə quraqlıq olmaq səbəbi ilə və Qəzvinin ətrafında suyun qıtlığı cəhəti ilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. M.F.Axundzadə.
Məlumdur ki, bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxırlar. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURAQLIQ yağmursuzluq — quruluq

Antonimlər (əks mənalı sözlər)

  • QURAQLIQ QURAQLIQ – YAĞARLIQ Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu (A.Şaiq); Bu hadisə yağarlıqla əlaqədardır (Ə

Etimologiya

  • QURAQLIQ Qurumaq feili ilə bağlıdır. Sonra quru(maq) sözündəki u səsi düşüb və quru-aq kəlməsi quraq şəklində sabitləşib
QURAQLIĞADAVAMLI
QURAQSIMA
OBASTAN VİKİ
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Quraqlıq (1971)
== Məzmun == Kinolentdə quraqlığın kənd təsərrüfatına böyük ziyan vurmasından, bunun qarşısının alınması üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Quraqlıq (film, 1971)
== Məzmun == Kinolentdə quraqlığın kənd təsərrüfatına böyük ziyan vurmasından, bunun qarşısının alınması üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.

Digər lüğətlərdə

антраце́н аппози́ция коле́т мша́лый обви́вочный па́чеси подма́нка пола́зать премье́р наклейно́й не́тто ока́лывание поля́нка проскочи́ть створя́ться жамка ятник basic federalist love-in-idleness off-island praenomina sonant забастовка телезритель