Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qələmə qovağı
Qələmə qovağı — (lat.
Eynşteyn cəmləmə qaydası
Eynşteyn cəmləmə qaydası Albert Eynşteyn tərəfindən, Ümumi Nisbilik Nəzəriyyəsi yazılarkən daha qısa və anlaşıqlı dildə cəmləmə əməliyyatını( ∑ {\displaystyle \sum } ) ifadə etmək məqsədilə gətirilib. Sonralar bu nəzəriyyədən istifadə edən digər alimlər arasında da bu ifadə tərzi yayılmağa başladı. Qayda ondan ibarətdir ki, hər hansı növ tenzorlardan, koordinatlardan ibarət birhədlidə eyni simvol həm alt indeks, həm də üst indeks kimi yazılırsa, bu, o birhədlidə həmin indeks üzrə bütün komponentlərin bir-birilə cəmlənməsi anlamına gəlir: Bu, x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektoru üçün uzunluğun kvadratı( | x → | 2 {\displaystyle |{\vec {x}}|^{2}} ) düsturu olub, x α {\displaystyle x^{\alpha }} — x → {\displaystyle {\vec {x}}} yerdəyişmə vektorunun α {\displaystyle \alpha } koordinatını, x α {\displaystyle x_{\alpha }} — x ~ {\displaystyle {\tilde {x}}} yerdəyişmə kovektorunun α {\displaystyle \alpha } koordinatını( x α = g α λ x λ {\displaystyle x_{\alpha }=g_{\alpha \lambda }x^{\lambda }} ), m — koordinatların sayını göstərir. == Skalyar hasil == İki V → = ( V 0 , V 1 , V 2 , V 3 ) {\displaystyle {\vec {V}}=(V^{0},V^{1},V^{2},V^{3})} və U → = ( U 0 , U 1 , U 2 , U 3 ) {\displaystyle {\vec {U}}=(U^{0},U^{1},U^{2},U^{3})} vektoru verilirsə bu vektorların skalyar hasili Eynşteyn cəmləmə qaydası ilə daha qısa şəkildə belə ifadə olunar: V → ⋅ U → = V α U α = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 , U α = g α λ U λ {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{\alpha }U_{\alpha }=V^{0}U_{0}+V^{1}U_{1}+V^{2}U_{2}+V^{3}U_{3},\quad U_{\alpha }=g_{\alpha \lambda }U^{\lambda }} burada g α λ {\displaystyle g_{\alpha \lambda }} — metrik tenzordur. Evklid fəzasının metrikası diaqonal olduğundan və sıfırdan fərqli bütün komponentləri vahidə bərabər olduğundan( g α β = δ β α {\displaystyle g_{\alpha \beta }=\delta _{\beta }^{\alpha }} ) skalyar hasil V → ⋅ U → = V 0 U 0 + V 1 U 1 + V 2 U 2 + V 3 U 3 {\displaystyle {\vec {V}}\cdot {\vec {U}}=V^{0}U^{0}+V^{1}U^{1}+V^{2}U^{2}+V^{3}U^{3}} formasını alır.
Avqust gələndə (film, 1984)
Avqust gələndə filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1984-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 15 yaşlı Arifin və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır. Filmdə əsas rolları Natiq Abdullayev, Şahmar Ələkbərov, Valeri Rıjakov, Dadaş Kazımov, Şükufə Yusupova və Ayan Mirqasımova ifa edirlər. == Məzmun == Film yeniyetmələr üçün nəzərdə tutulmuşdur, lakin hər bir uşaq filmi yaşlı tamaşaçıya da ünvanlanır. Burada 15 yaşlı Arifin (Natiq Abdullayev) və onun dostlarının yeniyetmə xarakterlərinin formalaşmasından, şüurlarının özünütəsdiqindən danışılır.Arifin atası Nadir (Hamlet Xanızadə) gəmidə kapitan işləyib və günlərin birində vəzifəsini yerinə yetirərkən həlak olub. Anası (Şükufə Yusupova) həkimdir. O, iki oğlunu təkbaşına böyüdür. Arifin dayısı Cümşüd (Şahmar Ələkbərov) əczaçıdır, aptekdə işləyir və bacısının övladlarının qayğısına qalır.Arif xilasedicilər dərnəyində məşqlərə gedir, amma sudan qorxur. Buna görə də məşqçi (Rafiq Əliyev) onu dərnəkdən qovur.
Bayquş gələndə... (film, 1978)
Bayquş gələndə filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır. Filmdə əsas rolları Emin Qafarzadə, Fikrət Məmmədov, Həsənağa Turabov, Gülşən Qurbanova, Firəngiz Şərifova, İsmayıl Osmanlı, Vidadi Əliyev və Sevil Rəsulova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır.Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi (İsmayıl Osmanlı) yaşayır. Keçmişdən, gələcəkdən maraqlı əhvalatlar danışan bu kişinin evinə Tahir də tez-tez qonaq gəlir.