QƏMLƏNMƏK

QƏMLƏNMƏK Millətin dərdi ilə qəmləndin; Bulmadınmı dəva, vərəmləndin? (A.Səhhət); DƏRDLƏNMƏK Gəray bəy dərdlənir qarlı dağ kimi (S.Vurğun); QƏM ÇƏKMƏK Qəm çəkmə bu qədər, divanə könül; Həmişə ruzigar böylə dar olmaz.. (Aşıq Qurbani); QƏM YEMƏK ..Heç qəm yemə, Nəriman; Unutma ki, belə getməz bu yaşayış, bu dövran (S.Rüstəm); QƏMGİN OLMAQ ..Piri kişi xeyli qəmgin oldu.. (S.S.Axundov); QUBARLANMAQ Kişi qubarlanıb soldu büsbütün (M.Rahim); QÜSSƏLƏNMƏK Nədənsə Əhməd isti yay günlərində sərçələrin cikkiltisinə qulaq asanda qüssələnirdi (İ.Şıxlı).

QƏMGİN
QƏMLİ

Digər lüğətlərdə