Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarımton
Yarımton – çapda fotoqrafiyanın və başqa görüntülərin diametrləri müxtəlif olan çox kiçik, müntəzəm paylanmış “ləkələr” şəklində verilməsindən ibarət texnologiya; çapda onların qarışığından boz rəngin bu və ya digər çaları əmələ gəlir. Nəşriyyat işində istifadə olunan printerlərin çoxu (xüsusən, lazerli printerlər və fotoyığım maşınları) yarımton görüntülər çap edə bilər. Adi nəşriyyat işində yarımton, görüntünün xüsusi ekran vasitəsilə fotoşəklinin çəkilməsi yolu ilə alınır; görüntünün hər hansı nöqtəsinin çaları nə qədər tünd olarsa, alınan fotoşəkildə uyğun ləkələrin sayı da bir o qədər çox olacaq. Nəşriyyat proqramlarında yarımton ləkələr elektron üsulla yaradılır: boz rəngin hər bir səviyyəsi lazerli printerdə və ya fotoyığım qurğusunda çap edilən nöqtələr çoxluğu kimi göstərilir. Yarımton görüntünün keyfiyyətinə iki əsas amil təsir edir: printerin çözümlülüyü nə qədər çox olarsa, ləkələr arasındakı keçidlər də bir o qədər müntəzəm olacaq və boz rəngin bir o qədər çox səviyyəsini əks etdirmək mümkün olacaq, çünki hər bir ləkə nöqtələrin daha geniş diapazonu ilə göstərilə biləcək. (PostScript-uyumlu printerlərin ən geniş yayılmış çözümlülük qiymətləri bir düymə 300-dən 2540-dək nöqtə aralığında yerləşir). Yarımtonların ekran tezliyi verilmiş sahədə boz rəngin səviyyələrini göstərmək üçün istifadə olunan ləkələrin sayını müəyyən edir: adi nəşriyyat işində ekran tezlikləri bir düymdəki xətlərin sayı ilə, nəşriyyat proqramlarında isə bir düymdəki nöqtələrin sayı ilə ölçülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Halftone What is halftone printing?
Yarımtıx
Yarımtıx - türk və altay mifologiyalarında və xalq inancında yarım insan şəklindəki canavar. Tək qıçlı, tək qollu, tək gözlü, tək dişli, tək buynuzlu canavardır. "Tək dişi qalmış canavar" təbirini çağrıştırmaktadır. Şeytanı bir xarakteri vardır. Ural və Sibir tatarları meşədə Yarımtıx adlı bir varlığın da yaşadığına inanırlar. Yarım bədənli və ya tək gözlü, tək qollu, tək ayaqlı bir varlıqdır. İnsanlar ondan çox qorxarlar və ona ağ xoruz qurban edirlər. Çox maraqlıdır; kəndə qədər gəlib gəzər, insanları izlər. Ondan xilas olmaq üçün də ayaqqabıları, geyimləri tərs geymək lazımdır. Ağılı da yarım olan Yarımtıx, tərs geyinən ayaqqabının yolunu edib tərs tərəfə yönelirmiş.
Yarımtağ
Yarımtağ – (rus. полусвод, ing. half-arch) qapalı olmayan iri müsbət platforma strukturası.
Yarımkol sekurineqa
Yarımkol flyuggeya (lat. Flueggea suffruticosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. == Təbii yayılması == Koreya, Mancuriya, Şimal-Şərqi Çin, Xabarovsk, Amur vilayətlərində bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m olan, şaxələnmiş, çoxsaylı düz, çılpaq budaqlı, yarpağını tökən koldur. Yaşlı budaqları açıq-sarı, cavan budaqları isə yaşıldır. Cavan zoğları nazik, açıq-yaşıl və ya açıqyaşılımtıl-sarıdır. Govdələrinin qabığı boz rəngdədir. Yarpaqları növbəli düzülüşlü, ellipsvari və ya yumurtavaridən yumurtavari-lansetşəkilliyə kimi dəyişir, çılpaqdır, 2-7 sm uzunluqda, 0,6-3,5 sm enində, üstdən tünd və ya sarımtıl yaşıl, altdan açıq rəngdədir. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri yaşılımtıl-ağ, yaxud yaşılımtıl-sarı olub, ləçəksizdir.
Yarımtək vena
Yarımtək vena (lat. v. hemiazygos) — onurğanın döş hissəsinin sol tərəfində yerləşərək yuxarı və aşağı boş vena sistemini bir-biri ilə birləşdirir. Sol qalxan bel venasından (lat. v. lumbalis ascendens sinistra) başlayaraq döş fəqərələrinin sol tərəfi ilə və döş aortasının dalı ilə yeddinci və ya səkkizinci döş fəqərəsinədək yuxarı qalxır və haman fəqərələrin bərabərliyində ümumi limfa axacağının, döş aortasının və qida borusunun dalından sağa keçir və tək venaya açılır. Bu damar aşağı dörd qabırğaarası venaları, qida borusu, orta divar, bronx və ürək kisəsi venalarını qəbul edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Yarımkol flyuggeya
Yarımkol flyuggeya (lat. Flueggea suffruticosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. == Təbii yayılması == Koreya, Mancuriya, Şimal-Şərqi Çin, Xabarovsk, Amur vilayətlərində bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m olan, şaxələnmiş, çoxsaylı düz, çılpaq budaqlı, yarpağını tökən koldur. Yaşlı budaqları açıq-sarı, cavan budaqları isə yaşıldır. Cavan zoğları nazik, açıq-yaşıl və ya açıqyaşılımtıl-sarıdır. Govdələrinin qabığı boz rəngdədir. Yarpaqları növbəli düzülüşlü, ellipsvari və ya yumurtavaridən yumurtavari-lansetşəkilliyə kimi dəyişir, çılpaqdır, 2-7 sm uzunluqda, 0,6-3,5 sm enində, üstdən tünd və ya sarımtıl yaşıl, altdan açıq rəngdədir. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri yaşılımtıl-ağ, yaxud yaşılımtıl-sarı olub, ləçəksizdir.
Əlavə yarımtək vena
Əlavə yarımtək vena (lat. v. hemiazygos accessorius) — yuxarı II-V dal qabırğaarası venaların toplaşmasından meydana çıxan damar. Bu damar yuxarı döş fəqərələrinin sol tərəfilə aşağı gedir və yeddinci döş fəqərəsi bərabərliyində yarımtək vena ilə birləşir və ya sağa doğru dönərək tək venaya açılır. Bəzən yuxarıda ən yuxarı sol qabırğaarası vena (lat. v. intercostalis suprema sinistra) ilə anastomozlaşır. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Yarımnöv
Yarımnöv — bitki və heyvan sistematikasında növdən kiçik taksonomik kateqoriya. Yarımnöv сoğrafi (nadir halda ekoloji və ya geoxronoloji) populyasiyaların məcmusudur. Yarımnöv növün adına üçüncü söz (epitet) artırmaqla ifadə edilir. Məsələn, adi tülkü (Vulpes vulpes) növünün yarımnövü Orta Asiya tülküsüdür (Vulpes vulpes flavescens).[daha etibarlı mənbəyə ehtiyac var] == İstinadlar == == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.