Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jülide Özçelik
Jülide Özçelik - Türkiyəli caz sənətçisidir. == Həyatı == Jülide Özçelik 1975-ci ildə İstanbulda doğulmuşdur. Məktəbi bitirdikdən sonra Müjdat Gezen Sənət Mərkəzində musiqi təhsilinə başlamışdır. Məzun olduğu il İstanbul Bilgi Universitetinin musiqi fakültəsinə qəbul olmuşdur. Burada vokal bölümündə Nüket Ruacan ilə vokal texnikalarını öyrənmişdir.Selen Gülün, Randy Esen, İmer Demirer, Donovan Mixon , Ayşe Özbekligil, Raci Pişmişoğlu, Ricky Ford, Can Kozlu kimi müəllimlərdən ansambl, harmoniya, solfeciya dərslərini öyrənərək məzun olmuşdur. Türk dilində caz ilə bağlı müxtəlif layihələr irəli sürmüş və reallaşdırmışdır. Bu zaman Klassik Türk Müsiqisi xorlarına qoşulmuşdur və konsertlərdə solist olaraq iştirak etmişdir. == Fəaliyyəti == Axıcı və duru səsli Jülide Özçelik albom hazırlamaq fikrini Cem Tuncerə söyləyərək albomun hazılıqlarına başlayır. Cem Tuncer, Erbil Doğan, Kağan Yıldız, Ediz Hafızoğlu və Genco Arı ilə birgə 2008-ci ilin Yanvar ayında ilk albomu olan Jazz İstanbul Volume 1 'i çıxardı. Bir çox müxtəlif tədbirlərə qoşulmuşdur.
Qamze Özçelik
Qamze Özçelik (türk. Gamze Özçelik; d. 26 avqust 1982) — türk kino aktrisası, model və aparıcı. == Həyatı == Gamze Özçelik tanınmış türk aktrisası, model və aparıcıdır. Boyu 174 sm-dir.
Serap Özçelik
Serap Özçelik (18 fevral 1988, İstanbul) — Türk karateçi. == Karyerası == Fransanın paytaxtı Parisdə keçirilən 2012 Karate Dünya Çempionatında Serap Özçelik ilk turda belaruslu Koulinkoviçlə qarşılaşıb, normal vaxt 1–1 bitən döyüşü hakimin qərarı ilə udub, daha sonra ikinci turda Xorvatiya idmançısı Ratkoviçi 1–0 məğlub edib. O, 3-cü turda çilili Bruna ilə qarşılaşıb, bundan sonra 1/4 finala yüksəlib. O, 1/4 finalda fransalı Aleksandra Reçiya ilə qarşılaşıb və rəqibinə 7:2 hesabı ilə uduzub. Reçia finala yüksəldikdən sonra təkrar görüşdə rusiyalı Ponomareva ilə qarşılaşan Özçelik 4–3 hesabı ilə qalib gələrək üçüncülük matçına vəsiqə qazanıb. 2014-cü ildə Almaniyanın Bremen şəhərində keçirilən karate üzrə Dünya Çempionatında Serap Özçelik qadınlar arasında kumite yarışlarında 50 kq çəki dərəcəsində finalda Almaniya üçün mübarizə aparan türk əsilli Duyğu Buğurla üz-üzə gəlib. O, Duyu Buğuru 6–1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Serap Özçelik 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən Avropa Oyunlarında qızıl medal qazanıb. Kumitedə 50 kq-da qızıl medal qazanan Serap Özçelik "Avropa Oyunlarında Türkiyəyə qızıl medal qazandıran ilk türk idmançı" olur. O, Bakı Kristal Zalında 50 kq çəki dərəcəsində fərdi kumite üzrə təsnifat mərhələsində A qrupunda yer alıb.
Andlı öhdəlik
"Andlı öhdəlik" — 1803-cü il 12 apreldə Rusiya ilə Car-Balakən arasında bağlanmış saziş. == Haqqında == 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı. “Andlı öhdəliyə” əsasən: Car-Balakən Rusiyanın tərkibinə daxil edilirdi; Car-Balakən camaatlığı öz daxili muxtariyyətini saxlayırdı; Carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli idilər; Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməli idilər; Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. == Mənbə == Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı,2007.
Kölgəlik kəpənəkçiçəyi
Kölgəlik kəpənəkçiçəyi (lat. Aconitum umbrosum) - kəpənəkçiçək cinsinə aid bitki növü.
Öncəlik (iqtisadiyyat)
Öncəlik iqtisadi nəzəriyyədə — istehlakçının fərqli alternativləri (istehlakçı dəstləri, məhsul dəstləri) müqayisə etmək (arzuolunana görə sifariş) qabiliyyətinin rəsmi təsviridir. Riyazi nöqteyi-nəzərdən hər hansı bir üstünlük sistemi, qəbul edilə bilən alternativlər dəsti ilə ikili münasibətdir (əvvəlcədən sifariş, sərt sifariş və ya ekvivalentlik). Tercih anlayışı nizamlı (sıralı) faydalılıq nəzəriyyəsinin mərkəzində durur. İstehlakçının fərqli alternativləri bir-biri ilə müqayisə etməsi kifayətdir. Xüsusilə bir köməkçi funksiyası varsa, onun ədədi dəyərləri belə bir müqayisəyə imkan verir. Funksiya dəyəri nə qədər böyükdürsə, alternativ də bir o qədər yaxşıdır. Eyni zamanda, nizam nəzəriyyəsindəki fayda subyektivdir, çünki standart və ümumiyyətlə qəbul edilmiş ölçü vahidi yoxdur. Buna görə ədədi dəyərlərin özləri və aralarındakı fərq, müştəri məmnuniyyətinin səviyyəsi və bir alternativə digərinə üstünlük dərəcəsi haqqında heç nə demir. Kardinalist (ədədi) faydalılıq nəzəriyyəsində ədədi dəyərlər, əksinə, həm müştəri məmnuniyyətinin səviyyəsini, həm də alternativə üstünlük dərəcəsini göstərir. Sıralı yanaşma müasir mikroiqtisadiyyatda əsasdır, lakin bu, pul vahidlərindəki kommunal (istehlakçı rifahı) dəyişikliklərini qiymətləndirmə ehtimalını istisna etmir.
Andlı öhdəlik (1803)
"Andlı öhdəlik" — 1803-cü il 12 apreldə Rusiya ilə Car-Balakən arasında bağlanmış saziş. == Haqqında == 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı. “Andlı öhdəliyə” əsasən: Car-Balakən Rusiyanın tərkibinə daxil edilirdi; Car-Balakən camaatlığı öz daxili muxtariyyətini saxlayırdı; Carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli idilər; Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməli idilər; Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. == Mənbə == Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı,2007.
Özgələr (film, 2001)
Özgələr (ing. The Others) — rejissor Alexadro Amenabar tərəfindən qorxu-triller janrında çəkilmiş və Nikol Kidman və Fionnula Flenaqanın baş rolda iştirak etdiyi filmdir. Film o cümlədən "Ən Yaxşı Film" və "Ən Yaxşı Rejissor" işinə görə, səkkiz Qoya mükafatını qazanmışdır. Bu, Qoyyanın "Ən Yaxşı Film" mükafatını (İspaniyanın Milli Film Mükafatları) əldə etmiş ilk ingilisdilli film oldu; filmdəki dialoqlarda ispan sözlərindən istifadə edilməmişdir. == Filmin sloqanları == «Sooner or later she’ll see them, then everything will be different.» («Gec-tez o Onları görəcək… Və o zaman hər şey dəyişiləcək.») «Sooner Or Later They Will Find You.» («Gec-tez, Onlar səni tapacaq…») «No door is to be opened before the previous one is closed!» («Heç bir qapı, ondan əvvəlki qapının bağlanılmasına qədər açıla bilməz!») «How do you keep them out, when they’ve already invited themselves in?» («Siz burada artıq burada olanları necə qova bilərsiniz?») «Do you believe in ghosts? She didn’t…» («Siz kabuslara inanırsınızmı? O da inanmırdı…») «Close Every Door, Turn Off Every Light, And Look For The Others…» («Bütün qapıları bağla! Hər bir yerdə işıqları söndür! Və Digərlərini ara…») == Süjet == Cersi, Normand adaları, 1945-ci il. Birdən birə bütün xadimələrin itdiyi malikanəyə yeniləri gəlir.
Angelik Kerber
Angelik Kerber (d. 1988, Almaniya) — tennisçi. Angelik Kerber Solaxaydır. 2011-ci ildə dünya reytinqində 32-ci olan idmançı 2012-ci ildə 5-ci sırada qərarlaşıb. “Uimbldon” turnirində finalın bir addımlığınadək irəliləyib. Mütəxəssislər də, tennis həvəskarları da 2012-ci ili karyerasının zirvəsi sayırlar. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Zelik Yampolski
Zelik İosifoviç Yampolski (1911, Bakı – 1981, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru. == Həyatı == Zelik Yampolski 1911-ci ildə anadan olmuşdu. Moskvada Tarix, fəlsəfə və ədəbiyyat institutunu bitirəndən sonra AMEA-nın tarix institutunda çalışmışdı. O, Azərbaycana aid 100-dən artıq işlərin müəllifi idi. Zelik Yampolski 1981-ci ildə vəfat edib. == Yaradıcılığı == Görkəmli tarixçi, Qafqaz Albaniyasının ilk tədqiqatçılarından biri mərhum Z. İ. Yampolski yurdumuzun tarixinin araşdırılmasında böyük xidmətləri olmuşdur. O, antik və ilk orta əsr yazılı qaynaqlara əsaslanaraq Albaniyanın ictimai-iqtisadi quruluşunu, ərazisini, etnik tərkibini ilk dəfə olaraq tədqiq etmişdir. Yampolski digər bir əsərində də ilk dəfə olaraq Azərbaycan tarixşünaslığında Zaqafqaziya ərazisindən Kaspi dənizi, Kür və Rioni çayı vasitəsi ilə Qara dənizə gedən beynəlxalq ipək yolunun, su-quru ticarət yolunun olmasını hərtərəfli tədqiq etmişdir. O, həm dəqədim yazılı qaynaqlara, arxeoloji və etnoqrafik materiallara, məlumatlara əsaslanaraq Qafqaz Albaniyası çoxsaylı dini məsələlərini öz əsərində hərtərəfli tədqiq etmiş və öyrənmişdir. == Əsas əsərləri == "Из истории древней Кавказской Албании" (1949 г.); "Атропатена и Кавказская Албания в I в.