Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cırıltılı Təkər
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Qütb parıltısı
Qütb parıltısı — günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir. == Haqqında == Günəş küləyi əslində tacın daim genişlənməsidir. genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur. Tərkibində helium və digər elementlər var.
Sarımtıl skopoliya
Anisodus luridus (lat. Anisodus luridus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin anisodus cinsinə aid bitki növü.
Sarımtıl səhləb
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Sarımtıl-boz şibyəyeyən
Sarımtıl-boz şibyəyeyən (lat. Cubosia mesomella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyi bir qədər iridir. Qanadları açılmış halda 14-15 mm-dir. Ön qanadı sarımtıl boz, ön kənarı bir qədər tünd sarıdır, ön və arxa kənarın ortasında qara nöqtələr yerləşir. Arxa qanadı tünd boz rəngdədir, onun kənarları sarıdır. Tırtılı qara-qonur, qısa və uzun tüklərlə örtülüdür. Başı qara-qonur rəngdədir. == Həyat tərzi == Nadir növdür. İşığa çox zəif uçur.
Sarımtıl-yaşıl şorəngə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Ermənistan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. == Statusu == Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). == Bitdiyi yer == Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda kiçik bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.
Sarımtıl-yaşıl şоrangə