Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səkkizlik not
Səkkizlik not — Səslənmə müddətinə - uzunluğuna görə bütöv notdan səkkiz dəfə kiçik olan not (və ya bütöv notun səkkizdə bir hissəsinə bərabər uzunluq). İki səkkizlik not bir çərək nota bərabərdir.
Səkkizlik say sistemi
Səkkizlik say sistemi və ya oktal sistem (okt-8) əsası 8 olan say sistemidir. Səkkizlik say sistemində cəmi 8 dənə bazis rəqəmləri var: 0, 1, 2, 3, 4, 5, 6, 7. Bu sistemdə istənilən ədədin yazılışı həmin ədədin 8-in qüvvətlərinə görə ayrılışına əsaslanır. Məsələn, 8310=1238.
Seksilik
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Səkkizlik Qrupu (Avstraliya universitetləri)
"Səkkizlik Qrupu" (ing. Group of Eight, Go8) — Avstraliyanın səkkiz qabaqcıl və nüfuzlu universitetlərinin birliyi. == Tarixi == Birlik 1994-cü ildə universitet vitse-prezidentlərinin qeyri-formal birliyi kimi qurulmuşdu. 1999-cu ildə rəsmi şəkildə təsis edilmişdir. == Fəaliyyəti == Birlik ora daxil olan ali məktəblərin maraqlarını birgə qorumağa çalışır. Bununla belə qrup lider universitetlər kimi qəbul edilir.
Çəkisizlik
Çəkisizlik — çəki hissinin tam və ya qismən olmamasıdır. Buna sıfır-G də deyilir, baxmayaraq ki, daha düzgün termin "sıfır G qüvvəsi" adlanır. Bu, insan bədəni də daxil olmaqla, cisimlərə hər hansı bir təmas qüvvəsi olmadıqda baş verir. Çəki nisbətən güclü qravitasiya sahəsində (məsələn, Yerin səthində) sükunətdə olan bir cismə təsir edən qüvvənin ölçülməsidir. Bu çəki hissləri dayaq döşəmələri, oturacaqlar, tərəzilər və s. ilə təmasdan yaranır. Qravitasiya sahəsi sıfır olduqda belə, təmas qüvvələri mexaniki, qeyri-qravitasiya qüvvələri tərəfindən bədənin ətalətinə təsir etdikdə və məsələn, mərkəzdənqaçmada, fırlanan kosmik stansiyada və ya sürətləndirici vasitədə olduqda çəki hissi yaranır. Bəzən mikroqravitasiya termini bu hadisənin adının sinonimi kimi istifadə olunur (elə hiss olunur ki, cazibə qüvvəsi yoxdur və ya əhəmiyyətli dərəcədə azdır).
Evsizlik
Evsizlik — sosial-iqtisadi problem olaraq müntəzəm sığınacaq sahibi olmama halıdır. Küçələr, tərk edilmiş yerlər, gecə istifadəsi aşağı olan şəhər yerləri adətən evsiz sığınacaq yerləridir. Evsizlik hadisəsini yaşayan şəxsə evsiz deyilir. 2015-ci ildə QHT-nin məlumatına görə, Bakıda 50.000 civarında evsiz var.