Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seksilik
Cinsi cazibə, cinsi cəzb etmə və ya cinsi cazibədarlıq bir fərdin başqalarının cinsi və ya erotik maraqlarını cəlb etmək qabiliyyətidir. Bu, cinsi seçimdə və ya yoldaş seçimində bir amildir. Cazibə digər amillərdən əlavə bir insanın estetikasında, hərəkətlərində, səsində və ya qoxusunda da vurğulanır. Cazibədarlığı bir insanın bəzəkləri, geyimləri, ətri və ya tərzi ilə artırmaq mümkündür.
Məxfilik
Məxfilik — müəyyən növ informasiyaların açıqlanması və əldə edilməsinə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutan normalar və qaydalar sistemi.
Əxilik
Əxilik — İslamda sufi təriqətlərindən biridir. Abbasi xilafəti dövründə qurulan, İran, Azərbaycan, Orta Asiya və Anadoluda yayılan bu təşkilat (sufi cərəyanı) Xəlifə Nasir tərəfindən dəstəklənmiş və islam ölkələrində geniş yayılmışdır. Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəsini gerçəkləşdirmək üçün Şəhabəddin Sührəverdiyə Kitabül-fütuvvət adlı bir əsər yazdırmış və bu barədə xəbər vermək üçün ətraf ölkələrə elçilər göndərmişdi. Anadolu səlcuqlularının bu məsələyə müsbət münasibətinə görə burada əxilik təşkilatlanmağa başlamışdır. Həmin dövrdə Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan mənşəcə Azərbaycan türklərindən olan böyükk sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir. Əxi Evrənə görə əxiliyə girənlərin bir sənətə sahib olması vacib idi. Çünki əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürürdü. Halal qazancın yolu insanın öz zəhməti ilə dolanacağı bir sənətinin olmasından başlayır. Belə ki, zəngin olan başqasına daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına da sahib olmalı idi.
Bədii şərtilik
Bədii şərtilik — Ədəbiyyat və incəsənətdə həyatı obrazlı əksetdirmə üsulu. Bədii təsvir prinsipi olmaqla, obrazın təsvir edilən obyektlə bütünlüklə eyni olmamasıdır. Bədii şərtilik anlayışı tarixən dəyişkəndir; məsələn, Homerin mifoloji obrazları öz dövrünə görə həyati olduqları halda, klassisizm ədəbiyyatında sırf şərtidir. Bədii ədəbiyyatda şərtilik, əsasən, bədii təsvir vasitələrinə, obraza və zamana münasibətdə təzahür edir. Dünya ədəbiyyatında İohann Volfqanq Hötenin "Faust", Frans Kafkanın "Çevrilmə", rus ədəbiyyatında Nikolay Vasilyeviç Qoqolun "Burun", Mixail Afanasyeviç Bulqakovun "Usta və Marqarita" əsərləri, Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin "İblis", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-cadu" pyesləri, Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı", Yusif Səmədoğlunun "Qətl günü", Elçinin "Ağ dəvə", Mövlud Süleymanlının "Köç" romanları və s. bədii şərtilik prinsipləri əsasında yazılmışdır. Azərbaycan təsviri sənətində də bədii şərtilik ünsürlərinə təsadüf edilir (Rasim Babayev, Mircavad Mircavadov, Cahid Camal və başqalarının yaradıcılığı). Bədii şərtiliyə təmsil, elmi fantastika və s. janrlar daha çox meyil edir. Ədəbiyyat və incəsənətdə bədii şərtiliyin üslub səviyyəsinə qalxması mifologiya və folklordan geniş istifadə olunması ilə bağlıdır.
Sənusilik
Sənusilər-Şimali Afrikada Məhəmməd ibn Əli Sənusi (1791-1859) tərəfindən əsası qoyulmuş islahatçı sufi qardaşlığının ardıcıllarıdırlar. === Yaranması === Məhəmməd ibn Əli Əlcəzairdə anadan olmuş, uzun müddət müxtəlif dini elmləri öyrənmiş və özünü maliki hüquq məktəbinin mənsubu hesab etmişdir. Ruhani kamilləşmə yolunu o, Hidrilər adlı sufi qardaşlığının rəhbəri Əhməd ibn İdrisin yanında keçmişdir. Bundan başqa ona Ticani sufi təriqətinin yaradıcısı Əhməd Ticaninin ideyaları da böyük təsir etmişdir. Sonralar Sənusi başqa təriqətlərin - Şazililərin, Qadirilərin mənəvi təlimləri ilə səsləşmiş və öz sufi qardaşlığının əsasını qoymuşdur. Məhəmməd ibn Əli öləndən sonra onun oğulları Mehdi və Məhəmməd Şərif qardaşlığa başçılıq etmişlər. === İnkişafı === Sənusilər ilkin İslamın saflığına qayıdışı təbliğ etmiş, dinə sonradan gətirilmiş yenilik və əlavələrdən uzaq durub, müsəlmanlar arasındakı ziddiyyətləri aradan qaldırmaq istəmişlər. Bu qardaşlıqda xəfi (sakit) zikrlər oxunmuş, ekstaz və trans halına girmək, ibadət zamanı rəqs etmək qadağan olunmuşdur. Onlar müqəddəslərin ziyarət edilməsinə qarşı çıxmamış, Həzrət Məhəmməd peyğəmbərə (s) xüsusi dualar oxumuşlar. Sənusilər dövlət idarəçiliyinin ciddi teokratik prinsiplər əsasında həyata keçirilməsinin tərəfdarı idilər === Yayılması === Onların ideyaları Liviya, Əlcəzairlə yanaşı, Şimali Afrikanın başqa regionlarında, eləcə də Hicaz və Sudanda yayılmışdır.
Banksia sessilis
Banksia sessilis (lat. Banksia sessilis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Calyptranthes sessilis
Calyptranthes sessilis (lat. Calyptranthes sessilis) — mərsinkimilər fəsiləsinin calyptranthes cinsinə aid bitki növü.
Dictamnus sessilis
Ağ alışan (lat. Dictamnus albus) – alışan cinsinə aid bitki növü. == Sinonim == Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Phyllorkis sessilis
Bulbophyllum clandestinum (lat. Bulbophyllum clandestinum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum clandestinum növü Banqladeşdən Sakit okeannın qərb hissəsinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum bolovenense Guillaumin Bulbophyllum myrianthum Schltr. Bulbophyllum ovalifolium (Wight) E.C.Parish [Illegitimate] Bulbophyllum profusum Ames Bulbophyllum sessile (Kuntze) J.J.Sm. Bulbophyllum sparsifolium Schltr. Bulbophyllum teysmannii J.J.Sm. Bulbophyllum trisetosum Griff. Bulbophyllum volkensii Schltr.
Phytoscutus sexpilis
Phytoscutus sexpilis (lat. Phytoscutus sexpilis) — phytoseiidae fəsiləsinin phytoscutus cinsinə aid heyvan növü. == İstinadlar == Phytoscutus sexpilis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Sənusilik təriqəti
Sənusilər-Şimali Afrikada Məhəmməd ibn Əli Sənusi (1791-1859) tərəfindən əsası qoyulmuş islahatçı sufi qardaşlığının ardıcıllarıdırlar. === Yaranması === Məhəmməd ibn Əli Əlcəzairdə anadan olmuş, uzun müddət müxtəlif dini elmləri öyrənmiş və özünü maliki hüquq məktəbinin mənsubu hesab etmişdir. Ruhani kamilləşmə yolunu o, Hidrilər adlı sufi qardaşlığının rəhbəri Əhməd ibn İdrisin yanında keçmişdir. Bundan başqa ona Ticani sufi təriqətinin yaradıcısı Əhməd Ticaninin ideyaları da böyük təsir etmişdir. Sonralar Sənusi başqa təriqətlərin - Şazililərin, Qadirilərin mənəvi təlimləri ilə səsləşmiş və öz sufi qardaşlığının əsasını qoymuşdur. Məhəmməd ibn Əli öləndən sonra onun oğulları Mehdi və Məhəmməd Şərif qardaşlığa başçılıq etmişlər. === İnkişafı === Sənusilər ilkin İslamın saflığına qayıdışı təbliğ etmiş, dinə sonradan gətirilmiş yenilik və əlavələrdən uzaq durub, müsəlmanlar arasındakı ziddiyyətləri aradan qaldırmaq istəmişlər. Bu qardaşlıqda xəfi (sakit) zikrlər oxunmuş, ekstaz və trans halına girmək, ibadət zamanı rəqs etmək qadağan olunmuşdur. Onlar müqəddəslərin ziyarət edilməsinə qarşı çıxmamış, Həzrət Məhəmməd peyğəmbərə (s) xüsusi dualar oxumuşlar. Sənusilər dövlət idarəçiliyinin ciddi teokratik prinsiplər əsasında həyata keçirilməsinin tərəfdarı idilər === Yayılması === Onların ideyaları Liviya, Əlcəzairlə yanaşı, Şimali Afrikanın başqa regionlarında, eləcə də Hicaz və Sudanda yayılmışdır.
Ayrı-seçkilik
Ayrı-seçkilik və ya Diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı seçkilik

Saxsılı (Heris)
Saxsılı (fars. ساخسلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (33 ailə).
Saxsılı (Nəmin)
Saxsılı (fars. ساقصلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 603 nəfər yaşayır (123 ailə).
Sesilio Fernandez
Sesilio Fernandez Qrado (d. 27 iyul 1959) — İspaniyalı biatlonçu. Sesilio Fernandez İspaniyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sesilio Fernandez birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Fernandez 39:27.5 saniyəlik nəticəsi ilə 64 atlet arasında 55-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Senecio puna-sessilis
Senecio puna-sessilis (lat. Senecio puna-sessilis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
İrqi ayrı-seçkilik
İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrıseçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur. == Dünya üzrə == Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar.Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir. === Hindistan === Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər. === Niderland === Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir. === Liberiya === Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir. === ABŞ === Çoxsaylı audit tədqiqatları ABŞ-nin əmək bazarında irqi ayrı-seçkiliklə bağlı ciddi sübutlar aşkar etmişlər.
Qay Plini Sesili Sekund
Kiçik Plini və ya tam adı ilə Qay Plini Sesili Sekund (lat. Gaius Plinius Caecilius Secundus; təq. 61, Komo – ən tezi 113 və ən geci 114, Vifiniya) —Qədim Roma dövlət xadimi, yazıçısı və hüquqşünası. O, b.e. 100-cü ildə konsul-suffekt vəzifəsini tutmuşdur. Kiçik Plini Böyük Plini tərəfindən övladlığa götürülmüşdür.. == Həyatı == Romada Kvintiliandan ritorika öyrənmişdir. O, Domisianın hakimiyyəti dövründə, 81-ci ildə Suriyada hərbi tribun olmuş, burada Yevfrat və Daldidalı Artemidorla görüşmüşdür. B.e. 88-ci ildə Romaya qayıtmış, "cursus honorum" uğrunda çalışmış və 100-cü ildə, Trayanın hakimiyyətində konsulluq aldı.