Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Özəlləşdirmə
Özəlləşdirmə — == Özəlləşdirmə və dövlətsizləşdirmənin əhəmiyyəti == Dövlət mülkiyyətinin ümumi üstünlüyü ilə müəyyən olunan bazar təsərrüfatının formalaşmasının əsası, sahibkarlığın quruluşunun optimallaşma yolu kimi dövlətsizləşdirmə və özəlləşmənin labüdlüyünü tələb edir. Dövlətsizləşdirmə dövlət mülkiyyətinin dəyişdirilməsi üzrə tədbirlər məcmusudur ki, bu da dövlətin iqtisadiyyatda hədsiz rolunu aradan qaldırmağa yönəldilir. Dövlətsizləşdirmə dövlətdən təsərrüfat idarəçiliyinin əksər vəzifələrinin alınması, müvafiq səlahiyyətlərin müəssisələrə verilməsi, şaquli təsərrüfat əlaqələrinin üfüqilərlə əvəz olunmasını bildirir. Dövlətsizləşdirmə dövlətin iqtisadi sahədən tam çıxması ilə nəticələnmir. Müasir istehsal dövlətin tənzimləməsi olmadan müvəffəqiyyətli inkişaf edə bilmir ki, bu da yalnız müəyyən hədlər daxilində səmərəlidir. Əgər bu hədlər pozularsa, ictimai istehsalın səmərəliliyi azalar. Hazırda dövlətsizləşdirmə xətti ümumdünya xarakteri daşıyır. Dövlətsizləşdirmə müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər: mənimsəmə prosesinin dövlətsizləşdirməsi, hər bir işçinin və əmək kollektivinin mənimsəmənin, inhisarsızlaşmanın bərabərhüquqlu iştirakçısı kimi tanınması; müxtəlif təsərrüfatçılıq formalarının yaradılması, müəssisələrin bütün formalarına qanun çərçivəsində təsərrüfat fəaliyyətində eyni dərəcədə sərbəstlik verilməsi; yeni təşkilati quruluşların formalaşması, üfüqi əlaqələrin aparıcı rol oynadığı sahibkarlıq fəaliyyətinin yeni formalarının (konsernlər, şirkətlər, assosiasiyalar) yaradılması. Dövlətsizləşdirmə inhisarçılığın dəf edilməsinə, rəqabətin və sahibkarlığın inkişaf etdirilməsinə yönəldilir. Bu bazar iqtisadiyyatına keçidin mərkəzi problemidir.
Əhliləşdirmə
Əhliləşdirmə və ya domestikasiya — insan tərəfindən yaradılan və nəzarət edilən şəraitdə vəhşi heyvanların əhliləşdirilməsi və yabanı bitkilərin mədəniləşdirilməsi, vəhşi heyvanların ələ öyrədilməsi və bunların ev heyvanlarına çevrilməsi. İnsanlar müxtəlif vəhşi heyvanları bu yolla çoxaldır və əsasən, təsərrüfat ehtiyacını ödəmək üçün ondan istifadə edirlər. Heyvanların əhliləşdirilməsinə 10-15 min il bundan əvvəl başlanılmış, əhliləşdirmə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında mühüm mərhələ olmuş və nəticədə heyvandarlıq sahəsi yaranmışdır. Bundan 14 min il əvvəl əhliləşdirilməyə başlandığı təxmin olunan itlər ilk əhliləşdirilən heyvan hesab olunur. Amerika alimləri izotop üsulu ilə təyin etmişlər ki, hələ 10 min il əvvəl İranda keçi, Şərqi Avropada isə 8–9 min il əvvəl qaramal, donuz və qoyun əhliləşdirilmişdir. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Şahbulaq (dəqləşdirmə)
Şahbulaq (Ağdam) — Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. Şahbulaq (Şərur) — Şərur rayonunun inzibati ərazi dairəsində kənd. Şahbulaq qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr qala divarları. Şahbulaq məscidi — Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş məscid. Şahbulaq qalası (Naxçıvan) — хаlq аrаsındа Dəyirmаn qаyаsı dа аdlаnır. Şahbulaq yaşayış yeri — Şərur rayonunun Şаhbulаq kəndi ərаzisində yеrləşən yer. Şahbulaq nekropolu — Şаhbulаq kəndin cənub-şərq qurtаrаcаğındа çаy yаtаğının sаğ tərəfində yеrləşir. Şahbulaq dağı — Goranboy rayonu ərazisində dağ. Şahbulaqçay — Şahbuz rayonu ərazisində çay.
Məhsul yerləşdirmə
Məhsul yerləşdirmə (ing. product placement, hərfi tərcümə məhsulun yerləşdirilməsi) — filmlərdə, televiziya proqramlarında, kompüter oyunlarında, musiqi kliplərində, kitablarda, illüstrasiya və rəsmlərdə qəhrəmanların istifadə etdiyi rekvizitlərin əsl kommersiya analoquna malik olmasından ibarət olan gizli reklamın qəbulu. Ən çox reklam edilən məhsulu, onun loqosunu birbaşa nümayiş etdirməklə yanaşı, məhsulu müsbət mənada qeyd etməkdə də özünü göstərə bilər. Peşəkar ədəbiyyatda məhsulun yerləşdirilməsi adətən PP abbreviaturası ilə qeyd olunur. 2006-cı ilin aprelində Broadcasting & Cable, reklam verənlərin üçdə ikisinin məhsul yerləşdirməsindən istifadə etdiyi statistikasını açıqladı, bunun 80%-i televiziya proqramlarından gəlir. Məhsulun yerləşdirilməsində bir neçə əsas komponenti ayırmaq adətdir: mənbə (müştəri şirkət), mesaj (PP-nin növləri və növləri nəzərdə tutulur), kanal (hər hansı bir televiziya məhsulu), alıcı (seçilmiş kanalın hədəf auditoriyası). == İstinadlar == == Ədəbiyyat == Березкина О. П. Product Placement. Технология скрытой рекламы. — Спб.: Питер, 2009. — 208 с.