Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Engels
Engels — Rusiya Federasiyasında yerləşən şəhər Saratov vilayətinə daxildir == Tarixi == Əlbəttə abad şəhərlər yollar ayrıcında, çaylar üzərində salınmışdır, deyənlər yanılmırlar. Kiçicik Bakır kəndi də Volqa çayı ilə Elton gölü arasındakı Böyük yolda, Saratov şəhərindən azca aralı yerləşirdi. Vaxtilə qədim Saratov Volqanın bu üzündə Bakırdan bir kilometr yarım məsafədə yerləşirdi. Yanğından sonra onu Volqanın o biri üzünə köçürdülər. Bu yola "Elton traktı" deyirdilər. 1747-ci ilin yayında senat podpolkovnik Çemadurovun rəhbərliyi altında Elton gölünü tədqiq etməkdən ötrü elmi ekspedisiyaya göndərmişlər. Rusların tələffüzündə Elton kimi səslənən bu ad indi elə bu şəkildə də rəsmiləşdirilib. 1. Əsl adı çox güman ki, Altun olan bu göl (Sahil yamacları və dibi qırmızı torpaqdan olan bu göl həqiqətən qızıl kimi parlayır ) yerli tatar və kalmıkların tələffüzündə Altun~Alton olan bu ad rusca Elton şəklinə düşmüşdür. Çemadurov Senata Elton gölünün tədqiq edildiyini və buradakı duzun hasil edilməsinin məqsədəuyğun olduğunu xəbər verir.
Fridrix Engels
Fridrix Engels (alm. Friedrich Engels‎; 28 noyabr 1820[…], Barmen[d], Prussiya – 5 avqust 1895[…], London) — fransız əsilli XIX əsr alman filosofu, sahibkarı, marksizmin yaradıcılarından biri, Karl Marksın yaxın dostu, köməkçisi və bir çox əsərlərinin həmmüləlifi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == 1820-ci il noyabr ayının 28-də Almaniyanın Barmen şəhərində varlı fabrikant Fridrixin ailəsində dünyaya gəldi. Ailə başçısı əvvəlcə Engelsi Barmen şəhərində məktəbdə, sonra isə 1834–1837-ci illərdə Elberfelddə Gimnaziyada oxutmuş daha sonra isə oğlunu peşəkar sahibkar kimi tərbiyə etmək üçün Gimnaziya təhsilindən yarımçıq ayıraraq fabrikə göndərmişdir. Gimnaziya təhsilini başa vurmasına cəmi bir il qalmış atasının təkidli tələbiylə təhsildən ayrılsa da, əslində Engelsin oxuyub mütaliə etmək ehtirası bitib-tükənmək bilmirdi. O, müstəqil surətdə daim öz təhsilini artırır. Hegel fəlsəfəsini öyrənirdi. Xüsusi fitri-istedadının hesabına Fridrix Engels iyirmiyə qədər xarici dil öyrənmişdir. Bu səbəbdəndə kəkələyəndə dostları zarafatla "Bizim Engels iyirmi dilə kəkələyir" deyərdilər.