1. Azadlıqdan istifadə edən, başqasından asılı olmayan, sərbəst. Azad xalq. Azad əmək. Azad həyat. Azad seçki hüququ.
2. Maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən. Azad ticarət. Azad satış.
// zərf Rahat, əziyyətsiz. Azad nəfəs almaq.
3. Boş (vaxt haqqında).
4. nida. Hərbi komanda.
◊ Azad edilmək – 1) xilas edilmək, qurtarılmaq, buraxılmaq. Həbsdən azad edilmək;
2) çıxarılmaq, xaric edilmək. İşdən azad edilmək. Vəzifəsindən azad edilmək;
3) tərxis edilmək, buraxılmaq.
Azad etmək – 1) xilas etmək, qurtarmaq. Nəbi Həcəri azad etdikdən sonra bir müddət İranda qalır. “Qaçaq Nəbi”;
2) azadlıq vermək, istiqlaliyyət vermək, azadlığını, istiqlaliyyətini özünə qaytarmaq;
3) buraxmaq, mürəxxəs etmək, getməsinə icazə vermək.
4) tərxis etmək, buraxmaq. Əsgərlikdən azad etmək;
5) çıxarmaq, xaric etmək. İşdən azad etmək;
6) bir işi; vəzifəni, mükəlləfiyyəti və s.-ni yerinə yetirmək məcburiyyətindən xilas etmək.
Azad olmaq – 1) azadlıq əldə etmək, müstəqil olmaq, sərbəst olmaq. Əsarətdən azad olmaq.
2) boşalmaq. Yerlər azad oldu;
3) arzu etmədiyi bir vəzifədən, işdən və s.-dən canını qurtarmaq. Müdirlikdən azad olmaq;
4) xilas olmaq, qurtulmaq. Şəhərlər düşmən işğalından azad oldu;
5) məc. doğmaq.
6) işi, məşğələni qurtarmaq.