serb
serbcə
OBASTAN VİKİ
Serb-Xorvat dili
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Xorvat
Xorvatlar (xorv. Hrvati) – Balkanda, başlıca olaraq Xorvatiya (89%) və Bosniya və Herseqovinada (15%) yaşayan cənub slavyan millətidir. Xorvat icmaları həmçinin Qərbi Avropada, ABŞ-də, Cənubi Amerikada, Avstraliyada və Yeni Zelandiyada da mövcuddur. Xorvat dilində danışan xorvatlar Roma katolik məzhəbinə aiddirlər. == Tarix == Dalmasiya knyazlığı ilk xorvat dövləti sayılmaqdadır. Belə ki, 852-ci ildə bu dövlətin başçısı knyaz Tripimir özünü xorvatların hökmdarı elan etmişdir. 925-ci ildə isə xorvat hökmdarı Tomislav bütün xorvatları birləşdirərək və Panoniya knyazlığını işğal edərək, dövlət yaratmağa nail olmuşdur. 1102-ci ildə Macarıstanla sülalə ittifaqı yaratmış xorvatlar bu hadisədən sonra macarlaşmaya məruz qalmağa başladılar. 1526-ci ildə baş vermiş Mohaç döyüşündən sonra Macarıstan Krallığının ərazisi Osmanlı və Habsburqlar imperiyaları arasında bölüşdürülmüşdür. Bu vəziyyətdə Avstriya ilə ittifaq bağlamış xorvatlar tədricən alman təsiri altına düşür.
Serb
Serblər — Avropada xalq.
Patrisia Xorvat
Patrisia Xorvat (7 dekabr 1977, Mişkolç) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Patrisia Xorvat, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Xorvat dili
Xorvat dili (xorv. hrvatski jezik) – Xorvatiya, Bosniya və Herseqovina (bosniya dili və serb dili ilə yanaşı) və Serbiya tərkibindəki Voyevodina muxtar vilayətinin rəsmi dillərindən biri. O eyni zamanda Avstriyanın Burgenland federal torpağının bəzi bələdiyyələrinin rəsmi dillərindən biridir. Xorvat dili serb-xorvat dilinin regional variantı sayılır.
Xorvat ensiklopediyası
Xorvat ensiklopediyası (xorv. Hrvatska enciklopedija) — xorvat dilində olan milli ensiklopediya. Miroslav Krleja Leksikoqrafiya İnstitutu tərəfindən nəşr olunmuşdur. == Ümumi baxış == Ensiklopediya layihəsi 1999-cu ildə başladılmışdır. Xorvat ensiklopediyası ümümilikdə xorvat dilində olan sayca beşinci ensiklopediyadır. Bundan əvvəl mövcud olmuş xorvatdilli ensiklopediyalar Mate Uyeviçin Xorvat ensiklopediyası, Leksioqrafiya İnstitutu Ensiklopediyası, eləcə də, Ümumi Ensiklopediyanın iki nəşridir. 1999-cu ildən 2009-cu ilə kimi ensiklopediyanın 11 cildi işıq üzü görmüşdür. Bu müddət ərzində hər il bir yeni cild yayımlanmışdır. 2010-cu ildə ensiklopediyanın onlayn versiyası hazırlanmış, yenilənmiş və yeni multimedia vasitələri ilə zənginləşdirilmişdir. 2013-cü ildən ensiklopediyanın onlayn versiyası pulsuz olmuşdur.
Xorvat süsəni
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.
Xorvat mətbəxi
Xorvatiya mətbəxi- heterojendir və regionların mətbəxi kimi tanınır, çünki Xorvatiyanın hər bir bölgəsi özünün xüsusi kulinariya ənənəsinə malikdir. Onun kökləri qədim dövrlərə aiddir. Ərzaq məhsullarının seçilməsi və bişirilmə qaydaları daxili və sahilyanı bölgələr arasında fərqlidir. Mərkəz bölgələrin mətbəxi Slavyan, daha çox Macarıstan və Türk mətbəxi ilə əlaqəli olmağı, iç yağından( lard), qara bibər, bibər və sarımsaqdan istifadə etməsi ilə xarakterizə olunur. Sahil bölgəsi, Yunan və Roma, daha sonralar Aralıq dənizi, xüsusən İtaliya (Venesiya) mətbəxi ilə səciyyələnir. Sahilyanı mətbəxlərdə zeytun yağı, həmçinin rozmarin, adaçayı, dəfnə yarpağı, qara yarpız, mərzə, darçın, mixək, muskat qozu, limon və portağal qabığı kimi ot və ədviyyatlardan istifadə edilir. Digər köhnə Yuqoslaviya ölkələrinin qida və reseptləri Xorvatiyada məşhurdur. Crni rizot Xorvatiyada hər bir dəniz məhsulu restoranının menyusunda ʻʻqara plovʼʼ (xorv.Crni rizot, ing. black risotto) mövcuddur. Bu plov əslində Kalmar plovudur.
Antal Serb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur. 1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir.
Serb-xorvatca
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Serb Respublikası
Serb Respublikası (serb. Република Српска, Republika Srpska) — Bosniya və Herseqovina suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biridir (ikincisi Bosniya və Herseqovina Federasiyasıdır).
Serb dili
Serb dili (српски језик) — Slavyan dillərindən biri. Bolqar, makedon, sloven, monteneqro, xorvat və bosniya dilləri ilə birgə Cənubi slavyan dilləri yarımqrupuna aid edilir.
Serb dinarı
Serb dinarı — Serbiyanın istifadə etdiyi pul vahididir. Voyevodina (İnzibati mərkəzi Novi-Sad şəhəridir.) Serbiyanın muxtar bir bölgəsidir və onlar da Serb dinarını istifadə edirlər. Kosovo və Monteneqro Serbiyadan ayrıldıqdan sonra serb dinarı yerinə Avropa İttifaqının rəsmi pul vahidi olan avro istifadə etməyə başladı. Şimali Kosovoda hələ də Serb dinarı rəsmi pul vahidi olaraq istifadə edilməkdədir.
Serb qartalı
Serb qartalı — Serbiya heraldika və veksillologiyası tarixində ikibaşlı heraldik qartal şəklində təsvir edilən əsas simvoldur. İkibaşlı qartal və serb xaçı əsrlər boyu Serb xalqının milli kimliyini təmsil edən əsas heraldik simvollar olmuşdur. Orta əsrdə Nemaniçi sülaləsində zamanı ortaya çıxmışdır. Üzərində xaç olan qartal, Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq Serbiya gerbinin müasir dizaynında istifadə edilmişdir. "Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi. == Tarixi == === Orta əsrlər === Cütbaşlı qartal orta əsrlər Serbiyada Estrukan Mədəniyyətindən qəbul edimişdi. Geniş yayılmış yanlış bir təsəvvürə görə simvol keçmiş Bizans təsirindən yarandığı iddia edilsədə, bu tarixçilər tərəfindən inkar edilmişdir. Tarixi mənbələrə məlum olan ən qədim qorunan cütbaşlı qartal simvolu 1190-cı ilə aid olan Müqəddəs Pyotr və Pol kilsəsində yerləşən Xumun Miroslavın portretində təsvir edilmişdir. Bu simvol bir boyun və iki baş, boyun və quyruqda boyunluq, yayılmış qanadlar, bir quyruq, qanaddan daha yüksək başlar, üç barmaqlı ayaqları olan qartalı təsvir edirdi. Nemaniçi qartalının bu növü 12-15 əsrlər arasında inkişaf etmişdir.
Serb üsyanları
Serbiya üsyanları – 19-cu əsrin əvvəllərində Serblərin Osmanlı Dövlətinə qarşı başladıqları və 1878-ci ildə Serbiyanın müstəqilliyi ilə nəticələnmiş üsyan. == Osmanlı Serbləri == Tarixən Serbiya ərazisinin Osmanlı Dövlətinə qatılması 14-cü əsrdə başlamış 15-ci əsrin ortalarında başa çatmışdır.Osmanlı Dövləti Serb Knyazlığı ilə 1371-ci ildə apardığı Çirmən döyüşü və 1389-cu ildəki I Kosova Müharibəsinin Serblərin məğlubiyyəti ilə nəticələnməsi Serbləri zəiflətmiş və bir çox Serbiya ərazisinin Osmanlılara keçməsinə səbəb olmuşdur. Osmanlı dövründə Serblərdən yığım üsulu dövlətin yüksək pillələrinə çatmış bir çox dövlət adamı mövcuddur. Bunlardan ən mühümü, şübhəsiz, yüksəlmə dövründə əvvəl donanma komandiri və sonra da 14 illik müddətlə sədrəzəmlik etmiş olan Sokollu Məmməd Paşadır. == Üsyanın səbəbləri == Serbiya üsyanlarının səbəbləri arasında aşağıdakılar göstərilə bilər: Rusiya və Avstriyanın qızışdırmaları, 17-ci əsrdə Osmanlı idarəçiliyindəki nüfuz zəifliyi, Serbiyadakı yeniçərilərin xalqa yaxşı davranmaması, Fransa İnqilabından sonra ortaya çıxan millətçilik cərəyanları, Osmanlı-Avstriya müharibələri zamanı Serbiya ərazilərinin müharibə sahəsi halına gəlməsidir. == 1804 və 1805-ci il üsyanları == 19-cu əsr əvvəllərində Avstriya və Rusiya, Serbiyada xalqı Osmanlı hakimiyyətinə qarşı təxribat siyasəti həyata keçirməyə başlamışdılar.Həmçinin buradakı yeniçərilər Müsəlman və Xristian xalqa qarşı çox pis hərəkət edərək xalqın əməlli-başlı zəhləsini tökürdülər.Bu şəraitdə Serblər adi bir çoban olan Qara Yorkun başçılığı ilə üsyan qaldırdılar. Ruslardan da aldığı dəstəklə Qara Yorkun 13 Dekabr 1806-cı ildə Belqrada girdi.1806-1812 Osmanlı-Rus Müharibəsi gedişində Belqrad Qara Yorkunun rəhbərlik etdiyi üsyançıların əlində qaldı.Osmanlı dövləti və Rusiya arasında imzalanan Buxarest sülh müqaviləsi ilə Serblərə bəzi imtiyazlar verildi.Osmanlılar Ruslarla bağlanan sülhdən sonra Serbiyadakı üsyançıları məğlub edərək Belqradı yenidən ələ keçirdilər.Qara Yorku 21 Sentyabr 1813-cü ildə digər üsyançılarla birlikdə canını xilas etmək üçün Avstriyaya qaçdı. Beləliklə, ilk Serb üsyanı məğlubiyyətlə başa çatdı. Müstəqilliklərini qazanmaq istəyən Serblər 1814-ci ildəki Vyana konqresinə bir heyət göndərdilər. Ancaq bir nəticə vermədiyi üçün 1815-ci ildə Miloş Obrenoviçin liderliyi altında ikinci bir qiyam başladı və hərəkətləri Ruslar tərəfindən dəstəkləndi.Bu üsyan da uğursuz oldu, amma 1817-ci ildə Rusiya ilə yeni bir müharibə istəməyən və bölgəyə yönəlik mümkün bir Rus müdaxiləsinə mane olmaq istəyən Osmanlı Dövləti Serblərə bəzi muxtariyyət hüququ verməyə razı oldu.Osmanlı valisi Maraşlı Əli Paşa Miloş Obrenoviçle razılığa gələrək Serbiyanın daxili işlərində müstəqil olmasını təmin etdi.1828-1829 Osmanlı-Rus Müharibəsində məğlub olan Osmanlılar Ruslarla imzaladıqları Ədirnə müqaviləsi ilə Serbiyanın yarı müstəqil bir hala gəlməsini qəbul etdilər.1830 və 1833-ci illərdə Osmanlı padşahı II. Mahmudun imzaladığı Xətti Şəriflərlə Miloş Obrenoviçin əlindəki torpaqlar artırılıb və özü Osmanlılar tərəfindən rəsmən Serbiya şahzadəsi kimi tanınıb.
Serb filmi
Serb filmi (serb. Српски филм) — 2010-cu il Serbiya istehsalı olan bir qorxu filmidir. Srjan Spasoyeviçin rejissorluq etdiyi bu film həm də onun film sahəsində debütü olmuşdur. O, həmçinin Aleksandar Radivoyeviç ilə birlikdə ssenari müəllifliyini də etmişdir. Film artıq fəaliyyətini dayandırmış olan bir porno ulduzun maliyyə çətinlikləri səbəbi ilə bir art haus filmə çəkilməyə razı olmasına, sonra isə bu filmin əslində pedofilik və nekrofilik səhnələrdən ibarət bir film olduğunu anlaması ilə başına gələn hadisələr haqqındadır. Baş rollarda isə Srjan Todoroviç və Sergey Trifunoviç oynayır. Art haus tipli bu kinonun premyerasından sonra, öz ssenarisinə və uşaqların cinsi istismarı, təcavüz və pedofiliya məzmunlu qrafik təsvirlərə görə kinematoqrafiya sahəsində olduqca böyük bir marağa səbəb olmuşdur. Serbiya hökuməti, filmi cinsi əxlaqa və cinsi azlıqların hüquqlarına qarşı cinayət olduğuna görə bir müddət tədqiq etdi. Film İspaniya, Almaniya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Sinqapur, Norveç və Cənubi Koreyada qadağan edilmiş və Braziliyada nümayişdən müvəqqəti olaraq götürülmüşdür. == Məzmun == Təqaüdə çıxmış porno ulduz Miloş həyat yoldaşı Mariya və altı yaşlı oğlu Petar ilə yaşayır.
Serb mətbəxi
Serbiya mətbəxi (serb.српска кухиња/srpska kuhinja) ənənəvi mətbəx olub, Balkan xalqlarının (xüsusən keçmiş Yuqoslaviyanın) xüsusiyyətlərini özündə əks etdirir. Tarixən, Serbiya yeməyi Bizans-Yunan, Aralıq dənizinin təsirləri ilə xarakterizə olunur. Eyni zamanda Türk və daha az dərəcədə Mərkəzi AvropaSerbiya qanunu ilə uzun müddətdir davam edən mübahisəyə səbəb olan genetik dəyişdirilmiş qida (GMO) istehsalını və idxalını qadağan edir. Bu səbəbdən Ümumdünya Ticarət Təşkilatı, ölkənin bu təşkilata üzv olmasına mane olur. == Ümumi == Milli yeməklərə qibanika (kövrək xəmirdən hazırlanmış yumurta və pendir piroqu), pljeskavica (çəkilmiş mal əti və ya donuz əti), ćevapi (qızardılmış ət) və Karađorđeva šnicla (Karađorđe's schnitzel) daxildir. Milli içki rakiadır. Serbiya Şərqlə Qərbin kəsişməsində yerləşdiyindən, mətbəxi zəngin ət, tərəvəz, çörək, pendir, təzə xəmir və bənzərsiz balansa sahib olan öz qastronomiyasını inkişaf etdirmək üçün Yaxın Şərq və Avropada müxtəlif yemək tərzlərindən elementlər toplayır. Qonşu Balkan ölkələrinin mətbəxləri ilə çox oxşarlığı var. Dadları təzə və təbii olur. Ədviyyatlar duz, qara bibər və paprika təzə və keyfiyyətlidir.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. == Qısa məlumat == === Ümumi görünüş === Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsada sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Xorvat Zaqoryesinin taxta oyuncaqları
Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Oyuncaq istehsalı Mariya Bistritsa və Qornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir. Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır. Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur.
Bosniya Serb Respublikası
Serb Respublikası (serb. Република Српска, Republika Srpska) — Bosniya və Herseqovina suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biridir (ikincisi Bosniya və Herseqovina Federasiyasıdır).
Serb Respublikasında turizm
Serb Respublikasında turizm olduqca zəngin təbiəti və görməli yerləri hesabına böyük perespektivə sahibdir. Burada dağ turizmi, spa-turizmi və ekoloji turizm inkişaf etmişdir. Burada Aralıq dənizi iqlimindən tutmuş mülayim-kontinental iqlimə rast gəlmək mümkündür. Müvafiq olaraq birinci iqlim Herseqovina, ikinci iqlim tipi isə respublikanın şimalına xasdır. == Təbiət gözəllikləri == Ərazisində bir sıra alp dağlarına aid zirvələr vardır: Zelenaqora, Treskavisa, Yaxorina, Romaniya, Qrmeç, Kozara, Ozren və s. Onların böyük hissəsi zəngin meşələrlə örtülüdür. Yaxorina dağında xizək eniş zolağı vardır. Burada hətta 1984-cü ildə qış olimpiya oyunları keçirilmişdir. Buradan axan çaylar əhəng daşı suxurlarından keçdiyindən gözəl mənzərələr əmələ gətirir. Ən gursulu çayları Una, Sana, Brbas, Ukrina, Drina və Taradır.
Serb Respublikasında ukraynalılar
Serb Respublikasında Ukraynalılar (serb. Украјинци у Републици Српској, ukr. Українці в Республіці Сербській) — Serb Respublikasında yaşayan və işləyən ukrayna əsilli əhali. Ukraynalılar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. Serb Respublikasında 2197 ukraynalı yaşayır. Onlardan 350 nəfəri Trnopole şəhərində yaşayır. == İcma == Ukraynalılar Serb Respublikası milli azlıqlar arasında seçilirlər: onlar Banya-Luka, Pryavor, Kozaras, Trnapole, Derventa, Laktaşi, Qradişka, və Srbas. Onlar Serb Respublikası indiki ərazisində XIX əsrin sonları XX əsrin əvvəlləri məskən salmışlar. Bosniya və Herseqovina SR ərazisində 12 min ukraynalı yaşayırdı. 1991-ci ildə onların sayı 7,5 minə qədər azalmışdır.
Serb Respublikasında çexlər
Serb Respublikasında çexlər (serb. Чеси у Републици Српској, çex. Češi v Republice srbské) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 218 slovak yaşayır. == Tarixi == Çexlər Bosniya və Herseqovina ərazisində ilk dəfə onun Avstriya-Macarıstan ərazisinə birləşdirilməsindən sonra peyda olmuşlar. Çexlər burada mədən sənayesi, meşəçilik, şaxta tikintisi, dəmir yolları, telefon və teleqraf xətlərinin çəkilişində çalışırdılar. Serb Respublikası ərazisinə əsasən Çexiyadan gələnlər və Qalisiyadan gələn çexlər üstünlük təşkil edirdi. Bir köç əsasən Banya Luka, Sarayevo, Brod, Derventa və Mostar şəhərlərində cəmləşmişdir.
Serb Respublikasında çinlilər
Serb Respublikasında çinlilər (serb. Кинези у Републици Српској, çin. 中國人 在 塞族共和國) — граждане Serb Respublikası ərazisində yaşayan və işləyən çinli icması. Hazırda çinlilər Serb Respublikasının rəsmi milli azlıqları siyahısına daxil deyildir. == Tarixi == 1990-cı illərin sonları 2000-ci illərin əvvəlləri Serb Respublikası ərazisində ilk çin miqrantlsr görünməyə başlamışdır. Onlar əraziyə əsasən ticari məqsədlər üçün gəlsələrdə, bir qismi bölgəni tərk etməmiş və burada daimi yaşayış qurmuşlar. Çinlilər ölkənin hər bir yerinə yayılmışlar. Onların böyük qismi Banya-Luna ərazisində yaşayır. Onların əsas məşğuliyyəti ticarət, biznes və kənd təsərrüfatı sahələrində çalışırlar. Kənd təssərüfatında çalışanların böyük qismi əkinçilikdədirlər.
Slovenlər Serb Respublikasında
Slovenlər Serb Respublikasında (serb. Словенци у Републици Српској, sloven. Slovénci v republike Srbskej) — Serb Respublikası ərazisində yaşayan və işləyən sloven mənşəli vətəndaşlar. Çernoqoriyalılar Serb Respublikasının 12 milli azlığından biri kimi tanınır. Onların maraqlarını Serb Respublikasının milli azlıqlarının məsləhətçi şurası müdafiə edir. 2013-cü il əhalinin siyahıya alınması məlumatlarına əsasən Serb Respublikasında 504 sloveniyalı yaşayır. == Tarixi == Sloveniyalılar XIX əsrin sonunda Bosniya və Herseqovinaya köçürülmüşdür. Köçürülənlər müxtəlif peşələrin nümayəndələri idilər: mühəndislər, memarlar, yerölçənlər, şaxtaçılar, həkimlər, tacirlər, hərbilər, əczaçılar və müəllimlər. XX əsrin əvvəllərinə qədər sloveniyalıların əsas hissəsi Banya Lukada yaşayırdı. İkinci dünya müharibəsindən sonra onlar bütün Bosniyaya və Herseqovina SR boyunca yerləşdirildilər..