Xorvat mətbəxi
Xorvatiya mətbəxi- heterojendir və regionların mətbəxi kimi tanınır, çünki Xorvatiyanın hər bir bölgəsi özünün xüsusi kulinariya ənənəsinə malikdir. Onun kökləri qədim dövrlərə aiddir.
Ərzaq məhsullarının seçilməsi və bişirilmə qaydaları daxili və sahilyanı bölgələr arasında fərqlidir.
Mərkəz bölgələrin mətbəxi Slavyan, daha çox Macarıstan və Türk mətbəxi ilə əlaqəli olmağı, iç yağından( lard), qara bibər, bibər və sarımsaqdan istifadə etməsi ilə xarakterizə olunur.
Sahil bölgəsi, Yunan və Roma, daha sonralar Aralıq dənizi, xüsusən İtaliya (Venesiya) mətbəxi ilə səciyyələnir. Sahilyanı mətbəxlərdə zeytun yağı, həmçinin rozmarin, adaçayı, dəfnə yarpağı, qara yarpız, mərzə, darçın, mixək, muskat qozu, limon və portağal qabığı kimi ot və ədviyyatlardan istifadə edilir. Digər köhnə Yuqoslaviya ölkələrinin qida və reseptləri Xorvatiyada məşhurdur.
Crni rizot
Xorvatiyada hər bir dəniz məhsulu restoranının menyusunda "qara plov" (xorv.Crni rizot, ing. black risotto) mövcuddur. Bu plov əslində Kalmar plovudur.