1. Seyrək hala gəlmək, azalmaq, tökülmək (saç, qaş və s. haqqında).
[Bəhlul:] Seyrəlmiş ( f.sif. ) tüklər [atamın] uzunsov başına yalanmış kimi yatmışdı.
2. Parçalanmaq, dağılmaq, seyrəkləşmək.
Torpaq qızır…, qar əriyir…, çaylar bulanır…; Gah seyrəlir, gah sıxlaşır əlvan buludlar.
Yavaş və yeknəsəq piyada addımlarının səsi altında qaranlıq seyrəlir, üfüq işıqlanırdı.
3. Ara-sıra olmaq, hərdənbir olmaq, təktək görsənmək. Gələn-gedən seyrəlmişdi.
– [Qəhrəman:] …minlərlə atılan yaylım atəşləri bir az seyrəldi, topların səsi lap kəsildi.
Küçələrdə izdiham seyrəlmişdi.