SIZMAK
SİDİK
OBASTAN VİKİ
I Ferdinand (Siciliya kralı)
I Ferdinand (isp. Ferdinando Antonio Pasquale Giovanni Nepomuceno Serafino Gennaro Benedetto di Borbone) (12 yanvar 1751[…], Neapol – 4 yanvar 1825[…], Neapol) — Neapol, Siciliya və İki Siciliya kralı. Burbon sülaləsinin Burbon-İki Siciliya qolunun əsası qoyuldu. Atası Neapol və Siciliya kralı III Karl, anası isə Polşa kralı III Avqustun qızı Mariya Amaliyadır. 10 avqust 1759-cu ildə sonsuz əmisi VI Ferdinandın vəfatının ardından atası İspaniya taxtına əyləşdi. Ancaq onun İspaniya taxtına keçə bilməsi üçün Neapol və Siciliya taxtından əl çəkməsi tələb edildi. Bu səbəblə III Karl həmin il 6 oktyabrda Neapol və Siciliya taxtından üçüncü oğlu Ferdinandın lehinə əl çəkdi. Çünki böyük oğlu Antonio əqli xəstə olduğu üçün varislikdən çıxarılmış, ikinci oğlu Karl isə İspaniya taxtının varisi (infant) elan edilmişdi. == Mənbə == Davis, John (2006). Naples and Napoleon: Southern Italy and the European Revolutions, 1780–1860.
I Fransisk (İki Siciliya kralı)
I Fransisk (isp. Francisco de las Dos Sicilias; it. Francesco Gennaro Giuseppe) (19 avqust 1777, Neapol – 8 noyabr 1830[…], Neapol) — İki Siciliya kralı. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 1796-cı ildə o, həm bibisi qızı, həm də dayısı qızı olan Mariya Klementina ilə evləndi. Ancaq xanımının vəfatından sonra əmisi qızı Mariya İzabella ilə evləndi. == Mənbə == Genealogie ascendante jusqu'au quatrieme degre inclusivement de tous les Rois et Princes de maisons souveraines de l'Europe actuellement vivans [Genealogy up to the fourth degree inclusive of all the Kings and Princes of sovereign houses of Europe currently living] (in French). Bourdeaux: Frederic Guillaume Birnstiel. 1768. pp.
I Vilyam (Siciliya kralı)
I Vilyam — Siciliyanın 2-ci kralıdır. Əslində kral olmağa hazır olmayan Vilyam özündən böyük bütün qardaşlarının ölümündən sonra məcbur taxta çıxmışdı. == Hakimiyyəti == 1155-ci ildə Bizans ordusunun Bari, Taranto, Ciovinazzonu ələ keçirməsi və Brindizini mühasirəyə alması xəbərləri gələrkən Vilyam tələsik donanma ilə Brindiziyə gələrək Bizans ordusunu məğlub etdi və Barini geri aldı. 1157-ci ilin yayında cavab vermək üçün 154 gəmidən ibarət nəhəng donanmanı Evbeya və Almira adalarını qarət etməyə göndərdi. Afrikadakı torpaqlarını isə çoxdan itirmişdi. Vilyamın siyasətindən xoşlanmayan əyanlar onu taxtan qovmaq barədə fikirləşməyə başladılar. == Üsyan == Əyanlar kralı devirmək üçün üsyana başladılar və onlara ilk kömək Taranto knyazı Simon Hoytvill (II) və Tankred (Siciliya kralı) Tankreddən gəldi. Kral həbs edildi və oğlu IV Rocer kral elan edildi, lakin hələ tac qoymağa imkan tapmamış Vilyam qaçdı və xalqın köməyi ilə üsyançıları məğlub etdi. Oğlu Roceri isə edam etdirdi. == Ölümü == Vilyam 7.5.1166də vəfat etdi və Palermo kafedralında dəfn edildi.
Joan Enrik Vives-i-Siciliya
Joan Enrik Vives-i-Siciliya (kat. Joan-Enric Vives i Sicília; 24 iyul 1949, Barselona, İspaniya) — Urgel Katolik Yeparxiyasının hazırkı Yepiskopu və Andorra şahzadəsi. == Həyatı == Vives-i-Siciliya 1949-cu ildə Barselonada anadan olub və xırda sahibkar Françeska Vives Pons və Korneliya Siciliya İbanezin üçüncü oğludur. 1965-ci ildə seminariyaya daxil olmuş və Humanitar, Fəlsəfə və İlahiyyatı fakültəsini bitirmişdir. 1974-cü ildə Vives evindəki Santa Mariya del Taulat de Barselona kilsəsində keşiş təyin edildi. Ata Vives-i-Siciliya daha sonra 1993-cü ildə Barselona Yepiskopunun köməkçisi təyin edildi və avtomatik olaraq İspaniya Yepiskopal Konfransının üzvü oldu. Papa İohann Pavel onu 2001-ci ildə Urgeldə yepiskop köməkçisi təyin etdi. 2003-cü ildə sələfi Juan Marti Alanisin təqaüdə çıxmasının taman olmasından iki il sonra onu 12 may 2003-cü ildə Urgel Yepiskopu olaraq təyin etdi və bu səbəbdən Pireney yüksəkliklərində yerləşən Andorra Knyazlığında Andorranın şahzadəsi oldu. 10 iyul 2003-cü ildə Andorranın Kaza de la Val səmtində, Andorra la Vellada yeni şahzadə olaraq konstitusiya andı içdi. Vives-i-Siciliya daha sonra 2010-cu ilin mart ayında Papa XVI Benedikt tərəfindən Baş yepiskop rütbəsinə qaldırıldı.
Joan Enrik Vives Siciliya
Joan Enrik Vives-i-Siciliya (kat. Joan-Enric Vives i Sicília; 24 iyul 1949, Barselona, İspaniya) — Urgel Katolik Yeparxiyasının hazırkı Yepiskopu və Andorra şahzadəsi. == Həyatı == Vives-i-Siciliya 1949-cu ildə Barselonada anadan olub və xırda sahibkar Françeska Vives Pons və Korneliya Siciliya İbanezin üçüncü oğludur. 1965-ci ildə seminariyaya daxil olmuş və Humanitar, Fəlsəfə və İlahiyyatı fakültəsini bitirmişdir. 1974-cü ildə Vives evindəki Santa Mariya del Taulat de Barselona kilsəsində keşiş təyin edildi. Ata Vives-i-Siciliya daha sonra 1993-cü ildə Barselona Yepiskopunun köməkçisi təyin edildi və avtomatik olaraq İspaniya Yepiskopal Konfransının üzvü oldu. Papa İohann Pavel onu 2001-ci ildə Urgeldə yepiskop köməkçisi təyin etdi. 2003-cü ildə sələfi Juan Marti Alanisin təqaüdə çıxmasının taman olmasından iki il sonra onu 12 may 2003-cü ildə Urgel Yepiskopu olaraq təyin etdi və bu səbəbdən Pireney yüksəkliklərində yerləşən Andorra Knyazlığında Andorranın şahzadəsi oldu. 10 iyul 2003-cü ildə Andorranın Kaza de la Val səmtində, Andorra la Vellada yeni şahzadə olaraq konstitusiya andı içdi. Vives-i-Siciliya daha sonra 2010-cu ilin mart ayında Papa XVI Benedikt tərəfindən Baş yepiskop rütbəsinə qaldırıldı.
Mariya İzabella (İki Siciliya kraliçası)
Mariya İzabella (isp. María Isabel de Borbón y Borbón-Parma) (6 iyul 1789[…], Madrid – 13 sentyabr 1848[…], Portiçi, Kampaniya) — İki Siciliya kralı I Fransiskin xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə onun xanımı Parmalı Mariya Luizadır. Hələ 13 yaşında ikən əmisi oğlu olan İki Siciliya kralı Fransisklə evləndi və Siciliya kraliçası oldu. == Mənbə == Acton, Harold. The Bourbons of Naples (1734-1825). Prion books limited, London, 1989 (first published in 1957). ISBN 1-85375-291-6 Bearne Charlton, Catherine. A Royal Quartette. London: T. F. Unwin, 1908.
Orchis mediterranea subsp. siciliensis
Orchis siciliensis
Siciliya
Siciliya — Aralıq dənizində ən böyük ada. İtaliya muxtar vilayətlərindən biri. Sahəsi 25,460 km². Apennin yarımadasından cənubda yerləşir və Messina boğazı vasitəsi ilə ondan ayrılır. Sahilləri, əsəsən, dik və az girintili çıxıntılıdır. Dağlıq və təpəli relyef üstündür. Şimal sahili boyu Apennin yarımadasındakı dağların davamı olan silsilələr və ayrı-ayrı massivlər (Peloritan dağları, Nebrodi, Le-Madoniye) uzanır. Mərkəzi hissəsini alçaq dağlıq sahələr və təpəliklər tutur; cənub-şərqdə karstlı İblen platosu yerləşir. Şimal və qərb sahillərində akkumulyativ düzənliklər var. Adanın ən yüksək nöqtəsi Etna vulkanıdır (3340 m).
Siciliya barokkosu
Siciliya barokkosu (it. Barocco siciliano) — Barokko memarlığının bir növü, yaxud qolu olub XVII–XVIII əsrlərdə təşəkkül tapmışdır. Bu növ klassik barokko memarlığından bərli-bəzəkli tağ və sütun elementlərdən başqa çoxlu sayda gülərüzlü maskalar, putto və lat. amoretta adlanan kiçik oğlan uşağı fiqurlarına, həddən ziyadə bəzək elementlərinə malik olması ilə seçilir. 1693-cü ildə baş vermiş güclü zəlzələ nəticəsində adanın bir çox yaşayış məntəqələri dağılmışdır. Zəlzələ tarixi Noto şəhərinin tamamilə dağılmasına səbəb olur. Noto şəhəri o dövrdə adlı-sanlı Roma memarları deyil, yerli memarlar tərəfindən layihələşdirilərək tikilir. Bu zaman yerli memarlar tam sərbəst şəkildə düşünərək klassik barokko memarlığına yeni istiqamət vermişdirlər. Siciliya barokkosuna İtaliyanın yalnız Siciliya regionunda rast gəlinir. Zəlzələdən sonra yerli kübar cəmiyyətinin nümayəndələri öz saray və imqamətgahlarını, kilsə binalarını məhz bu yeni nəsil memarlarına həvalə etmişlər.
Siciliya bayrağı
Siciliya bayrağı (sic. Bannera dâ Sicilia; it. Bandiera siciliana) — İtaliya muxtar vilayətlərindən biri olan Siciliyanın bayrağı. Siciliyanın qədim bayrağı ilk dəfə 1282-ci ildə Palermodakı "Siciliya gecəsi"ndə qəbul edilib. Bayrağın mərkəzində üçayaqlı insan təsvir olunub. Ayaqlar Siciliya adasının üç ucqar nöqtələrinə işarədir. Belə ki, bu adanın qədim adı da yunan dilində "üçbucaq" mənasını verir. Bayrağın rəngi isə Palermo və Korleone şəhərlərini özündə ehtiva edir.
Siciliya boğazı
Siciliya boğazı (it. Canale di Siciliya)- Afrikanın şimalında yerləşən Bon yarımadasını Siciliya adasından ayırır. Boğazın eni təqribi 160 km, dərinliyi 316 m təşkil edir. Aralıq dənizinın Şərq və Qərb hövzələrini birləşdirir. Dərinlikdə axınlar şərqdən qərbə, səthdə isə əksinədir. Bu hadisə Okeanologiya elmi ilə məşğul olan alimləri özünə cəlb edir. Bölgədə yerləşən Pantelleriya adası Afrikadan gələn miqrantları qəbul edir. Ada İtaliyanın ərazisidir. Gələn qaçqınların bir çoxu Avropaya çatmamış qayıq və ya gəmi qəzalarında həlak olur.
Siciliya dili
Siciliya dili (Lu Sicilianu, İtalyanca: Lingua siciliana) — təxminən 10 milyon adam tərəfindən danışılan latın dili əsaslı dil. Danışıldığı yerlər Siciliya bölgəsinin hamısı, Orta və Cənubi Calabria, Lecce və Salernodur.
Siciliya krallığı
Siciliya Krallığı — 1130 tarixindən 1816 tarixinə qədər hökm sürən və İtaliyanın cənubunda qurulmuş olan bir dövlət idi. Krallığın qurulma prosesi I Rocer dövründə başlanmış İtaliyanın Normanlar tərəfindən işğalı nəticəsində qurulmuş Siciliya qraflığı ilə başlamışdı. Krallıq isə II Rocer dövründə yaradılmışdı. Dövlətin varlığı boyunca bir çox sülalələr dəyişmişdir və sonunda İki Siciliya krallığının tərkibinə qoşulmuşdur.
Siciliya müdafiəsi
Siciliya müdafiəsi — Şahmatda "e4 c5" gedişləri ilə başlayan debüt. Siciliya müdafiəsi ən məşhur debütlərdəndir və ağların 1.e4 gedişinə ən çox hesablanan başlanğıcdır. Statistikaya əsasən ağlar üçün 1.d4 gedişi Siciliyaya nisbətən daha uğurlu başlanğıcdır. New In Chess-in 2000-ci ildə çıxan kitabında bazasındakı oyunlardan 296.200 partiyanın 56.1%-də ağlar 1.d4 gedişi ilə başlamış və qələbə qazanmış, 349.855 partiyanın 54.1%-də ağlar 1.e4 gedişi ilə başlamış və qələbə qazanmışdır. Qrosmeyster Con Nann Siciliya müdafiəsinin məşhurluğunu onun "döyüşkən təbiəti" ilə izah edir: "Bir çox versiyalarda qaralar bərabərlik üçün yox, üstünlük üçün oynayırlar. Zəif cəhəti odur ki, ağlar təşəbbüsü tez ələ alırlar, buna görə də qaralar qurban verərək tez hücuma keçməməli, diqqətli olmalıdırlar." Siciliya müdafiəsinə dair ilk notasiyalara hələ XVI əsrin əvvəllərində italyan şahmatçıları Cuilio Polerio və Ciaoçino Qrekonun oyunlarında rast gəlinir. 1.e4 c5 gedişləri ilə başlayan oyunların 75%-dən çoxu 2.Af3 gedişi ilə davam edir. Qaraların üç əsas seçimi var: 2...d6, 2...Ac6 və 2...e6. Bu gedişlərdən sonra ağlar 3.d4 gedişini oynayır ki, bu da Açıq Siciliya adlanır və olduqca mürəkkəb pozisiyalara səbəb olur. Ağlar fiqurlarını inkişaf etdirir və şah cinahından hücuma keçə bilmək üçün əlavə cinah açıqlığı yaradır.
Siciliya qraflığı
Siciliya qraflığı — Normanlar tərəfindən İtaliyanın cənubunda Siciliya adasında qurulan qraflıq. Siciliya əmirliyini əvəz etmişdi. 1130-cu ildə II Rocer qraflığı krallıq statusuna qaldırdı.
Siciliya tarixi
Siciliya tarix boyu başqa millətlər tərəfindən ələ keçirilmişdir — qədim romalılar,vandallar,bizanslılar,normanlar,hohenştaufen sülaləsi,ispanlar. Buna baxmayaraq Siciliyanın müstəqil olan dövrləridə olmuşdur - Böyük Yunanıstan, Siciliya əmirliyi və Siciliya krallığı. Hal-hazırda Siciliya İtaliyanın tərkib hissəsindədir. Siciliya həm müasir İtaliyanın ən böyük sahəsi, həm də Aralıq dənizinin ən böyük adasıdır. Əlverişli coğrafi mövqeyi və təbii qaynaqları sayəsində, Sicilya qədim dövrlərdən bəri Aralıq dənizi ticarətində əsas rol oynayan ən mühüm strateji sahə sayılır, məsələn, qədim yunanlar bu bölgəni çox yüksək qiymətləndirdi və Siseron Sirukazı şəhərini qədim Yunanıstanın ən böyük və gözəl şəhəri kimi təsvir etdi. Siciliyanın yerli əhalisi bir neçə qəbilə idi, uzun müddət tək bir xalqda toplandı. Qədim yunanlar onları Elimtsy, Sikans və Sikul, ya da Siciliya adlandırdılar (sonra ada adını aldılar). Enotria, Chona, Laterna (və ya latarny) Oski və Ausones - Bu, digər İtalyanlar Calabria Italoi deyilən kimi Sikily, cənub İtaliya köç ki, aydındır. Sicanların başlanğıcda bir Iberian qəbiləsi olması ehtimalı olsa da. Elims də Ege dənizindən gələn bir yad qəbilə ola bilər.
Siciliya Əmirliyi
Siciliya Əmirliyi (it. Emirato di Sicilia ; ərəb. إمارة صقلية‎) — İtaliyanın Siciliya adasında mövcud olmuş müsəlman əmirliyi. 535-ci ildə Siciliya Bizans imperiyasının nəzarəti altında olan bir ərazi idi. 652-ci ildə Xəlifə Osman ibn Əffan tərəfindən idarə edilən donanma Siciliyanı işğal etdi. Ancaq ərəblər adada sadəcə qısa bir müddət qala bildilər. 700-cü ildə Siciliyaya yaxın olan Pantelleriyanı zəbt edən ərəblər Bizans imperiyası ilə ticarət müqaviləsi imzaladılar. Efemusun Bizans İmperatoru ilə problemləri olması səbəbindən II Mixail adanın cənubunda yerləşən limanları bilərəkdən ərəblərə verdi. Göstərilən müqavimətə baxmayaraq ərazi 965-ci ildə əvvəlcə Əqlabilərin sonralar isə Fatimilərin nəzarəti altına keçdi. Fatimi sultanı Həsən Əl Kəlbi əldə etdiyi uğurlarına görə Siciliya Əmiri elan edildi və bununlada ada da Kəlbilər sülaləsinin hakimiyyəti başlamış oldu.
Siciliyalı (roman)
Siciliya — Amerika yazıçısı Mario Puzonun romanıdır. 1984-cü ildə Random House Nəşriyyat Qrupu ( ISBN 0-671-43564-7 ) tərəfindən nəşr edilmiş bu əsər siciliyalı quldur Salvatore Giuliano -nun həyatına əsaslanır. O, Puzonun ən məşhur əsəri olan “Xaç atası” (1969) ilə eyni kainatda çəkilir və “Xaç atası ” filminin personajlarını ehtiva edir. Xaç atası romanının ədəbi davamı kimi qəbul edilir və The Xaç atası roman seriyasının ikinci kitabıdır. Bütün bunlara baxmayaraq, 1987-ci ildə filmə uyğunlaşdırılmışdır Xaç atası istinadları filmin uyğunlaşdırılmasında müəllif hüquqları səbəbi ilə silindi. Bu romanda Salvatore Giuliano adının yazılışı Puzo tərəfindən qəsdən "Guiliano" olaraq dəyişdirilmişdir. Bu roman bədii əsər olsa da, Giuliano-nun real həyatda göstərdiyi istismarlara əsaslanır. 1950-ci ildə Siciliya-Amerika mafiyası Don Vito Korleonenin oğlu Maykl Korleone Siciliyadakı sürgündən sonra evinə Amerikaya qayıtmağa hazırlaşır . O, Siciliya mafiyasının ən güclü başçısı Don Croce Malo ilə görüşür. Don Croce və Mayklın atası məşhur quldur Salvatore "Turi" Gilianoya Siciliyadan qaçmağa və Maykl ilə Amerikaya getməyə kömək etmək üçün müttəfiq oldular.
Siciliyalı Apollodor
Apollodorus (yun. Ἀπολλόδωρος; e. ə. I əsr – e. ə. I əsr) — Kraliça VII Kleopatranın sadiq təqibçisi. E.ə 48-ci ildə Apollodor Kleopatranın Yuli Sezarın sarayına daxil olmasında böyük rol oynamışdır. Bunun sayəsində Yuli Sezar Kleopatra ilə müttəfiq olmuşdur. E.ə 48-ci ilin yayında Sezar İsgəndəriyyə şəhərinə gələndə XIII Ptolemey və ordusu Pelusiy şəhərində, Kleopatranın ordusu qarşısında idi. Buna görə, Sezarla ilk o görüşmüşdür.
Siciliyalı Diodor
Siciliyalı Diodor (yun. Διόδωρος Σικελιώτης, lat. Diodorus Siculus, təxm. e.ə. 90-e.ə. 30-cu illər) — qədim Roma tarixçisi və mifoqraf. Siciliyanın Aqirion şəhərində anadan olmuşdur. Gənc yaşlarında Romaya köçən Diodor 40 kitabdan ibarət "Tarixi kitabxana" əsərini də burada yazmışdır. Diodorun əsərinin ilk cildləri Misir, Mesopotomiya, Midiya, İran və Hindistan tarixinə həsr olunmuşdur. Bu cildlərdə hadisələr ümumi xarakter daşısa da, onlarda başqa müəlliflərin əsərlərində olmayan maraqlı faktlara da past gəlmək olar.
Siciliyalı Leopold
Siciliyalı Leopold (isp. Leopoldo Juan José Miguel de Borbón-Dos Sicilias; it. Leopoldo Giovanni Giuseppe Michele di Borbone) (2 iyul 1790[…], Neapol – 10 mart 1851[…], Neapol) — Burbon-İki Siciliya sülaləsinə mənsub şahzadə, İki Siciliya kralı I Ferdinandın ən kiçik oğlu. 28 iyul 1816-cı ildə bacısı Mariya Terezanın qızı Klementina ilə Vyanada evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız biri — Mariya Karolina yetkinlik yaşına çatdı. Bundan başqa Leopoldun alman əsilli balerina Fanni Elslerlə qeyri-rəsmi münasibəti vardı və bu birlikdən Frans (1827–1873) adlı bir oğlu dünyaya gəlmişdi. Darryl Lundy (12 March 2005). "Leopoldo Giovanni Giuseppe Michele di Borbone, Principe di Borbone delle Due Sicilie".
Siciliyalı Mariya Amaliya
Siciliyalı Mariya Amaliya (isp. María Amelia Teresa de Borbón-Dos Sicilias; fr. Marie-Amélie de Bourbon-Siciles) (26 aprel 1782[…], Kral sarayı (Kazerta), Kampaniya – 24 mart 1866[…]) — Fransanın son kraliçası. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi. 25 noyabr 1809-cu ildə Orleanlı Lui-Filiplə evləndi. Evliliyinin 21-ci ilində əri Fransanın son kralı olaraq taxta çıxdı. Howarth, T. E. B. Citizen-King, The Life of Louis-Philippe, King of the French. London: Eyre & Spottiswoode, 1961. Margadant, Jo Burr. "The Duchesse de Berry and Royalist Political Culture in Postrevolutionary France.
Siciliyalı Mariya Antuanetta
Siciliyalı Mariya Antuanetta (isp. Maria Antonietta Teresa Amelia Giovanna Battista Francesca Gaetana Maria Anna Lucia) (14 dekabr 1784, Kazerta, Kampaniya – 21 may 1806) – Neapol və Siciliya kralı I Ferdinandın ən kiçik qızı. Hələ 18 yaşında ikən 1802-ci ildə İnfant Ferdinandla evləndi. Ancaq 2 dəfə hamilə qalsa da, hamiləlik tamamlanmamış uşaqlar tələf oldular. Çox keçmədən Mariya Antuanetta tutulduğu vərəm xəstəliyi səbəbilə vəfat etdi. Ancaq ölümünün ardında qaynanası Parmalı Luizanın olması barədə şayələr yayılmışdır. Əri hakimiyyətə gəlmədən vəfat etdiyi üçün heç vaxt İspaniya kraliçası ola bilmədi. EPTON, Nina, The Spanish mousetrap: Napoleon and the Court of Spain (London: Macdonald, 1973). HILT, Douglas, The troubled trinity: Godoy and the Spanish monarchs (Tuscaloosa; London: University of Alabama Press, 1987).
Siciliyalı Mariya Kristina
Siciliyalı Mariya Kristina (isp. Maria Cristina Ferdinanda di Borbone) (27 aprel 1806[…], Palermo – 22 avqust 1878[…], Havr) — İspaniya kralının xanımı. Atası İki Siciliya kralı I Fransisk, anası isə İspaniya kralı IV Karlın qızı Mariya İzabelladır. 23 yaşında ikən dayısı olan İspaniya kralı VII Ferdinandla evləndi və bu nikahdan 2 qızı — İnfanta İzabella və İnfanta Luiza Ferdinanda dünyaya gəldi. Kral bundan öncə 3 dəfə evlənsə də, hələ də oğul varisi yox idi. Dünyaya gələn qızlarının isə 1789 tarixli vərasət qanuna əsasən taxt hüququ yox idi. Bu səbəblə kralın qardaşları İnfant Karl İsidro və İnfant Fransisk Paul arasında varislik uğrunda mübarizə başlamışdı. Kralın 29 sentyabr 1833-cü ildə vəfat etməsinin ardından taxt mübarizəsi daha da şiddətləndi. Saray daxilində kralın 3 yaşlı qızı İzabella tələm-tələsik taxta oturduldu və ertəsi gün bütün ölkəyə kraliçanın taxta çıxarıldığı, dul kraliça Mariya Kristinanın isə onun naibəsi olduğu elan edildi. Ancaq kralın qardaşı Don Karl İsidro bunu tanımadı və yerli əyanların dəstəyini alaraq mübarizəsini davam etdirdi.