SİFTƏ


1. sif.zərf Qabaqca, əvvəlcə, əvvəl, ilk dəfə olaraq.
Siftə Bayramdan başlamalıyam. Ə.Vəliyev.
[Mərcan nənə:] Qız xeylağı elə siftə istəmir, sonra olur yağnan bal kimi. B.Bayramov.

// İs. mənasında. İlk nəticə verən bir işin başlanğıcı. Siftəsi yaxşı gəlmək.
– Sözüm bəyənilib, işim saz olub; Sən allah, siftəmi kor eyləməynən. Aşıq Ələsgər.

2. is. Bir şeyi satıb və ya satın alıb alışverişə başlama. Siftə eləmək. Hələ siftə eləməmişəm. Siftəsi uğurlu oldu.

Синонимы

  • SİFTƏ başlanğıc — təşəbbüs

Омонимы

  • SİFTƏ SİFTƏ I is. Satışda hasil olan ilk pul. Siftə səndən, bərəkət Allahdan (Ata. sözü). SİFTƏ II is. zərf Əvvəl, qabaq

Антонимы

  • SİFTƏ SİFTƏ – SON Siftə kimsə buradan getmiş, kəsə yol salmışdır (G.Hüseynoğlu); Hamıdan son o gəldi
SİFRAQ
SİĞƏ

Значение слова в других словарях