1. sif. və zərf Qabaqca, əvvəlcə, əvvəl, ilk dəfə olaraq.
Siftə Bayramdan başlamalıyam.
[Mərcan nənə:] Qız xeylağı elə siftə istəmir, sonra olur yağnan bal kimi.
// İs. mənasında. İlk nəticə verən bir işin başlanğıcı. Siftəsi yaxşı gəlmək.
– Sözüm bəyənilib, işim saz olub; Sən allah, siftəmi kor eyləməynən.
2. is. Bir şeyi satıb və ya satın alıb alışverişə başlama. Siftə eləmək. Hələ siftə eləməmişəm. Siftəsi uğurlu oldu.