SİLAHLI

прил. вооружённый:
1. имеющий оружие, снабженный оружием. Silahlı dəstə вооруженный отряд, silahlı əsgərlər вооруженные солдаты
2. сопровождаемый военными действиями, боевыми столкновениями, производимый с оружием в руках. Silahlı təcavüz вооруженная агрессия, silahlı toqquşma вооруженное столкновение, silahlı mübarizə вооруженная борьба, silahlı üsyan вооруженное восстание
◊ silahlı qüvvələr вооруженные силы (армия, войска)
SİLAHLANMAQ
SİLAHLILIQ
OBASTAN VİKİ
Silahlı Qüvvələr
Silahlı qüvvələr — dövlətin hərbi təşkilatı. Dövlətin suverenliyini və ərazi bütövlüyünü hücumlardan və müharibədən daima qorumaq üçün mövcud olan zəruri dövlət təsisatı. Dövlətin dayaq sütunlarından biri sayılır. Müxtəlif qoşun növlərinə aid olaraq həqiqi və ehtiyat hərbi hissələrdən ibarət olur.
Gürcüstan Silahlı Qüvvələri
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir. == Tarixi == Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub.
Hindistan Silahlı Qüvvələri
Hindistan Silahlı Qüvvələri (Hindi (in IAST): Bhāratīya Saśastra Senāeṃ) Bu üç peşəkar güc strukturlarının ibarətdir: Hindistan Ordusu, Hindistan Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri.Bundan əlavə, Hindistan Silahlı Qüvvələri Hindistan Sahil Mühafizəsi və Paramilitariya Təşkilatları tərəfindən dəstəklənir
Kanada Silahlı Qüvvələri
Kanada Silahlı Qüvvələri (fr. Forces armées canadiennes, FAC) — Kanadanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq funksiyasını yerinə yetirən hərbi təşkilat. Kanada Silahlı Qüvvələrinin fəaliyyəti, "Müdafiə haqqında qanun" ilə tənzimlənir. Təşkilat, Quru Qoşunları, Hərbi Hava Qüvvələri (RCAF) və Hərbi Dəniz Qüvvələrindən (RCN) ibarətdir. == Təşkilatın strukturu == Kanada Silahlı Qüvvələrində aşağıdakı iyerarxiya var: Ali Baş Komandan — Kraliça II Elizabet, 2010-cu ildən Kanada general-qubernatoru David Lloyd Conston tərəfindən təmsil olunur; Qərargah rəisi — Tomas Louson, 27 avqust 2012-ci ildən Qərargah rəisinin müavini, general-leytenant Qay Tibo Kanada kral hərbi donanma komandiri, vitse-admiral Mark Norman Kanada Ordusunun komandiri general-leytenant Paul Vinnik Kanada Kral Hava Qüvvələrinin komandanı, general-leytenant İvan Blonden Hərbi xidmət şöbəsinin müdiri general-mayor David Millar Kanada xüsusi qüvvələrinin komandiri, general Tuğgeneral William Tompson Kanada Silahlı Qüvvələrinin Kəşfiyyat komandiri, general-mayor Kristian Rousseau Kanadada birgə əməliyyat komandanlığı, General-leytenant Stüart Bir == Ədəbiyyat == Black, Jeremy. Fighting for America: The Struggle for Mastery in North America, 1519-1871. Indiana University Press. 2011. ISBN 978-0-253-35660-4. Conrad, John.
Misir Silahlı Qüvvələri
Misir Silahlı Qüvvələri — Afrikada ən böyük və Yaxın Şərqi əhatə edir. Bu Misir Ordusu, Misir Dənizi, Misir Hava Qüvvələri və Misir Hava Hücumundan Müdafiə Qüvvələrinin ibarətdir və 1922-ci ildə yaradılmışdı. 138 ölkənin ordusu arasında 9-cu yeri tutan Misir Silahlı Qüvvələri Yaxın Şərq və Afrikanın ən güclü ordusu hesab edilib. Bu, 2019-cu ildə olan göstəricidən üç pillə yüksəkdir. Qeyd edək ki, Misir Silahlı Qüvvələrinin personalı 920 min nəfərdir. Təkcə Hərbi Hava Qüvvələrinin malik olduğu texnikanın sayı 1,054 ədəddir. Quru qoşunlarında isə 4,295 ədəd tank, 11,700 hərbi maşın, 1,084 raket əleyhinə qurğu mövcuddur. Reytinq cədvəlində dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir.
Pakistan Silahlı Qüvvələri
Pakistan Silahlı Qüvvələri (urduca:پاک مُسَلّح افواج‎, Musallah Afwaj-e-Pakistan) — Pakistanı qorumaq məsuliyyəti daşıyan ordu. Aktiv şəxsi heyət sayına görə dünyada 6-cı, müsəlman ölkələri arasında 1-ci yerdədir. Silahlı Qüvvələr üç əsas hissəyə ayrılır- Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri. 1963-cü il Çin-Pakistan razılaşmasına əsasən, bu iki dövlət bir-biri ilə yaxın hərbi əlaqələrə malikdir. 2013-cü il hesablamalarına görə, Çin Pakistanı ən çox silah və texnika ilə təmin edən 2-ci ölkə hesab olunur. Hər iki ölkə həmçinin, bir-biri ilə nüvə enerjisi və aerokosmik texnologiyalar sahəsində də sıx əməkdaşlığa sahibdir. 2004-cü ildə Pakistana ABŞ-nin NATO-ya daxil olmayan ölkələr arasında əsas müttəfiqi statusu verilib. Pakistanı əsas hərbi məhsullarla təchiz edənlər də daxili təchizatçılardan sonra, Çin və ABŞ-dır. == Yerləşməsi == === Pakistan ərazisində === Hesablamalara əsasən Pakistan Silahlı Qüvvələri şəxsi heyətinin 60-70%-i Hindistan-Pakistan sərhədi boyunca yerləşmişdir. ABŞ-nin Əfqanıstana müdaxiləsindən sonra 150,000 nəfər şəxsi heyət isə "Qəbilə əraziləri"ndə yerləşmişdir.
Polşa Silahlı Qüvvələri
Polşa Silahlı Qüvvələri — Polşanı qorumaq məsuliyyəti daşıyan ordu. == Orduda din xadimlərinin xidmətindən istifadə == Roma Katolik Kilsəsi tərəfindən təşkil olunur. 1989-cu ildə qanuniləşdirilmişdir. Xidmət kilsə keşişləri və imamları tərəfindən aparılır.
Qazaxıstan Silahlı Qüvvələri
Qazaxıstan Silahlı Qüvvələri (qaz. Қазақстан Республикасының Қарулы Күштері) Qazaxıstan Respublikasını istənilən növ təhdidlərdən mühafizə etmək vəzifəsi daşıyan qüvvədir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri, həmçinin Respublika Qvardiyasından ibarətdir. Milli müdafiə siyasəti məqsədləri ölkənin konstitusiyasına əsaslanır. Qazaxıstan Silahlı Qüvvələri ölkənin müstəqilliyinin və suverenliyinin, həmçinin onun ərazi bütövlüyünün, hava məkanının və konstitusional hüququnun mühafizəçisidir. Ölkənin silahlı qüvvələri Müdafiə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. == Tarixi == 7 may 1992-ci ildə Qazaxıstan prezidenti "Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin təsis olunması" haqqında sərəncam imzaladı. Beləliklə, Qazaxıstan Respublikası Dövlət Müdafiə Komitəsinin Müdafiə Nazirliyinə transformasiyası baş verdi və general-polkovnik Saqadat Nurmaqambetov ölkənin ilk müdafiə naziri təyin olundu. Muxtar Altınbayev Qazaxıstanın ən uzun müddət bu vəzifədə xidmət etmiş müdafiə naziridir. Belə ki, o, 2001-ci ilin dekabrından 10 yanvar 2017-ci il tarixinə qədər bu vəzifədə xidmət etmişdir.
Qırğızıstan Silahlı Qüvvələri
Qırğızıstan Silahlı Qüvvələri — Silahlı Qüvvələrin Baş Qərargahının (QR SQBQ), Müdafiə İşləri üzrə Dövlət Komitəsinin (keçmiş Müdafiə Nazirliyi), Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmələri, bölmələri və bölmələri və Milli Qvardiya. Silahlı Qüvvələrin Baş Qərargahının və GKDO KR-nin birləşmələri, bölmələri və alt birliklərinin sayı təxminən 12,000 nəfər, SQ QR — 3000 nəfərdir və DSX — 6800 nəfər. Bundan əlavə, respublikanın hərbi doktrinasına uyğun olaraq Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Müdafiə Nazirliyinin tam tərkibli səyyar xüsusi təyinatlı bölmələrini özündə cəmləşdirən Dərhal Reaksiya Qüvvələri (DRQ) mövcuddur. Mühafizəçi. Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə görə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovdur. Qırğızıstan Respublikasının Müdafiə Naziri general-mayor Taalaibek Baryktabasoviç Omuralievdir (4 fevral 2021-ci ildən). == Tarixi == Qırğızıstan Respublikasının silahlı qüvvələri 29 may 1992-ci ildə Qırğızıstan Prezidenti Askar Akaevin fərmanı ilə respublika ərazisində yerləşən Sovet Ordusunun Orta Asiya Hərbi Dairə birləşmələri və birləşmələri onun əlinə keçirildiyi zaman quruldu. yurisdiksiya. 15 may 1992-ci ildən bu günə qədər KTMT üzvüdür 1993-cü ildə Qırğızıstan Respublikasının Müdafiə İşləri üzrə Dövlət Komitəsi Qırğızıstan Respublikasının Müdafiə Nazirliyinə çevrildi. 1993-cü ilin yanvarından 1998-ci ilədək Qırğızıstan Silahlı Qüvvələrinin ayrı bir dağ tüfəng taburu, "Tacikistanın Əfqanıstanla dövlət sərhədinin hissəsində vəziyyəti sabitləşdirmək üçün tədbirlər" ilə əlaqədar olaraq Tacikistanın 100 kilometrlik hissəsini qorudu.
Rusiya Silahlı Qüvvələri
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır. == Tarixi == 31 dekabr 1991-ci ildə SSRİ-nin dağılması ilə Sovet ordusu başsız qaldı.
SSRİ Silahlı Qüvvələri
SSRİ Silahlı Qüvvələri — SSRİ-nin ərazi bütövlüyünü qorumaq məsuliyyəti daşıyan ordu.
Silahlı münaqişələr hüququ
Silahlı qüvvələr
Silahlı qüvvələr — dövlətin hərbi təşkilatı. Dövlətin suverenliyini və ərazi bütövlüyünü hücumlardan və müharibədən daima qorumaq üçün mövcud olan zəruri dövlət təsisatı. Dövlətin dayaq sütunlarından biri sayılır. Müxtəlif qoşun növlərinə aid olaraq həqiqi və ehtiyat hərbi hissələrdən ibarət olur.
Silahlı İslam Qrupu
Silahlı İslam Qrupu (الجماعة الإسلامية المسلّحة; fr. Groupe Islamique Armé) — Əlcəzairdə islam rejiminin bərqərar olunması uğrunda mübarizə aparan silahlı təşkilat. Lideri Həsən Xəttabdır. Təşkilat 1992-ci ildə İslam Xilas Cəbhəsinin qalib gəldiyi seçkilərin nəticələrinin ləğv edilməsindən sonra terror fəaliyyətinə başlamışdır. Əsasən təhlükəsizlik orqanlarının əməkdaşlarına dövlət rəsmilərinə mülki rejimin tərəfdarı olan jurnalistlərə müəllimlərə və əcnəbi turistlərə qarşı terror aktları həyata keçirir. Qeyd etmək lazımdır ki 1993-cü ilin sentyabr ayında əcnəbilərə qarşı başlamış terror kompaniyası nəticəsində 100-dən çox adam ölmüüşdür. Təşkilatın ümumi iyerarxiya strukturu yoxdur və kiçik qruplar formasında fəaliyyət göstərir. Keçirilən terror aktlarının əksəriyyəti Fransa maraqlarına qarşı yönəlmişdir. Təşkilatın terrorçuları 1994-cü ilin dekabr ayında Air France aviaşirkətinə məxsus təyyarəni qaçırmış. 1995-ci ildə isə Fransa ərazisində silsilə partlayışlar təşkil etmişlər.
Suriya Silahlı Qüvvələri
Suriya Silahlı Qüvvələri (ərəb. القوات المسلحة العربية السورية ) – Suriya Ərəb Respublikasının silahlı qüvvələri. 4 qoşun növündən ibarətdir: quru, donanma, hava və hava hücumundan müdafiə qüvvələri. Suriya prezidenti Suriya Silahlı Qüvvələrinin ali baş komandadır.
Türkiyə Silahlı Qüvvələri
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur. Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir. Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir.
Türkiyənin Silahlı Qüvvələri
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur. Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir. Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir.
Türkmənistan Silahlı Qüvvələri
Türkmənistan Silahlı Qüvvələri - Türkmenistanyň Ýaragly Güýçleri Hava və Hava Hücumundan Müdafiə Qüvvələri, Sərhəd Qoşunları, Daxili Qoşunlar və Milli Qvardiyadan ibarətdir.
Ukrayna Silahlı Qüvvələri
Ukrayna Silahlı Qüvvələri (ukr. Збройні сили України) — Ukrayna dövlətinin silahlı qüvvələri. Ukrayna Silahlı Qüvvələri də daxil olmaqla bütün hərbi və təhlükəsizlik qurumları Ukrayna prezidentinə tabedir. Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Desant Qoşunlarından ibarətdir. 2014-cü ildə Rusiya ilə Ukrayna arasında baş verən hadisələrdən sonra Ukrayna özünün Silahlı Qüvvələrinin sayını 204,000 nəfərə çatdırdı ki, bu da 229,000 nəfər hərbçisi olan Fransadan sonra Avropada ən çox hərbi qulluqçusu olan ölkə deməkdir. 3 iyun 2016-cı il tarixindən etibarən qadınlar da Ukrayna Silahlı Qüvvələrində döyüş əməliyyatlarına cəlb edilir. == Büdcə == 2016-cı ildə milli təhlükəsizlik və müdafiə büdcəsi 2013-cü illə müqayisədə 23%, 2005-ci illə müqayisədə 65% artaraq 5.172 milyard ABŞ $ təşkil etmişdir ki, bu da Ukrayna ÜDM-nin 5%-nə bərabərdir. 2016-cı ildə, həmçinin Silahlı Qüvvələrin modernizasiya xərcləri də 30% artmışdır. 2005: 2.7 milyard ABŞ dolları 2013: 3.6 milyard ABŞ dolları 2016: 4.4 milyard ABŞ dolları 2017: 5.1 milyard ABŞ dolları == Hərbi bayram günləri == 8 iyul: Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri günü İyulun ilk bazar günü: Hərbi Dəniz Qüvvələri günü 2 avqust: Desant Qüvvələri günü 7 sentyabr: Hərbi kəşfiyyat günü 14 oktyabr: Ukraynanın müdafiəçiləri günü 29 oktyabr: Maliyyə zabitləri günü 3 noyabr: Raket və Artilleriya Qoşunları günü 3 noyabr: Mühəndislər günü 6 dekabr: Silahlı Qüvvələr günü 12 dekabr: Quru Qoşunları günü == Hərbi Sənaye Kompleksi == SSRİ dağıldıqdan sonra onun hərbi sənayesinin 30%-i Ukraynaya verildi. Ukrayna hələ də raket texnologiyası, döyüş gəmiləri və sualtı gəmilər üçün naviqasiya elektronikaları, döyüş təyyarələri üçün radar istehsalına görə liderlərdən biridir.
Venesuela Silahlı Qüvvələri
Venesuela Silalı Qüvvələri (isp. Fuerzas Armadas de Venezuela) - Venesuela Respublikasının silahlı qüvvələri. Azadlığın, müstəqilliyin müdafiəsi və respublikanın ərazi bütövlüyünün qorunması üçün nəzərdə tutulub. Quru-qoşunlar, hərbi-dəniz, hərbi-hava qüvvələrindən və milli qvardiyadan ibarətdir.
Yunanıstan Silahlı Qüvvələri
Yunanıstan Silahlı Qüvvələri (yun. Ελληνικές Ένοπλες Δυνάμεις / Elinikes Enoples Dinamis) — Yunanıstanı qorumaq məsuliyyəti daşıyan ordu. == Təşkilat == Yunanıstan Silahlı Qüvvələri : Yunanıstan Milli Müdafiə Nazirliyi Baş Qərargahı Γενικό Επιτελείο Εθνικής Άμυνας ; ΓΕΕΘΑ Yunanıstan Quru Qoşunları Ελληνικός Στρατός Ξηράς / Ellenikόs Stratόs Ksirάs Yunanıstan Hərbi Dəniz Qüvvələri Ελληνικό Πολεμικό Ναυτικό ; ΠΝ / Ellenikόs Polemikó Naftikó ; PN Yunanıstan Hərbi Hava Qüvvələri Ελληνική Πολεμική Αεροπορία ; ΠΑ / Εllenikí polemiklere Aeroporía ; PA dan meydana gələr . Paramilitar quruluş olaraq Ticarət Dənizçilik və Ada Siyasəti Nazirliyinin səlahiyyəti altında olan: Yunanıstan Sahil Təhlükəsizliyi Λιμενικό Σώμα / Limenikό Soma Müharibə şəraitində Yunanıstan Hərbi Dəniz Qüvvələrinə kömək edər. == Əsgərlik == Yunanıstanda bu an 18 yaşın üstündəki kişilərə 12 ay məcburi əsgərlik tətbiq olunmaqdadır. Qadınlar da Silahlı qüvvələrində xidmət edə bilər. Ancaq əsgərlik etmə zəruriliyi yoxdur. == Beynəlxalq əlaqəsi == Yunanıstan AB və NATO-ya üzv ölkələrdəndir. Və ISAF (International Security Assistance Force, Əfqanıstan), EUFOR (European Union Stabilization Forces, Bosniya və Herseqovina) və Çad, KFOR (Kosovo Force, Kosovo) olmaq üzrə bir çox sülh qoruma gücünə qatılmışdır. == Orduda din xadimlərinin xidmətindən istifadə == Yunan Ortodoks Kilsəsi tərəfindən təşkil edilir.
Özbəkistan Silahlı Qüvvələri
Özbəkistan Respublikasının Silahlı Qüvvələri (özb. O‘zbekiston Qurolli Kuchlari, Ўзбекистон Қуролли Кучлари) — Özbəkistan Respublikasının hərbi qüvvələrinin məcmusu. Özbəkistan Silahlı Qüvvələrinə quru qoşunlarının hərbi komandanlıq və nəzarət orqanları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri, Milli Qvardiya və sərhəd xidməti daxildir. Özbəkistan silahlı qüvvələrinin vəzifələrini Özbəkistan Respublikasının Prezidenti onun bitərəf xarici siyasətinə uyğun olaraq müəyyən edir. Beləliklə, silahlı qüvvələrdən yalnız müdafiə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulur. == Xüsusiyyətləri == Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvüdür və 2012-ci ilin ortalarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırmışdır. Özbəkistan Rusiya ilə ikitərəfli müdafiə əlaqələrini saxlayır və əsasən SSRİ dövründən qalma texnikadan istifadə edir. Əhəmiyyətli aviasiya imkanları Sovet İttifaqından miras qalmış, lakin Özbəkiyan müvəqqəti olaraq minimal təmir və modernləşdirmə silah və hərbi texnikanın döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə azaltmışdır. Buna baxmayaraq, 2018-ci ilə qədər təyyarələr və helikopterlər alınmışdır. 2018-ci ilin məlumatına görə, Özbəkistan Silahlı Qüvvələrin tərkibində 48 min hərbi qulluqçu xidmət edir.
İngiltərə Silahlı Qüvvələri
İngiltərə Silahlı Qüvvələri — İngiltərəni qorumaq məsuliyyəti daşıyan ordu. == Orduda din xadimlərinin xidmətindən istifadə == İngiltərə Silahlı Qüvvələrində Roma-katolik, protestant və yəhudilərdən ibarət dini qurum tərəfindən təşkil edilir. Qurumun vasitəçiliyi olmadan İslam dininin nümayəndələri də təmsil olunur.
İran Silahlı Qüvvələri
İran Silahlı Qüvvələri (fars. نيروهای مسلح جمهوری اسلامی ايران‎) — İranı qorumaq məsuliyyəti daşıyan ordu. Hərbi vəsaiti 17 milyard ABŞ dolları olan İran ordusu dünyanın 12-ci böyük ordusudur. (08.01.2013) İran İslam ölkəsi olduğu üçün orduda dini qaydalara rəsmi formada əməl olunur.
İspaniya Silahlı Qüvvələri
İspaniya Silahlı Qüvvələri — İspaniyanı qorumaq məsuliyyəti daşıyan ordu.İspaniyanın Silahlı Qüvvələri,Quru Qoşunları, Dəniz Qüvvələri və Hava Qüvvələrindən ibarətdir.İspaniyanın Silahlı Qüvvələrinin İspaniya Konstitusiyasına görə, İspaniyanın suverenliyini və müstəqilliyini təmin etmək, ərazi bütövlüyünü və konstitusiya quruluşunu müdafiə etmək missiyaları var. İspaniya Silahlı Qüvvələrinin ali komandanlığına Kral Silahlı Qüvvələri Ali Baş Komandanın kapitanı rəhbərlik edir.Baş qərargah rəislərinin təyin edilməsi Müdafiə nazirinin təklifi ilə Baş nazir tərəfindən icra edilir. İspaniya Silahlı Qüvvələri Avropa Birliyi Qüvvələrinin (EUFOR) və Eurocorps'un bir hissəsidir.Eyni şəkildə, İspaniya 1982-ci ildə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) hərbi quruluşuna inteqrasiya olunmuşdur.Bundan əlavə, dünyanın ən qədim dəniz korpuslarına və ən daimi iki hərbi hissəsinə sahibdirlər. 1 yanvar 2021-ci il tarixinə qədər İspaniya Silahlı Qüvvələrində 133,282 hərbi qulluqçu var idi. == İspaniya Silahlı Qüvvələrinin tərkib hissələri == === Hərbi birləşmələr === === İspaniya Quru Qoşunları === İspaniya Silahlı Qüvvələri, İspaniyanın suverenliyini və müstəqilliyini təmin etmək, ərazi bütövlüyünü və konstitusiya quruluşunu müdafiə etmək missiyasına malikdir. Yaranması 15-ci əsrə təsadüf edir. Avropada və dünyada fərqli missiyalarla qatqı təmin edərək beynəlxalq səviyyədə tanınan ən əhəmiyyətli ordularından biri sayılır. Təxminən 80.000 əsgər var. === İspaniya donanması === Dəniz Qüvvələri İspaniyanın suverenliyini və müstəqilliyini, konstitusiya quruluşunu təmin etmək, ərazi bütövlüyünü dəniz sərhədlərini xüsusi qayğı ilə qorumağa borcludur. Dünyadakı ən qədim aktiv dəniz qüvvələrindən biridir.Yaranması XV əsrə aiddir.
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Komor adaları Silahlı Qüvvələri
Кomor adaları Silahlı Qüvvələri (фр Arme dveloppement nationale de), kiçik nizami ordu və polisdən ibarət olan 500 nəfərlik müdafiə qüvvələridir. [1] == Fəaliyyəti == Fransa ilə qarşılıqlı müdafiə haqqında müqavilə imzalanmışdır, tTəlim, ərazi sularından qorunmasını , hava müşahidəsini Komor hərbi dəniz qüvvələri təmin edir. Fransa Komor adaları hökumətində bir neçə yüksək rütbəli zabit saxlayır. Fransanın Komorda kiçik dəniz bazasına və xarici legion (DLEM) dəstəsi var. [2] == Silah və Texnika == FN FAL avtomat AK avtomatı НСВ dəzgahlı pulemyot RPQ-7 Tank əleyhinə qranatatan Mitsubishi markalı pikap L200 [3] == Hərbi hava qüvvələri == == Dəniz Qüvvələri == 1981-ci ildə 2 Yamauri patrul gəmiləri istismara verildi.
Moskvada dekabr silahlı üsyanı (1905)
Moskvada dekabr silahlı üsyanı (1905) 1905-1907-ci il Birinci rus inqilabının ən yüksək inkişaf mərhələsi. 1905-ci il inqilabi hərəkatı, işçilərin tətilləri, kəndlilərin çıxışları, ordu və donanmada olan həyəcan çarizmin devrilməsi uğrunda üsyana çevrildi. == Tərəflərin hazırlığı == Moskva işçiləri ilklərdən oldu. 1905-ci il dekabrın 5-də, RSDFP-nin Moskva konfransı dekabrın 7-də 12 saatlıq ümumi tətilə qərar verdi, tətil sonradan silahlı üsyana çevrilməli idi. Bu qərarı Moskvada keçirilən Moskva Şurasının plenumu, poçt-teleqraf işçilərinin qurultayı və Ümümrusiya dəmiryolçular konfransı dəstəklədi. Moskva Şurasının İzvestiya qəzeti "Bütün işçilərə, əskərlərə və vətəndaşlara" mütləqiyətə qarşı barışmaz mübarizəyə çağıran Manifestlə müraciət etdi. Tətil dekabrın 7 günorta saat 12 başladı. 600-dən çox müəssisədə işləyən 100000-dən çox adam işini dayandırdı. Nikolayevskdən başqa, bütün dəmir yollarında qatarların hərəkətləri dayandırıldı. Moskva proletariatının və başqa sosial qüvvələrin üsyanın V.L.Şanzer (Marat) və M.İ. Vasilyev-Yujinin rəhbərliyi ilə Moskva Şurası və RSDFP-nin Moskva komitəsi başçılıq edirdi.
Qondarma Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələri
Dağlıq Qarabağ Müdafiə Ordusu (erm. Արցախի Հանրապետության պաշտպանության բանակ) — qondarma Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri. Dağlıq Qarabağdakı erməniləri qorumaq üçün yaradılmış olan qeyri-nizami müdafiə dəstələri idi. Dağlıq Qarabağ Müdafiə Ordusu təxminən 15–20 min əsgərdən ibarət olduğu güman edilir. Şəxsi heyətinin çoxu Qarabağ və Azərbaycanın müxtəlif yerlərindən gəlmiş ermənilərdən ibarətdir. Arsenallarında olan silahların böyük əksəriyyəti Sovet ordusundan qalmış olan Kalaşnikov avtomatları, müxtəlif SSRİ istehsalı olan tanklar, ağır toplardan ibarətdir. Əsas silah və sursat dəstəkçisi Ermənistan Respublikasıdır. Bu ordunun yaradılmasında Robert Koçaryanın (Ermənistan Respublikasının keçmiş prezidenti və Dağlıq Qarabağ Müdafiə Ordusunun ilk baş komandanı), Serj Sarkisyanın (Ermənistan Respublikası nın keçmiş prezidenti), Vazgen Sarkisyanın (1992–1993-cü illərdə Ermənistan Respublikasının Müdafiə naziri, 1993–1995-ci illərdə müdafiəyə cavabdeh olan nazir, 1998–1999-cu illərdə baş nazir), Monte Melkonyanın (Martuni bölgəsinə cavabdeh olan şəxs), Samvel Babayanın (1994–2000-ci illərdə Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri) mühüm xidmətləri olmuşdur. Bu ordu çox böyük və ağır silahlar ilə təchiz edilmişdir: 316 ədəd tank, 323 ədəd zirehli maşın, 322 ədəd 122 mm-lik top, 44 ədəd reaktiv yaylım atəş sistemi və yeni bir ədəd hava hücumlarından müdafiə sistemi. Bu ordu Ermənistan Silahlı Qüvvələrinə dərindən bağlıdır.
Qvineya-Bisau Silahlı Qüvvələri
Qvineya-Bissau silahlı qüvvələri quru qoşunları, hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri və jandarma qüvvələrini əhatə edən və dövlət quruluşunun qorunması, əhalinin və Qvineya-Bisau Respublikasının ərazi bütövlüynü qorumaqla səlahiyyətli olan qurumdur. == Tərkibi == Quru qoşunları kəşfiyyat bölüyündə 5 piyada batalyonu, 1 artilleriya taburu və zirehli tank eskadron ordunun arsenalındadır. Personalın ümumi sayı 6000 nəfərdən 3500 nəfərədək ibarətdir. Hazırda 10-dək çox köhnə tank, 9 döyüş kəşfiyyat maşınları PТ-76 Т-34–85, 15 yüngül üzən tank, 16 zirehli transportyor, 10, 20, 18 yedəyə alınanlar top, 8 minaəleyhinə maşın , 30 zenit topları, БТР-60 БРДМ-2 БТР-40 azı 15 zirehli transportyor, 20 çin istehsalıə zirehli avtomobillər vardır. [1] Arxivləşdirilib 2017-01-09 at the Wayback Machine == Hərbi hava qüvvələri == Qvineya-Bissau hərbi hava qüvvələri quru qoşunlarının təyyarə ilə dəstəklənməsi üçün fəaliyyətdədir. Burada 100 hərbçi xidmət edir və yalnız bir mübariz hava vasitəsi olan Mi-8 çoxməqsədli helikopter vardır. Artıq yararsız olub və anbarda saxlanmasına baxmayaraq üç döyüş təyyarəsi və 4 ədəd SA31 helikopter mövcuddur. [2] Arxivləşdirilib 2017-01-09 at the Wayback Machine == Hərbi dəniz qüvvələri == Ölkənin hərbi dəniz qüvvələri 350 hərbçi və 6 hərbi gəmidən ibarətdir. == Jandarma qüvvələri == Jandarma qüvvələri Qvineya-Bissauda ölkə daxilində sabitliyin və təhlükəsizliyin qorunub saxlanması üçün lazım dəstək üçün müharibə illərində formalaşdırmışdır. Məhdud sayda atıcı silah, zirehli texnika və 2000 nəfər insani qüvvə mövcuddur.
Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi İnstitutu
Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kaliynur Usenbekov adına Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi İnstitutu — Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və Cəzanın İcrası Dövlət Xidməti (FHNCİDX) üçün kiçik zabitlər hazırlayan Qırğızıstandakı ən yüksək hərbi təhsil müəssisəsidir. Bişkek şəhərində yerləşən, 2009-cu ildən bəri Oş şəhərində filialı fəaliyyət göstərir. == Tarixi == 1941-ci ilin dekabrında Odessa Hərbi Aviasiya pilotları məktəbi Qırğızıstana verildi. 3 yanvar 1942-ci ildə kursant-pilotların ilk buraxılışı oldu. Bu məktəbin məzunlarının əksəriyyəti Stalinqradın müdafiəsində iştirak edən 651-ci Qırıcı Aviasiya Alayını təşkil etməyə göndərildi. Böyük Vətən Müharibəsi dövründə Frunze Pilot Məktəbi 1500-dən çox pilot yetişdirdi. 1945-ci ilin avqust ayında pilot məktəbi "Qırmızı Ordu Hava Müdafiə Qırıcı Aviasiya Odessa Hərbi Pilot Məktəbi" olaraq dəyişdirildi. 15 may 1947-ci ildə məktəb SSRİ Hərbi Hava Qüvvələrinin hərbi universitetləri sisteminə qəbul edildi və alay sisteminə verildi. 1947-ci ilin iyun ayında məktəb SSRİ Hərbi Hava Qüvvələrinin Frunze Hərbi Pilot Məktəbi adlandırıldı. 1945-1947-ci illərdə məktəbdə 2573 qırıcı pilot yetişdirildi.
Rusiya Federasiyası Mərkəzi Silahlı Qüvvələr Muzeyi
Sovet Ordusu Muzeyi kimi də tanınan Rusiya Federasiyası Mərkəzi Silahlı Qüvvələr Muzeyi (rus: Центральный Музей Вооруженных сил) Rusiyada, Moskvanın şimalında, Qırmızı Ordu Teatrının yaxınlığında yerləşir. == Tarixi == Sovet Sosialist Respublikaları İttifaqının və Qırmızı Ordunun hərbi vəziyyətini göstərən ilk ekspozisiya Moskvada bugünkü Dövlət Universal Mağazasının binasında təşkil edilmiş və 25 may 1919-cu ildə Vladimir Lenin tərəfindən açılışı həyata keçirilmişdir. == Eksponatlar == Muzey öz tarixi ərzində sovet dövrünün ən görkəmli və mühüm hərbi qalıqlarını cəmləməyə, hərbi keçmişinin qeydiyyatını yaratmağa müvəffəq olmuşdur. Böyük Vətən Müharibəsi bölməsinin bir hissəsi Sovet İttifaqının Qərb Cəbhəsindəki müttəfiqlərinə həsr edilmişdir. Almaniyanın iki cəbhə arasında əzilməsini əks etdirən sovet təbliğat plakatlarının nümunələri və Müttəfiqlərin Normandiyadan Almaniyaya doğru irəliləməsinin xəritələri nümayiş etdirilir. Britaniya və Amerika istehsalı olan atıcı silahlar və uniformalar nümayiş etdirilir. Həqiqi ölçülü bir diorama, Omaha çimərliyinin divar ölçüsündəki bir şəklinin qarşısında bir səhra topunu çəkən bir Jeep maşınını göstərir. Şəkil, Ən Uzun Gün (1962) filmində göstərildiyi kimi Omaha çimərliyini göstərir, lakin 1944-cü ilin iyun ayındakı Omaha çimərliyinə aid deyildir. Son zallarda Sovet Ordusu və Hərbi Dəniz Qüvvələrinin müharibədən sonrakı və müasir inkişafları nümayiş etdirilir, Soyuq müharibə bölməsində Gary Pauers tərəfindən idarə olunan U-2 casus təyyarəsinin qalıqları və Sovet qüvvələrinin Soyuq Müharibədə iştirakı göstərilir. Sovet qoşunlarının Əfqanıstandakı iştirakına və Çeçenistandakı son döyüş əməliyyatlarına xüsusi zal həsr olunmuşdur.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisliyi
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi. Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (rus. Начальник Генерального штаба Вооружённых сил Российской Федерации) - Rusiya Silahlı Qüvvələrində hərbi mövqe. Baş Qərargah rəisi eyni zamanda Rusiya Müdafiə Nazirinin Birinci müavini vəzifəsini tutur. Baş Qərargah rəisinin səlahiyyətləri: Silahlı Qüvvələrin əməliyyat rəhbərliyi; Silahlı Qüvvələrin döyüş vaxtının təşkili və onlardan istifadənin təşkili; Digər qoşunların və hərbi birləşmələrin qurulması və inkişafı planlarının həyata keçirilməsində digər qoşunların və hərbi birləşmələrin komandanlığı və nəzarəti ilə məşğul olan federal icra orqanlarının fəaliyyətini əlaqələndirmək; Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının yoxlanılmasının təşkili, habelə digər qoşunların, hərbi birləşmələrin və orqanların səfərbərlik vəziyyətinə nəzarət; Rusiya Federasiyasının hərbi məsələlər üzrə beynəlxalq müqavilələrinin bağlanması üçün təkliflərin verilməsi; Baş Qərargah strukturunun bölmələri haqqında əsasnamənin təsdiq edilməsi; Silahlı Qüvvələrdə yüksək rütbəli zabitlər tərəfindən idarə olunacaq hərbi vəzifələrə dair təklifin baxılması üçün Rusiya Federasiyasının Müdafiə Nazirinə təqdim edilməsi. Baş Qərargah rəisi federal konstitusiya qanunlarına, federal qanunlara, Rusiya Federasiyasının digər normativ hüquqi aktlarına, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rusiya Federasiyasının Müdafiə Nazirinin əmr və göstərişlərinə uyğun olaraq digər səlahiyyətləri də həyata keçirir.
Silahlı Polis Mühəndislik Universitetinin Urumçi filialı
Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində yerləşən Çin Xalq Silahlı Polis Qüvvələrinin Mühəndislik Universitetinin Urumçi filialıdır. == Xronologiya və məlumat == Noyabr 1983-cü ildə, Dövlət Şurası Sincan Silahlı Polis Korpusu Təlim Taburunu rəsmi olaraq Urumçidəki Çin Xalq Silahlı Polis Komandanlığı Məktəbinə (Urumçi Xalq Silahlı Polis Komandanlığı Məktəbi) çevirmişdir. 1997-ci ildə texniki orta məktəbdən kiçik bir kollecə yüksəldildi. 2004-cü ildə Çin Xalq Silahlı Polis Qüvvələri Akademiyasının Urumçi şöbəsi quruldu və ortaq bir ofisin əsası qoyuldu. 2004-cü ildə bakalavr dərəcəsinə yüksəldi. 2006-cı ilin sentyabr ayında Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Məktəbi və Silahlı Polis Komandanlığı Akademiyasının Urumçi şöbəsi birləşərək Çin Xalq Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Akademiyasına yüksəldildi və müavin bölmə səviyyəsindən ümumi bölüyə yüksəldildi. Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Akademiyası adlandırılan Çin Xalq Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Akademiyası Silahlı Polis Qüvvələrinin kiçik komandirləri üçün hərbi bir kollecdir və Sincan Silahlı Polis Korpusuna bağlıdır. Kollec Siçuan, Çuntsin, Çinqhay, Ninqsia, Şaansi, Qansu, Sincan və digər yerlərdən yeni lisey məzunlarını qəbul edir, etnik azlıqlar üçün lisenziya təhsili və kiçik kollec təhsili verir və Silahlı Polis Zirehli Qüvvələri Silahlı Polis Sincan Korpusu üçün iş təhsili verir. 2017-ci ildə milli müdafiə və hərbi islahatların dərinləşdirilməsində Çin Xalq Silahlı Polis Qüvvələri Mühəndislik Universiteti və Çin Xalq Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Kolleci birləşdirildi və yeni Çin Xalq Silahlı Polis Qüvvələri Mühəndislik Universitetinin əsası qoyuldu. Akademiyaların qurulmasına dair Dövlət Şurası və Mərkəzi Hərbi Komissiyanın əmrinə əsasən Silahlı Polisin orijinal Urumçi Komandanlıq Məktəbi Silahlı Polisin Urumçi Komandanlıq Məktəbi adlandırıldı.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi — Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci il aprelin 5-də imzalanmış protokola uyğun olaraq, Azərbaycan Respublikası müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmrinə əsasən, NATO təlim sisteminin Azərbaycan Silahlı Qüvvələrində tətbiqi ilə əlaqədar, 2001-ci il martın 26-dan zabit heyətinin təkmilləşdirilmə, gizir hazırlığı və ehtiyat zabit hazırlığı kursları bazasında yaradılmış təlim tədris mərkəzi. Təlim və Tədris Mərkəzi Azərbaycan Ordusu üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir. 2020-ci ilin sonlarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin şərəfinə “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və sarsılmazdır” adlı tədbir keçirilib. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Tədris == Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində aşağıdakı kurslar fəaliyyət göstərir: zabit heyətinin təkmilləşdirilmə kursu – Azərbaycan Ordusunun tələbatına müvafiq olaraq bütün səviyyələr və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıq və vərdişlərinə yiyələnməsi məqsədilə hayata keçirilən əlavə təhsildir; ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədilə müvafiq ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edən əlavə təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir; gizir hazırlığı kursu – müvafiq komanda va mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” rütbəsi verilir; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət etmək üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir. Kursu müvəffəqiyyətlə bitirənlərə “kiçik çavuş” rütbəsi verilir. II Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlara Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin zabit-gizir heyəti də qatılmış və onlardan 21 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir.
Silahlı Qüvvələrə Yardım Fondu
Azərbaycan Ordusuna Yardım Fondu - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə təşkil edilən qurum. Fond Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli 1204 nömrəli Fərmanı ilə Azərbaycan Ordusuna Yardım Fondu yaradılıb və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ləğv edilib. Silahlı Qüvvələrə Yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsait Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülüb. == Haqqında == Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır. === Vəzifəsi === Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. == Fəaliyyəti == === İanələr === 2020-ci il sentyabrın 27-si İkinci Qarabağ müharibəsi başladıqdan sonra fonda bir çox şirkətlər vəsait köçürmüşdülər. Təkcə müharibə dövründə Fonda hüquqi şəxslər tərəfindən 47 milyon 670 min 193 manat məbləğində vəsaitin köçürülməsi qeydə alınmışdır.

Значение слова в других словарях