SİRACƏDDİN

dinin çırağı, dinin məşəli.
SİRAC
SİRAFİL
OBASTAN VİKİ
Siracəddin Səyyid
Siracəddin Səyyid (1958, Özbəkistan) — Özbək şairi. Özbəkistanın xalq şairi. Siracəddin Səyyid 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk kitabı "Ruhum xəritəsi" (1984) Qafur Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında nəşr olunub. Ondan bəri istedadlı şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib: "Sevgi məmləkəti" (1987), "Qoru" (1990), "Mehr qalır, məhəbbət qalır" (1992), "Yandım" (1994), "Evindəki beşiklər" (1996), "Vətəni öyrənmək" (1996), "Yiyəsi var yurd" (2001), "Vətən əbədidir" (2001), "Könül fəsli" (2007), "Yaşasın yağışlar" (2007) və başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə "Şərq" nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Siracəddin Səyyid çağdaş Azərbaycan poeziyasının bir çox qiymətli nümunələrini özbək dilinə uğurla çevirib.
Siracəddin Urməvi
Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198, Urmiya – 1283, Konya) — Azərbaycan filosofu, ictimai-siyasi xadimdir. "Məntiqə və fəlsəfəyə dair nurların doğuşları" "Hikmət incəlikləri" "Haqqın bəyanı" "Metodlar" "Ziddiyyətin misallarına dair traktat" "Dialektikaya dair traktatlar" "Həkimanə sözlərin islahı" "Təhsil" "Suallar" və s. Zakir Məmmədov. Siracəddin Urməvi. Azərbaycan SSR EA "Məruzələri", 1967; Zakir Məmmədov. Siracəddin Urməvinin məntiqinə dair. Azərbaycan SSR EA "Xəbərlər" jurnalı, 1968; Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978; Zakir Məmmədov. Bəhmənyarın fəlsəfəsi.
Siracəddin Səkkaki
Sekkaki (d. 1159 (1160) - ö. 1229) — çağatayca yazan şair. Həyatının ilk dövrlərində metal işləmə sənətiylə məşğul olduğu üçün Sekkaki nisbəsiylə anılmışdır. Nisbəsiylə bağlı başqa fərziyyələrdə vardır. Böyük şair olmaqla yanaşı, eyni zamanda fiqh sahəsində də böyük biliklərə malik olmuşdur. Doğum və ölüm tarixləri bilinmir. Həyatı haqqında yetərli bilgi yoxdur. Müasiri Yaqut əl-Həməvi Səkkainin başqa qələm ilə fiqh olmaqla, ərəb dili və ədəbiyyatı, bəyan,əruz və şer kimi müxtəlif elmlərdə çox usta olduğunu və karvanlar vasitəsiylə şöhrətinin hər yerə yayıldığını bildirmişdi. Lakin dövrün qarışıqlığına görə, həyatı barədə bəzi məlumatlar ya dövrümüzə heç çatmamış, ya da çox təhrifə məruz qalaraq çatmışdır.
İsmayıl Siracəddin Şirvani
İsmayıl Şirvani tam adı Mövlana Şeyx Hacı İsmayıl əl-Kürdəmiri əş-Şirvani, həmçinin İsmayıl Kürdəmiri və ya İsmayıl Siracəddin Şirvani (1782, Kürdəmir, Bölükət mahalı, Şirvan Xanlığı — 1848, Amasya, Osmanlı imperiyası) — İslam din xadimi, sufi Nəqşibəndiya ordeninin ruhani lideri. Xalidiyyə təriqətinin ağsaqqalı, Qafqazdakı müridizm hərəkatının və Nəqşibəndi təriqətinin banisi. Nəqşibəndiyyə tarikatının şeyxlərinin qızıl varislik silsiləsində 31-ci mənəvi halqadır. 1782 ildə Azərbaycanın Şamaxı qəzasına bağlı Kürdəmirdə dünyaya gələn İsmayıl, Məhəmməd Nuri Əfəndidən dərs alır. 1848-ci ildə vəba xəstəliyi səbəbindən İsmail Siracəddin Ramazan ayının 17-ci günündə vəfat edərək Şamlar qəbiristanlığında dəfn edilir. Oğlu Əhməd Xulusi Əfəndi Şirvanzadə 1874-də İstanbul qazısı olmuş, digər oğlu Şirvanzadə Rüşdü Paşa sədrəzəm olmuşdur. Onun digər oğlu Hacı Mahmud Əfəndi İsmayıllı rayonunun Mican kəndində məskən salmışdır. Rəşid Mahmudov və Ağarəsul Məmmədovun ulu babasıdır. Şeyx Şamil Mir Həmzə Nigari Şeyx Mahmud əfəndi Almalı Mövlana Hacı Mahmud baba Şeyx Əməd Əl Ağdaşi Azərbaycanda təsəvvüf Xəlvətilik Məhəmməd Məhəmmədcəlil, Fariz Xəlilli, Mövlanə İsmayıl Siracəddin Şirvani. Həyatı, fəaliyyəti və ardıcılları.
Əbu Bəkr Siracəddin
Martin Linqs və ya Əbu Bəkr Siracəddin (24 yanvar 1909[…] – 12 may 2005[…]) — İngiltərəli din tədqiqatçısı[mənbə göstərin] Martin Linqs 1909-cu ildə İngiltərənin Mançester şəhərində dünyaya gəlmişdir. Xristian protestant ailədə göz açsa da, gənclik illərində dini mövzudakı suallara qənaətbəxş cavab tapmaması onun ateizmə meyil göstərməsinə səbəb olmuşdur. Həyatının sonrakı illərində ədəbiyyat sahəsinə marağı artan Linqs Oksford Universitetində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlasa da, daxilindəki mənəvi boşluq iyirmi beş yaşında onu dünya dinlərini tədqiq etməyə istiqamətləndirmişdir. Nəhayət, İslamla yaxından tanış olmağa başlamış və bu sahədə çoxlu ədəbiyyat mütaliyə etmişdir. 1938-ci ildə Şimali Afrikada səfərdə olarkən orada böyük sufi şeyxi Əhməd Ələvi əş-Şazəli ilə görüşmüşdür. Məhz bu görüş onun həyatının dönüş nöqtəsi hesab edilir. Martin İslamı qəbul edərək Əbu Bəkr Siracəddin adını almış, bir ildən sonra isə Misirə gələrək, Qahirə Universitetində ingilis ədəbiyyatından, əsasən, Şekspirin yaradıcılığından dərs deməyə başlamışdır. 1948-ci ildə İngiltərəyə qayıdan Martin Linqs London Universitetində ərəb dili üzrə mütəxəssis diplomuna yiyələnmiş, 1955-ci ildən başlayaraq uzun müddət Britaniya muzeyinin Şərq əlyazmaları (əsasən ərəbdilli mətnlər) şöbəsinin müdiri vəzifəsində çalışmış və bu sahədə çoxlu tədqiqatlar aparmışdır. Həyatı boyu İslam dəyərlərinə, müsəlman mədəniyyətinə xüsusi bağlılığı ilə seçilən Martin Linqs (Əbu Bəkr Siracəddin) 2005-ci ilin may ayında 98 yaşında İngiltərədə vəfat etmişdir. "Qədim inanclar, müasir xurafatlar" "İyirminci əsrdə bir vəli" "Təsəvvüf nədir?" "On birinci saat" "Əminlik kitabı" "Şekspirin müqəddəs sənəti" "Quran xəttatlığı nümunələri" "Məhəmməd: ilk mənbələr əsasında Onun həyatı" (ing.

Значение слова в других словарях