İsmayıl Şirvani tam adı Mövlana Şeyx Hacı İsmayıl əl-Kürdəmiri əş-Şirvani, həmçinin İsmayıl Kürdəmiri və ya İsmayıl Siracəddin Şirvani (1782, Kürdəmir, Bölükət mahalı, Şirvan Xanlığı — 1848, Amasya, Osmanlı imperiyası) — İslam din xadimi, sufi Nəqşibəndiya ordeninin ruhani lideri. Xalidiyyə təriqətinin ağsaqqalı, Qafqazdakı müridizm hərəkatının və Nəqşibəndi təriqətinin banisi.
İsmayıl Şirvani | |
---|---|
Mövlana Şeyx Hacı İsmayıl əl-Kürdəmiri əş-Şirvani | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəmir, Bölükət mahalı, Şirvan Xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Amasya, Osmanlı imperiyası |
Vəfat səbəbi | vəba |
Vətəndaşlığı | Osmanlı imperiyası |
Elmi fəaliyyəti | |
Elm sahəsi | sufilik |
Nəqşibəndiyyə tarikatının şeyxlərinin qızıl varislik silsiləsində 31-ci mənəvi halqadır.
1782 ildə Azərbaycanın Şamaxı qəzasına bağlı Kürdəmirdə dünyaya gələn İsmayıl, Məhəmməd Nuri Əfəndidən dərs alır. 1848-ci ildə vəba xəstəliyi səbəbindən İsmail Siracəddin Ramazan ayının 17-ci günündə vəfat edərək Şamlar qəbiristanlığında dəfn edilir.
Oğlu Əhməd Xulusi Əfəndi Şirvanzadə 1874-də İstanbul qazısı olmuş, digər oğlu Şirvanzadə Rüşdü Paşa sədrəzəm olmuşdur.
Onun digər oğlu Hacı Mahmud Əfəndi İsmayıllı rayonunun Mican kəndində məskən salmışdır.
Rəşid Mahmudov və Ağarəsul Məmmədovun ulu babasıdır.
Məhəmməd Məhəmmədcəlil, Fariz Xəlilli, Mövlanə İsmayıl Siracəddin Şirvani. Həyatı, fəaliyyəti və ardıcılları. “ Adiloğlu” nəşriyyatı Bakı-2003
İSMAYIL ŞİRVANİ Türk Dünyasının Məşhurları-30
SİRACƏDDİN ŞİRVANİ ƏFƏNDİ Şirvanlı Şeyxin Osmanlıda Türbəsi
“Şamaxı ensiklopediyası” MÖVLANƏ HACI İSMAYIL ƏFƏNDİ ŞİRVANİ
İsmayıl Siracəddin Şirvani Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
32-й Шейх Исмаил Мухаммад аш-Ширвани