SİT

ə. 1) şöhrət, ad-san; 2) şayiə.

SİRRÜLLAH
SİTAD
OBASTAN VİKİ
Sit döyüşü
Sita döyüşü — 4 mart 1238-ci ildə Vladimir knyazı Yuri Vsevolodoviçin ordusu ilə monqol korpusu arasında baş vermiş döyüşdür. Monqolların Qərb (qıpçaq) yürüşünün (1236-1242) və monqolların Rusiyaya hücumunun (1237-1240) əsas hadisələrindən, xüsusən də Şimal-Şərqi Rusiyaya qarşı monqol yürüşünün əsas döyüşlərindən biri ( 1237-1238).
Sometimes I Sit and Think, and Sometimes I Just Sit
Sometimes I Sit and Think, and Sometimes I Just Sit — Avstraliya indi-rok musiqiçisi Kortni Barnetin(en) debüt studiya albomu. 20 mart 2015-ci ildə buraxılıb.
Gözəl Sitdikova
Gözəl Ramazan qızı Sitdikova (başq. Гүзәл Рамаҙан ҡыҙы Ситдиҡова; 10 iyun 1952, İnzer[d], Başqırd MSSR) — Rusiya ictimai və siyası xadimi, yazıçı, tərcüməçi, Başqırd Muxtar Sovet Sosialist Respublikası ali parlamentinin XII çağırış deputatı, Başqırdıstan parlamentinin deputatı (1995—2008), Başqırdıstan Respublikasının İctimai Palatasının üzvü (2011—2012), Başqırdıstan Respublikasının başqırd qadınlar cəmiyyətinin nümayəndəsi(2004—2011), Başqırdıstan Respublikasının Yazıçılar ittifaqının üzvü(1995), 2012-ci ildən Vikimedia Könüllülər Hərəkatının iştirakçısı. == Bioqrafiya == Gözəl Ramazan qızı Sitdikova, 1952-ci il iyunun 10-da Başqırd Muxtar Sovet Sosialist Respublikası Belores rayonunun İnzər kəndində anadan olmuşdur. 1967-ci ildə səkkizillik məktəbi bitirərək Belores pedaqoji məktəbinə daxil olur. 1971-ci ildə 1N-li internat-məktəbdə tərbiyyəçi, daha sonralar isə Belores rayonunun müxtəlif təhsil məktəblərində dərs demişdir. 1980-cı ildə Çelyabinsk Dövlət mədəniyyət İnsitutunun Kitabxanaçılıq fakultəsini bitirmişdir. O, Belores Rayonunun "Ural" qəzetinin 1983-cü ildən əməkdaşı, 1986-cı ildən şöbə rəhbəri, 1987-ci ildən isə redaktor müavini kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən 1995-ci ilə kimi "Ural" qəzetinin baş redaktoru olmuşdur. O zaman Başqırd Muxtar Sovet Sosialist Respublikası ali sovetinə deputat seçilmişdir. 1995—2008-ci illərdə Başqırdıstan Parlamentinin I—III çağırışının deputatı, 2011—2012-ci illərdə Başqırdıstan Respublikasının İctimai Palatasının üzvü olmuşdur.
Hall Siti FK
Hall Siti — İngiltərənin Kinqston-apon-Hall şəhərini təmsil edən futbol klubu. Klub 1904-cü ildə qurulmuşdur. Klubun tarixində yaddaqalan ən böyük uğuru FA Kubokunun yarım finalına yüksəlməsi olmuşdur (1930).
Hull Siti
Hall Siti — İngiltərənin Kinqston-apon-Hall şəhərini təmsil edən futbol klubu. Klub 1904-cü ildə qurulmuşdur. Klubun tarixində yaddaqalan ən böyük uğuru FA Kubokunun yarım finalına yüksəlməsi olmuşdur (1930).
Kanzas-Siti (Missuri)
Kanzas-Siti (ing. Kansas City) — ABŞ-nin Missuri ştatında şəhər.
Kanzas Siti
Kanzas-Siti (ing. Kansas City) — ABŞ-nin Missuri ştatında şəhər.
Kanzas Siti (Missuri)
Kanzas-Siti (ing. Kansas City) — ABŞ-nin Missuri ştatında şəhər.
Kiçik Sitkin adası
Lopi adası (ing. Little Sitkin Island, aleut. Ситигнаҳ) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Davidov adasından şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 1 km-dir. Adına baxmayaraq Böyük Sitkin adası kimi eyni ölçüyə malikdir.
Kseniya Sitnik
Kseniya Sitnik (rusca: Ксения Ситник; 15 may 1995, Mozir, Qomel vilayəti) — Belarus müğənnisi. 2005-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu "Мы вместе" ("Biz birlikdə") mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Kutubi-sittə
Altı kitab (ərəbcə: الكتب الستة‎, farsca: صحاح سته). Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba verilmiş ümumi ad. Həmin kitablar aşağıdakılardır: Səhihi Buxari (صحيح البخاري) Səhihi Müslim (صحيح مسلم) Sünəni Nəsai (النسائي سُنن) Sünəni Tirmizi (سُـنَن الترمذي) Sünəni Əbu Davud (سُنن أبو داوود) Sünəni İbn Macə (سُنن ابن ماجة) == Həmçinin bax == Dörd kitab: Cəfəri məzhəbinin 4 əsas hədis kitabı.
Lester Siti FK
Lester Siti Futbol Klubu (ing. Leicester City Football Club) — Lester şəhərini təmsil edən peşəkar ingilis futbol klubu. Klub İngiltərə futbolunun ali divizionunda — Premyer Liqada çıxış edir. Klub 1884-cü ildə "Lester Fossi" adı altında yaradılıb. 1919-cu ildə klubun adı dəyişdirilərək "Lester Siti" olub. Klubun azarkeşlər arasında ənənəvi ləqəbi "Tülkülər"dir. Klubun şüarı də bununla bağlıdır — "Foxes never quit" ("Tülkülər heç vaxt təslim olmurlar"). "Lester Siti" ev oyunlarını 111 il ərzində "Filbert Strit" stadionunda keçirib. Klub rəqiblərini 2002-ci ildən 32 min nəfər tutumu olan "Kinq Pauer" stadionunda (əvvəllər "Uokers" kimi tanınan) qəbul edir. Klubun son dövrlərdə ən yüksək nailiyyəti 2015-16 mövsümündə Premyer Liqada çempion adını qazanmaq olub.
MEQA Site Builder
Mançester Siti FK
"Mançester Siti" — İngiltərənin futbol klubu. == Tarixi == 1880-ci ildə qurulan futbol klubunun əvvəlki adı St. Mark's (West Gorton), sonraki adı(1887-ci ildən etibarən) Ardwick Association Football Club olmuştur. Klubun indiki adı 1894-cü ildə təsdiq olunmuşdur. Klub 1923-cü ildən 2003-cü ilə qədər rəqiblərini Maine Road stadionunda qəbul etmişdir. 2003-cü ildən bəri isə City of Manchester Stadium-dan istifadə edir. 1981-ci ildə FA Cup-ın final oyununda məğlub olduqdan sonra tənəzzül etməyə başladı və 3-cü liqaya düşdü. 1998-ci ildə yenidən Premer Liqa(Premier League) statusunu bərpa etdi. 2008-ci ildə klubun səhmləri Abu Dhabi United Group tərəfindən alındı və klub dünyanın ən varlı klublarından birinə çevrildi.
Merçant Siti
Merçant Siti (ing. Merchant City) — Qlazqo şəhərinin rayonu.
Natrium sitrat
Na3C6H5O7 - limon turşusunun natrium duzudur. Mr(Na3C6H5O7)=258,06 Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər. Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur. Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir.
Norveç Krallığının hüquq sitemi
Norveçin hüquq sistemi müstəqil Skandinaviya hüquq sisteminə daxil olmaqla, alman-roman və həm də ingilis-amerikan sistemləri ilə ahənglik təşkil edir. Norveç adət hüquqlarının ilk yazıları XII əsrə aiddir. Bu dövrdə ölkənin bütün ərazisi vahid krallıq hesab edilsə də, dörd tinqə ayrı-ayrı klan nümayəndələrinin yığıncaqları ilə birləşmiş və dayanıqlı hüquqi adətləri və ənənələri olan klanlara bölünmüşdü. Bu iki birliyin-"Qulatinq qanunları" və "Frostatinq qanunları" hüquqi adətlərinin məcmuələri bizim günlərə qədər demək olar ki, tam məzmunda saxlanılmışdır və orta əsrlərin hüquq tarixi üzrə qiymətli sənədlərdir. Bu məcmuələr əsasında "qanunların yaxşılaşdırıcısı" adını almış kral Maqnusun hakimiyyəti dövründə ilk ümumilli "Torpaq qanunu" külliyyatı nəşr olunmuşdur ki, onun da əsasında kilsələrin hüquqi vəziyyətinə aid olan məsələlər tənzimlənir, cinayət, torpaq və ticarət hüququ normaları şərh olunurdu. Qanun külliyyatının təsiri o vaxtlar Norveçə məxsus olan ərazilərə — Qrenlandiya, Farer, Orkneysk və Şetland adalarına şamil edilirdi. "Torpaq qanunu" külliyyatına əlavə olaraq, "Şəhərlər qanunu" (1276-cı il) nəşr edildi ki, bu da yerli şəhər adətləri məcmuələrini ümumilli ticarət və dənizçilik qaydaları ilə əvəz etdi. Sistemləşdirilmiş qanun külliyyatlarının ayrı-ayrı müddəaları yeni qanunlarla əvəz edilsə də, bir neçə yüzilliklər ərzində öz qüvvəsini saxladı. Ölkənin Danimarka tərəfindən istila edilməsindən sonra (1380-ci il), Norveç hüququnun inkişafı Danimarka hüquq adətlərinin güclü təsiri altına düşdü. Əsas hakim vəzifələrini danimarkalılar tutur, yerli məhkəmələr tərəfindən çıxarılan qərarlardan şikayətlər Danimarka Ali Məhkəməsinə verilirdi.
Oklahoma-Siti
Oklahoma-Siti (ing. Oklahoma City) — ABŞ Oklahoma ştatın ən böyük şəhəri və paytaxtı. Oklahoma Siti və tez -tez OKC olaraq qısaldılır, Oklahoma Siti əyalət mərkəzi, əhalisi baxımından Amerika Birləşmiş Ştatları şəhərləri arasında 26 -cı yerdədir və Cənubi Amerika Birləşmiş Ştatlarının 11-ci ən böyük şəhəridir. Əhalinin sayı 2010 -cu ilin siyahıyaalınmasından sonra artdı və 2020 -ci ilin İyul ayından etibarən 662,314 -ə çatdığı təxmin edilir. Oklahoma Siti metropoliteninin 1,396,445 əhalisi və Oklahoma Siti – Shawnee Kombinə Statistik Bölgəsinin 1,469,124 əhalisi olduğu üçün Oklahoma'nın ən böyük bələdiyyəsi halına gəldi. və əhaliyə görə metropoliten. Oklahoma Siti şəhər məhdudiyyətləri, Kanada, Cleveland və Pottawatomie bölgələrinə qədər uzanır, baxmayaraq ki, əsas Oklahoma County bölgəsi xaricindəki ərazilərin çoxu şəhərətrafı yollar və ya qorunan kənd zonalarıdır (su hövzəsi). Şəhər, konsolidasiya edilmiş şəhər-mahallar da daxil olmaqla, ABŞ-nin səkkizinci ən böyük şəhəridir; Hyustondan sonra ikinci böyük şəhərdir, konsolidasiya edilmiş şəhərlər daxil deyil. Şəhər, eyni zamanda, Alyaskanın Juneau şəhərindən sonra ABŞ -ın əyalət paytaxtı şəhərləri arasında əraziyə görə ikinci ən böyük şəhərdir. Oklahoma Siti, dünyanın ən böyük heyvandarlıq bazarlarından birinə malikdir.
Oklahoma-Siti Tander
Oklahoma-Siti Tander — NBA-də Qərb Konfransında, Şimal-Qərbi qrupunda yer alan Oklahoma Siti, Oklahomanı təmsil edən peşəkar basketbol klubu. Klub ev oyunlarını 18.203 tutumlu Chesapeake Energy Arenada oynamaqdadır. Həmçinin NBA İnkişaf Liqasında mübarizə aparan "Oklahoma-Siti Blu" adında ehtiyat (əvəzedici) komandası var. 2014-cü ildən etibarən Forbesin araşdırmalarına görə 590 milyon dollarlıq dəyəri ilə NBA-nın ən dəyərli on birinci komandasıdır.
Oklahoma Siti
Oklahoma-Siti (ing. Oklahoma City) — ABŞ Oklahoma ştatın ən böyük şəhəri və paytaxtı. Oklahoma Siti və tez -tez OKC olaraq qısaldılır, Oklahoma Siti əyalət mərkəzi, əhalisi baxımından Amerika Birləşmiş Ştatları şəhərləri arasında 26 -cı yerdədir və Cənubi Amerika Birləşmiş Ştatlarının 11-ci ən böyük şəhəridir. Əhalinin sayı 2010 -cu ilin siyahıyaalınmasından sonra artdı və 2020 -ci ilin İyul ayından etibarən 662,314 -ə çatdığı təxmin edilir. Oklahoma Siti metropoliteninin 1,396,445 əhalisi və Oklahoma Siti – Shawnee Kombinə Statistik Bölgəsinin 1,469,124 əhalisi olduğu üçün Oklahoma'nın ən böyük bələdiyyəsi halına gəldi. və əhaliyə görə metropoliten. Oklahoma Siti şəhər məhdudiyyətləri, Kanada, Cleveland və Pottawatomie bölgələrinə qədər uzanır, baxmayaraq ki, əsas Oklahoma County bölgəsi xaricindəki ərazilərin çoxu şəhərətrafı yollar və ya qorunan kənd zonalarıdır (su hövzəsi). Şəhər, konsolidasiya edilmiş şəhər-mahallar da daxil olmaqla, ABŞ-nin səkkizinci ən böyük şəhəridir; Hyustondan sonra ikinci böyük şəhərdir, konsolidasiya edilmiş şəhərlər daxil deyil. Şəhər, eyni zamanda, Alyaskanın Juneau şəhərindən sonra ABŞ -ın əyalət paytaxtı şəhərləri arasında əraziyə görə ikinci ən böyük şəhərdir. Oklahoma Siti, dünyanın ən böyük heyvandarlıq bazarlarından birinə malikdir.
Onuma Sittirak
Onuma Sittirak (13 iyun 1986) — Tailand milli voleybol komandası voleybolçusudur. Onuma Sittirak 1986-cı ildə Tailandın Surat Thani bölgəsində anadan olmuşdur. Voleybolçu karyerasına ölkəsinin Bankong Bank klubunda başlamışdı. Karyerasında ən böyük nailliyyətlərini ölkəsində Federbrau klubu ilə yaşamışdır. 2009, 2010 və 2011-ci illərdə bu komanda ilə Asiya Çempionlar liqasında çempionluqlar yaşamışdır. 2009 Asiya çempionatının ən dəyərli oyunçusu seçilmişdir. Həmçinin bu turnirin ən yaxşı zərbəçisi mükafatını da qazanmışdır. 2012-ci ildə İqtisadçı komandasına transfer olunan Sittirak bir müddət sonra Avropa adından söz etdirməyi bacarmışdır. 2013-cü ildə Yaponiyada keçirilən "Grand Champions Cup" un ən məhsuldar oyunçusu olmuşdu. 2013–14 mövsümündə İqtisadçıyla ilk Çempionlar Liqası təcrübəsini qazanan tailandlı turnirin son matçında Vakıfbanka qarşı keçirilən görüşdə mövsüm ərzindəki ən yaxşı oyununu nümayiş etdirmişdir.
Pavel Sitnikov
Pavel Sitnikov (5 avqust 1998) — Rusiyalı şort-trekçi. Pavel Sitnikov Rusiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Pavel Sitnikov birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Sitnikov 2:33.653 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Pell-Siti (Alabama)
Pell City, ABŞ-nin Alabama əyalətində yerləşən şəhər. Şəhərin Əhalisi 26 noyabr 2009-cu il, ümumi əhalinin siyahıyaalınmasına görə 12,463 nəfərdir. 15 mart 2010-cu ildə keçirilən şəhər əhalisinin məlumatına görə, siyahıda 12,463 nəfər olub. Əhalinin 64.0% ağ, 33.0%, afro-amerika, 0.1%-i yerli amerikalılar, 1.2% - i asiya, 0.6%-i digər xalqlardan ibarətdir. 1 aprel 2000-ci ildə keçirilən şəhər əhalisinin məlumatına görə, siyahıda 9,565 insan qeydə alınıb.
Salix sitchensis
Salix sitchensis (lat. Salix sitchensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Sitalçay
Sitalçay — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Sitalçay kəndi Giləzi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sitalçay kənd Soveti yaradılmışdır. Sovet dövründə burada hərbi təyyarələr üçün Sitalçay aerodromu tikilmişdi. Bazada Su-25 qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. Azərbaycana ilk SU-25-i müstəqillik dövründə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib. 1992-ci ilin avqust ayında Daşkənd müqaviləsinə əsasən rus ordusu Sitalçay aerodromunu Azərbaycan hökumətinə təhvil verdi.
Sitalçay aerodromu
Sitalçay aerodromu — Azərbaycan Respublikasının Xızı rayonunda, Bakıdan 70 km şimal-qərbdə, Xəzər dənizi sahilində yerləşən hərbi aerodrom. Sovet dövründə tikilib. Bazada Su-25 qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. 1991-ci ildə bu aerodromda Sovet hərbi aviasiyasına məxsus 30 SU-25 qırıcısı xidmət edirdi. Azərbaycana ilk SU-25-i müstəqillik dövründə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib. 1992-ci ilin avqust ayında Daşkənd müqaviləsinə əsasən rus ordusu Sitalçay aerodromunu Azərbaycan hökumətinə təhvil verdi.

Значение слова в других словарях