SİVİŞMƏK

f.
1. Sürüşmək, sürüşüb çıxmaq.
Qız sivişib [Mübaşir Məmmədin] qolları arasından çıxdı, otağın ortasında durub gözünün içinə baxdı. M.İbrahimov.

2. Gizlincə çıxıb getmək, ötüb keçmək, aradan çıxmaq, qaçıb yaxasını qurtarmaq.
Şahmar Xəlilin əlindən belə asanlıqla yaxa qurtardığına sevinib, yavaşcadan Əlyarovun böyründən sivişərək o biri otağa keçdi. M.Hüseyn.
[Şirkət idarəsi] yanından keçərkən yenə iki itin sivişib həmin dəhlizə girdiyini gördüm. Ə.Məmmədxanlı.

Синонимы

  • SİVİŞMƏK əkilmək — yayınmaq — sürüşmək — qaçmaq
  • SİVİŞMƏK sivişmək bax qaçmaq 1

Этимология

  • SİVİŞMƏK Sovuşmaq(qaçmaq, getmək) sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SİVİŞMƏ
SİVRİ

Значение слова в других словарях