soeben
sofern
OBASTAN VİKİ
Sofa Bəsirzadə
Sofya Bəsirzadə (28 fevral 1918, Kazan quberniyası – 4 yanvar 2000, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1974). Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər. Səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Qroteskli satiriki də olub, məsxərəvari yumorlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb.
Sofa Hüseynova
Sofiya Həsən qızı Hüseynova (Sofa İsmayılova) (26 fevral 1926, Bakı – 30 iyul 2015, Naxçıvan) — C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın xalq artisti (1982), "Şöhrət" ordeni laureatı (1996). Sofiya Hüseynova 17 fevral 1926-cı ildə Naxçıvanda anadan olub. Qızlıq soyadı İsmayılovadır. Atası Həsən İsmayılov hərbçi, anası Xədicə Qazıyeva isə aktrisa olub. Sofya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala Dövlət Dram Teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Sofiya Hüseynova həyatı boyu Naxçıvan teatrın aktrisası olmuş, bir-birindən maraqlı və rəngarəng obrazlar yaratmışdır. Gülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", Kəmalə Ağayeva), Humay ("Komsomol poeması", İsgəndər Coşqun), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Nərminə ("Göz həkimi", İslam Səfərli), Zalxa ("Toy", Sabit Rəhman), Günəş ("Günəş", Hüseyn Razi), Tanya ("Alınmaz qala", Həsən Elsevər), Tovuz xanım ("Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım ("Məşədi İbad", "Arşın mal alan" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyov), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Güllücə ("Dan ulduzu", Cahangir Məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
SOFAZ Tower
SOFAZ tower (ARDNF qülləsi) — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən çoxmərtəbəli binadır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binası olan bu göydələn yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yenilikləri və Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən unikal layihədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2009-cu il tarixli, 367s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının tikilməsi məqsədilə Nizami rayonu 6-cı Köndələn küçəsi 2 ünvanında 0,64 hektar torpaq ərazisi Fondun balansına verilmişdir. Həmin gündə prezident İlham Əliyev onun bünövrəsinin təntənəli qoyulması mərasimində iştirak etmişdir. 20 dekabr 2011-ci ildə N. V. Besix S. A. şirkət-inşaatçısı ilə tikintiyə dair ikitərəfli müqavilə imzalanmışdır. Bundan sonra SOFAZ Tower binasının tikintisinin aktiv mərhələsinə start verilmişdir. N. V. Besix S. A. şirkəti Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq, təkliflər sorğusu metodu ilə satınalma müsabiqəsinin nəticəsində qalib gəlmiş və 20 dekabr 2011-ci il tarixində Dövlət Neft Fondu və Besix-Az Besix konsorsiumu arasında 84 916 000 avro məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır. Baş podratçı tərəfindən binanın tikintisinə yerli və xarici sub-podratçı şirkətlər cəlb edilmişdir. Binanın tikinti və dizayn işləri 5 il ərzində yekunlaşmışdır. Binanın tikinti layihəsi M. D. M MMC və Fransanın "İnter Art Etudes" şirkəti tərəfindən hazırlanmışdır.
Astracantha sofarensis
Zeytunyarpaq gəvən (lat. Astragalus oleifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Bu bitki ilk dəfə Azərbaycanın şərq hissəsində təsvir edilmişdir. 10 sm hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları 3–3,5 sm uzunluqda olub, 8–14 cüt yarpaqcıqdan ibarətdir. Orta dağ qurşaqlarında, daşlıqlarda, bəzən az və ya çox rütubətli yamaclarda yayılmışdır. Naxçıvan MR-da dağətəyi zonalarda yayılmışdır. Tərkibində qatran vardır. Dekorativ əhəmiyyətlidir.
Astragalus sofarensis
Zeytunyarpaq gəvən (lat. Astragalus oleifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Bu bitki ilk dəfə Azərbaycanın şərq hissəsində təsvir edilmişdir. 10 sm hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları 3–3,5 sm uzunluqda olub, 8–14 cüt yarpaqcıqdan ibarətdir. Orta dağ qurşaqlarında, daşlıqlarda, bəzən az və ya çox rütubətli yamaclarda yayılmışdır. Naxçıvan MR-da dağətəyi zonalarda yayılmışdır. Tərkibində qatran vardır. Dekorativ əhəmiyyətlidir.

Значение слова в других словарях