SOYUQQANLI

sif.zərf
1. Hər cür şəraitdə özünü sakit, səbirli, təmkinli, dözümlü apara bilən. Soyuqqanlı olmaq.
– Çox mülayim və soyuqqanlı danışan İmran kişinin hər sözü [Hümmətəlinin] ortasından qılınc kimi keçirdi. M.Hüseyn.
Bayraqcıqlarla tülkü və qurd ovuna çıxarkən, ovçu soyuqqanlı və cürətli, mahir iztapan olmalıdır. M.Rzaquluzadə.
[Qoşqar Əmirliyə:] Düz bir ildir mən bu aparatda işləyirəm.
Bir dəfə görməmişəm ki, mənimlə səbirlə, soyuqqanlı danışasınız. İ.Hüseynov.

2. Qanısoyuq, xoşagəlməz, sevimsiz, ürəyəyatmaz. Çox soyuqqanlı adamdır.

Синонимы

  • SOYUQQANLI təmkinli — ağır — səbirli
SOYUQDƏYMƏ
SOYUQQANLILIQ

Значение слова в других словарях