1. Hər cür şəraitdə özünü sakit, səbirli, təmkinli, dözümlü apara bilən. Soyuqqanlı olmaq.
– Çox mülayim və soyuqqanlı danışan İmran kişinin hər sözü [Hümmətəlinin] ortasından qılınc kimi keçirdi.
Bayraqcıqlarla tülkü və qurd ovuna çıxarkən, ovçu soyuqqanlı və cürətli, mahir iztapan olmalıdır.
[Qoşqar Əmirliyə:] Düz bir ildir mən bu aparatda işləyirəm. Bir dəfə görməmişəm ki, mənimlə səbirlə, soyuqqanlı danışasınız.
2. Qanısoyuq, xoşagəlməz, sevimsiz, ürəyəyatmaz. Çox soyuqqanlı adamdır.