SOYUQQANLILIQ

is.
1. Soyuqqanlı adamın xasiyyəti; təmkinlilik, səbirlilik, təmkin.
[Vaqif:] soyuqqanlılığını saxlayaraq ricaya gələnlərin bir-ikisini içəri çağırdı. Çəmənzəminli.
[İslam:] “Belə mühüm” işlərdə insan gərək soyuqqanlılığını əldən verməsin. S.Hüseyn.
Nadir [Məryəmin] xasiyyətini və soyuqqanlılığını bilirdi. B.Talıblı.

2. məc. Laqeydlik, biganəlik.
// Qanısoyuqluq, xoşagəlməzlik, sevimsizlik, ürəyəyatmazlıq.

Синонимы

  • SOYUQQANLILIQ təmkinlilik — səbirlilik
SOYUQQANLI
SOYUQLAMA

Значение слова в других словарях