Suçma
Suçma — Azərbaycan Respublikasının Şəki rayonunun Suçma kənd inzibati ərazi dairəsində kənd. Suçma kənd Bələdiyyəsi də Suçma və Dərəcənnət kəndlərini özündə birləşdirir.
== Tarixi ==
Suçma kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biri sayılan Dəhnə kəndindən (Dəhnə çayından) iki km məsafədə yerləşir. Kənd ərazisinə yaxın yerlərdə qədim, əsasən daş dövrünə aid insan izlərini özündə əks etdirən arxeoloji dəlillər aşkar edilmişdir. Bu da onu deməyə əsas verir ki, Suçma kəndi Acınohur-Həftəran vadisindəki digər iki kəndlə (Böyük Dəhnə və Kiçik Dəhnə ilə) təqribən eyni tarixi dövrdə yaşayış məskəninə çevrilmişdir. Suçma toponomi müxtəlif tarixi dovrlərdə dəyişikliyə uğrayaraq indiki şəklə düşmüşdür. Məsələn, Çar Rusiyasının Zaqafqaziya Hərbi Dairəsinin 1909-cu ildə tərtib etdiyi Zaqafqaziyanın Hərbi-topoqrafik xəritəsində Suçma yaşayış məskəninin adı Suçmi-Dəhnə kimi qeyd edilmişdir. Yenə Çar Rusiyası zamanında, 1858-ci ildə tərtib edilmiş "Qafqaz Diyarının Xəritəsi"ində Suçma kəndinin adı "selo Suçmidaqenskaya" olaraq göstərilmişdir.Qeyd edilməlidir ki, bu xəritədə qonşu iki kəndin, Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərinin adları yer tapmamışdır.Bununla belə ehtimal etmək olar ki,1858-ci il üçün bu üç kəndin (Suçma,Böyük Dəhnə və Kiçik Dəhnə) yerində yalnız bir yaşayış massivi movcud olmuşdur. Yaxud bu kəndlər 1858-ci il xəritəsində yalnız bir yaşayış məntəqəsi kimi göstərilmişdir.
== Mədəniyyəti ==
Suçma kəndində bir mədəniyyət evi, bir kitabxana, bir tam orta məktəb (2015-ci ildə məktəb Dövlət tərəfindən əsaslı təmir edilmişdir.) fəaliyyət göstərməkdədir.Kənddə Azərbaycan xalqı üçün əlamətdar günlər və bayramlar o cümlədən mədəni tədbirlər, xüsusən gənclərin iştirakı ilə yüksək səviyyədə keçirilir.