SUBSTANSİYA

[lat. substantia] филос. субстанция (вири затӀарин, гьаларин, вакъиайрин асул диб, асул мана, сифте кьил).
SUBAYSAYAĞI
SUBSTANTİVLƏŞMƏ
OBASTAN VİKİ
Substansiya
Substansiya (lat. substantia — mahiyyət; sözünün hərfi mənası "əsasında duran" deməkdir) — mövcudluğu özü-özündən doğan və varlığı başqa şeylərdən asılı olmayan başlanğıc. Hələ qədimdən mütəfəkkirlər hiss etmişdilər ki, dünyada sonsuz sayda dəyişikliklər (inkişaf, məhv olma, birləşmə, parçalanma və s.) baş verməsinə baxmayaraq, müəyyən bir sabit, dəyişməz əsasda mövcuddur. Bunu onlar substansiya və yaxud da ilkin materiya adlandırırdılar. Doğrudur, bu əsası müxtəlif cür təsəvvür edirdilər. Bəziləri onu suda, havada və odda görürdülər. Digərlərinin fikrincə, dünyanın dəyişməz əsası suyun, odun, torpağın və havanın birləşməsidir. Bu cür baxışlar ilk nəzərdə sadəlövh görünsə də təbiətin və cəmiyyətin izahında müsbət rol oynamışdır. Belə ki, Yer kürəsinin və Günəş sisteminin yaranması, maddələrin daxili quruluşu haqqında söylənilən fərziyyələr bu fikrə əsaslanırdı. Materiyaya substansiya kimi yanaşılması aşağıdakı üç vəzifənin həlli baxımından xüsusi əhəmiyyət kəsb edir: dünyanın vəhdətinin izahı; dünyadakı çoxsaylı əşya və prosesləri eyni bir əsasın müxtəlif növləri kimi göstərilməsi; dünyadakı mövcudluq formaların müxtəlifliyini və zənginliyini həmin ümumi əsasın təbii-tarixi gedişində yaratdığını sübut edilməsi.

Значение слова в других словарях