SUBTROPİ́K

sif. Subtropik sahəyə aid, subtropikdə olan. Subtropik iqlim.
– Elə subtropik bitki yoxdur ki, Azərbaycanda yetişməsin. İ.Əfəndiyev.

SUBSTANTİVLƏŞMƏK
SUBTRÓPİKLƏR
OBASTAN VİKİ
Subtropik
Subtropik iqlim qurşağı -dünyanın tropik iqlim qurşağının şimal və cənubunda 23,5 °paralellərində yerləşən Xərçəng tropiki və Oğlaq tropiki ilə məhdudlanmış coğrafi ərazilərdir.Əsasən şimal və cənub yarımkürələrində 36° və 44° paralelləri arasındakı əraziləri əhatə edir. Lakin, iqlim tipi bu paralellərdən kənarda da müşahidə edilə bilər.Keçid iqlim tipi olduğuna görə özünəməxsus iqlim xüsusiyyətləri yoxdur. Yayda tropik hava kütlələri hakim olduğuna görə hava isti və quru, qışda isə mülayim hava kütlələri hakim olduğuna görə hava rütubətli və sərin olur. Fəsillər aydın seçilir. Temperatur amplitudu yüksəkdir. Avrasiya materikində bir-birindən fərqlənən 4 tipə ayrılır Aralıq dənizi iqlim tipi — materikin qərbini əhatə edir. Yay isti quru, qış mülayim və rütubətli keçir. Azərbaycan da bu iqlim tipi daxilindədir Kontinental- materikin mərkəzi hissəsini əhatə edir. Yay quru və isti, qış quru və soyuq olur. Temperatur amplitudu böyükdür Musson — materikin şərqini əhatə edir.
Subtropik siklon
Subtropik siklon — həm tropik, həm də ekstropropik siklon xüsusiyyətlərinə malik bir hava sistemi. Hələ XX əsrin ortalarında belə siklonların xüsusiyyətləri və təsnifatı ilə bağlı müxtəlif fikirlər mövcud idi. ABŞ-nin Milli qasırğa mərkəzi onları 1972-ci ildə tanımağa başladı, eyni zamanda subtropik siklonlar Atlantik və Cənub-Şərqi Hindistan Okeanlarındakı tropik siklonların rəsmi siyahılarından ad almağa başladı. Subtropik siklonun bir az fərqli iki rəsmi tərifi var. Atlantik və Hind okeanında mərkəzə nisbətən yaxın bir mərkəzi konveksiya zonası olmalı və orta troposferdə isti bir nüvəni təşkil etməlidirlər. Şimali Sakit Okeanda bir siklon qərb küləyinin əsas kəmərindən ayrıla bilər və səthdə nisbətən zəif dövriyyəyə malikdir. Subtropik siklonlar ümumiyyətlə geniş bir ərazidə güclü küləklərə sahibdir, maksimum sürət küləkləri tropik siklonlardan mərkəzdən daha uzaqda yerləşir və mərkəzi zona ilə əlaqəli atmosfer cəbhələri yoxdur. Subtropik siklonlar, tropiklər üçün tipik olmayan soyuq bir nüvəyə sahib olan ekstraktropiklərdən yaranır, buna görə də temperatur onları saxlamaq üçün kifayətdir, tropik siklonlara nisbətən təxminən 3 °C, yəni təxminən 23 °C subtropik siklonlar daha çox normal qasırğa mövsümü xaricində meydana gəlir. Тропические циклоны Раздел ЧаВо на noaa.gov. (ing.) Субтропический циклон.
Subtropik zona
Subtropik əməliyyatı
"Subtropik" əməliyyatı, həmçinin xalq arasında "oblava" (azərb. basqın‎) — 1992-ci ilin iyul ayında Azərbaycan Daxili İşlər Nazirliyinin Astara, Lənkəran, Masallı ərazilərində keçirdiyi əməliyyat. 1992-ci ilin martından sonra daxili işlər naziri təyin edilmiş İsgəndər Həmidov vəzifəyə gələn kimi bütün Azərbaycan boyunca əməliyyatlar aparmağa başlamışdır. Onun fəaliyyəti nəticəsində yayın sonuna yaxın Bakıda sakitlik yaranmışdı, lakin DİN-in əməllərində şəxsi həyatın toxunulmazlığı və insan hüquqları pozuntuları da müşahidə olunmuşdu. Həmidov həm cinayətkarlığa qarşı apardığı mübarizə, həm də cəbhədəki uğurlarına görə Azərbaycanda populyarlıq qazanmışdı. Azərbaycan müstəqillik qazandığı dövrdə mərkəzi hökumət Azərbaycan–İran sərhədinə nəzarət etməkdə çətinlik çəkirdi. O dövrdə silahlı dəstələr Həcc ziyarətinə gedib-gələnləri Astaradakı keçid məntəqəsində incidirdilər, soyurdular. Silahlı dəstələr tərəfindən öldürülən biri də sonradan "qanuni oğru" olmuş Rövşən Lənkəranskinin atası Rafiq Canıyev idi. General Rəhim Quliyev ilə Rövşən Cavadov rəhbərliyi ilə 16 iyul 1992-ci il gecəsi başlanan əməliyyat zamanı Astara rayonunun Şahağac kəndində iki nəfər İrandan narkotik keçirənlər sərhəddə Xüsusi Təyinatlı Polis Dəstəsinin qulluqçuları ilə atışmışdı. Onlar Tahir Həsənovu yaralayandan sonra silahlı müqavimət göstərənləri "məhv etmək" komandası verilmişdi.
Subtropik dəniz pişiyi
Subtropik dəniz pişiyi (lat. Arctocephalus tropicalis) — Bu növ Dəniz pişikləri əsasən Atlantik və Hind okeanının subtripik qurşağı ərazilərində yaşayır. İlk dəfə 1872-ci ildə Qream tərəfindən onun haqqında ətraflı məlumat verilir. Bəzi mənbələrdə soyunun tükənmə təhlükəsi vardır. Subtropik dəniz pişiyi orta ölçülərə makikdir. Erkəklər 2 m/ 160 kq, dişilər isə 1,4 m/ 50 kq ölçülərə malikdirlər. Erkəklərdə bel nahiyə tünd boz, dişilərdə isə açıq boz rəngdə olur. Balalar doğularkən qara rəngə malik olurlar. Sifətləri girdə və yığcam olur. Onların orta ömürü 20–25 il təşkil edir.
Subtropik səhralar iqlimi
Subtropik səhralar iqlimi- Bu iqlim tipi Asiya və Amerika qitələrinin daxili hissələri üçün xarakterikdir. Bu iqlim tipi MBD-nin bütün Mərkəzi Asiya ölkələrində həmçinin 43°-lik paralelin cənubunda, Qazaxıstanın cənubunda (Sarıaqaş və Maxtaaral əyalətlərində) geniş yayılmışdır. Subtropik qurşağın daxilində suvarmanın köməyiylə nar, əncir, xurma, mandarin, pambıq belə becərilir. Bu iqlim qurşağı daxilində səhra və yarımsəhralar geniş ərazini əhatə edir.
Abşeronda subtropik bitkilər (film, 1991)
Rütubətli subtropik meşələrin qırmızı torpaqları
Bu torpaqlar - Şərqi Asiyanın subtropik hissəsində (Çin, Yaponiya) və ABŞ-nin cənub-şərqində (Florida və ətraf ştatlarda), Cənubi Qafqazda Gürcüstan respublikasının Qara dəniz sahillərində və Azərbaycan respublikasının Lənkəran vilayətində yayılmışdır. Torpaqlar böyük təsərrüfatı əhəmiyyətinə malikdirlər. Bunlarda rütubətli subtropik bitkilər (çay, sitrus) əkilir. Rütubətli subtropik iqlim şəraiti çoxlu yağıntıları ilə xarakterizə olunur. Qışı yumşaq, mülayim, yayı isti olur. Orta illik temperatur +14 °C, orta yanvar temperaturu +7 °C yaxın, orta iyul temperaturu +22 °C-yə yaxındır. Bu torpaqlar üzərində palıd, vələs, fıstıq və şabalıd ağaclar yayılmışdır. Meşələrin biokütləsi 4000s\ha çoxdur. Meşə töküntüsü 210 s\ha yaxındır. Püskürmə mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-çınqıllı şistlər, aşağı allüvial ərazilərdə allüvial və dellüvial-prolüvial gilli-qumlu və çınqıllı süxurlardır.
Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. == Tarixi == Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. == Fəaliyyəti == İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. == Kollektivi == İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.
Azərbaycanın subtropiklərində (film, 1963)
Azərbaycanın subtropiklərində qısametrajlı sənədli filmi rejissor Rəşid Atamalıbəyov tərəfindən 1963-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Azərbaycanın subtropik bölgələrində yetişdirilən meyvə-tərəvəz və bostan bitkilərindən söhbət açır. == Məzmun == Elmi-kütləvi filmdir. Azərbaycanın subtropik bölgələrində yetişdirilən meyvə-tərəvəz və bostan bitkilərindən söhbət açır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ədhəm Qulubəyov Rejissor: Rəşid Atamalıbəyov Operator: Teyyub Axundov, Vladimir Zbudski Bəstəkar: Emin Sabitoğlu == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Sovet Subtropikləri (1935)
Elmi-kütləvi film Azərbaycanın dilbər guşələrindən olan Lənkəran və Astara bölgələrinə həsr olunmuşdur. Film saxlanılmayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Sovet subtropikləri (film, 1935)
Elmi-kütləvi film Azərbaycanın dilbər guşələrindən olan Lənkəran və Astara bölgələrinə həsr olunmuşdur. Film saxlanılmayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.

Значение слова в других словарях