suisse
suivant
OBASTAN VİKİ
Veritas Business Suite
Veritas Business Suite proqramı Veritas Management Systems Şirkətinin idarəetmə sistemlərinin avtomatlaşdırılması xidməti sahəsində hazırladığı proqram təminatı (software) məhsuludur. Proqramın əsas məqsədi şirkətin bütün səviyyələrinin strategiyanın həyata keçirilməsi üçün səfərbər edilməsi və şirkətin strategiyaya uyğun formada effektiv idarə edilməsinə yardım göstərməkdir. "Proqramın əsas funksiyası qəbul edilmiş strateji qərarlarla gündəlik əməliyyat məlumatlarını əlaqələndirmək və şirkətin idarə edilməsində lazımi məlumatları rahat şəkildə menecerlərin istifadəsinə verməkdir". VBS proqramının əsasında Balanslaşdırılmış Göstəricilər Sistemi dayanır. Bu sistem dünyanın ən qabaqcıl 500 şirkətinin əksəriyyəti tərəfindən strateji idarəetmə sistemi kimi uğurla istifadə olunur. Bu sistemin tətbiqi ilə şirkətin bütün təşkilati səviyyələri və əməkdaşları strategiya ilə uyğunlaşdırılır və qısa müddət ərzində uğurlu nəticələr göstərməyə səfərbər edilir. Veritas Business Suite proqramının şirkətə verə biləcəyi əsas faydalar aşağıdakılardır: Göstəricilər paneli vasitəsi ilə şirkətin bütün əməliyyat nəticələri top menecerlərə təqdim edilir. Bu panel onlara çevik strateji qərarvermə imkanları yaradır. Proqram performans məlumatların yığılması, idarə edilməsi və hesabatların hazırlanmasını avtomatlaşdırır. Bu isə həm zaman və əmək sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır, həm də idarəetmədə subyektivliyin aradan qaldırılmasına yardım göstərir.
Embassy Suites by Hilton
Embassy Suites by Hilton — Hilton Otellər Şəbəkəsinin suitlərdən ibarət olan dəbdəbəli ticari markası. 2015-ci il sentyabr ayının 30-da otelin 6 ölkə ərazisində 223-dən çox filialı mövcud idi. Hilton digər otel brendləri kimi, əksər Embassy Suites otelləri fərdi mülkiyyətdədir və ya françayzinqlər tərəfindən idarə edilir. == Tarixi == Embassy Suites ilk öncə daha çox Holiday İnns kimi tanınan Holiday Korporasiyası tərəfindən yaradılmışdır. İlk Embassy Suites oteli 1984-cü ildə Kanzasda Overland parkında fəaliyyətə başlamışdır. 1990-cı ildə, Embassy Suites otelinin ana şirkəti Promus Companies Incorporated olur. 1999-cu ilin dekabr ayında, Embassy Suites oteli Hilton Otellər Şəbəkəsi və Promus Otel Korporasiyası birləşəndən sonra Hilton Şirkətinə qoşulur. 2007-ci ilin iyul ayında, Blackstone qrupu Hilton Otellərini $ 26 milyard alacağını elan edir. == Mülkiyyət xüsusiyyətləri və servisi == Embassy Suites yalnız suitlərdən ibarət olan otel zənciridir. Bu otel zəncirinin bütün qonaq otaqları iki hissədən ibarət olur: qonaq otağı və yataq otağı.
Homewood Suites by Hilton
Homewood Suites by Hilton — Hilton Otellər Şəbəkəsi tərəfindən idarə edilən və yalnız suitlərdən ibarət olan residental üslubda Amerika otel zənciri. Bu otel zəncirinə Amerika Birləşmiş Ştatlarında, Kanadada və Meksikada 350-dən çox otel daxildir. Əksər Homewood Suites otelləri françayzinqlər tərəfindən idarə edilir. Homewood Suites oteli bazarda Staybridge Suites by IHG və Residence Inn by Marriott kimi otellər də daxil olmaqla bir çox yüksək dərəcəli otellərlə rəqabət aparır. == Tarixi == İlk Homewood Suites oteli 1989-cu ildə Nebraska Omaha şəhərində yaradılmışdır. Növbəti 10 il ərzində, bu otel zənciri Embassy Suites, Hampton Inn və Double tree otellərinin sahibi olan Promus Otel Korporasiyası tərəfindən idarə edilirdi. Hilton 1999-cu ildə $ 3.1 trilyon müqabilində Promus şirkətinə sahiblənir. Beləcə, digər 3 brendlə birlikdə Homewood Suites də Hilton Otellər Şəbəkəsinin brendinə çevrilir. 2000-ci ildə, Homewood Suites öz adını dəyişərək Homewood Suites by Hilton adlanır. Otel bu şəkildə adlandırıldıqda öz mülkiyyətçisinin adını da özündə daşıyır.

Значение слова в других словарях