SULFODUZLAR

сущ. хим. сульфосоли (соединения, подобные солям кислородных кислот, но отличающиеся тем, что в них атомы кислорода замещены атомами серы)
SULFİTLƏŞDİRMƏK
SULFON
OBASTAN VİKİ
Sulfoduzlar
Sulfoduzlar — minerallar, kimyəvi cəhətdən tioturşuların duzları, başqa sözlə oksigeni kükürdlə əvəz olunmuş oksigenli turşu duzlarının kükürdlü analoqları. Tioarsenitli H3[AsS3], tiostibiumlu H3[SbS3] və tiobismutlu H3[BiS3] turşuları duzlarının mineralları ayrılır. İzomorf qatışıqları Zn, Co, Te və b. Sulfoduzlar üçün ion və həmçinin kovalent kimyəvi rabitə səciyyəvidir. Sulfoduzlar əsas quruluş vahidi piramida, ya da tetraedr olan [SbS3]3-, [AsS4]3- və b. tipli radikallardır. Sulfoduzlar çoxunun quruluşu hələlik açılmayıb. Sulfoduzlar əksəriyyəti monoklinik və rombik sinqoniyalarda kristalaşır. Habitus iynəvari, prizmatik, nadir hallarda lövhəvari. Sulfoduzlar yarısından çoxu mükəmməl, ya da orta ayrılmaya malikdir; əksəriyyəti yüksək dərəcədə kövrəkdir.