SUNQUR

Yırtıcı quş. (“Kitabi-Dədə Qorqud” leksikası)

SUM ALTUN
SUNMAQ
OBASTAN VİKİ
Mustafa Sunqur
Mustafa Sunqur — Səid Nursinin tələbəsi.
Qara Sunqur
Qara Sunqur (v. 1140, Gəncə) — Azərbaycan atabəyi. Hicri 524-cü ilin zül-hiccə ayında (noyabr, 1130) Məsud qardaşı Mahmuda qarşı yenidən qiyam qaldırdı. Ancaq qardaşlar Kirmanşahda görüşüb, dinc barışıqla ayrıldılar. Məsud Gəncəni nahiyyələri ilə birlikdə iqta götürüb, 150 min dinarlıq hədiyyə aldı və qoşunları ilə Gəncəyə qayıtdı. Hələ hicri 521-ci ildən Arranı öz idarəsi altına keçirən Qara Sunqur bu vaxt şahzadələrdən Məsudla Toğrulun atabəyi idi. Məsudun Azərbaycan məlikliyi dövründə əvvəlcə qardaşı Mahmud, sonra isə II Toğrul ilə mübarizə aparmaq məcburiyyətində qaldı. 1135-ci ildə isə nəhayət, İraq Səlcuqlu dövləti taxtına oturdu. Sultan Məsud, hakimiyyətə gəldikdən və xəlifə ilə yaşadığı sürüşmədən sonra vəzir Kəmaləddin Məhəmməd əl-Xazininin məsləhəti ilə əmir və atabəylərin səlahiyyətlərini əllərindən almaq üçün hərəkətə keçdi. Bu qərara ilk müxalifət Azərbaycan hakimi Atabəy Qara Sunqurdan gəldi.
Sunqur Təkin
Sunqur Təkin bəy (1191, Əhlat) Oğuzların Bozox qolunun Qayı nəslinin üzvüdür və Süleyman Şah (və ya Gündüz Alp) və Hayimə Xatunun dörd oğlundan ən böyüyüdür. Osmanlı imperiyasının qurucusu Osman Qazinin əmisidir. 1227-ci ildə Süleyman Şah Fəratda boğulduqdan sonra qardaşı Gündoğdu bəylə vətənləri Ahlata geri qayıdır. 1227-ci ildə Ögeday ordusunun sıralarına daxil olmuş və Ələddin Keyqubada məlumatlar ötürmüşdür. Sunqur Təkin Qazinin həyatı haqqında məlumat kifayət qədər çox deyildir. Əldə olan məlumatlara görə, o Ögeday Xanın ordusuna cəsus kimi daxil olmuş və onun haqqında məlumatlar əldə etmişdir. Uzun müddət geri qayıtmamış, buna görə də onun öldüyü düşünülmüşdür. Uzun müddət sonra qəbiləyə geri qayıtmış və Qayı qəbiləsi iki yerə bölünmüşdür: Ərtoğrul Qazi və Dündar bəy Söğütə, Gündoğdu bəy və Sunqur Təkin isə Ahlata köçmüşdür.
Ceyda Sunqur
Ceyda Sunqur (türk. Ceyda Sungur) və ya Qırmızılı qadın (azərb. Kırmızılı Kadın‎; 1986) — Türkiyə akademiki və aktivisti. == Həyatı == 1986-cı ildə anadan olmuşdur. Şəhərsalma üzrə bakalavr təhsilini başa vurduqdan sonra İstanbul Texniki Universitetində elmi işçi kimi fəaliyyətə başlamışdır. 2013-cü ilin may ayında İstanbulda Gəzi parkı etirazlarında etirazçı və könüllü ilk yardımçı kimi iştirak etmişdir. Nümayişlər zamanı Fateh Zəngin adlı polis məmuru tərəfindən hücuma məruz qalmışdır. "Reuters"in fotojurnalisti Osman Örsal Sunqurun polis zorakılığına məruz qaldığı anı çəkərkən həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurmuşdu. Ardınca o, etirazların simvoluna çevrilmişdir. Zəngin prokurorlar tərəfindən məhkəməyə verilmiş, onun mülki şəxslərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi üçün qəsdən üç il həbs cəzası tələb olunmuşdur.
Sunqurabad (Miyanə)
Sunqurabad (fars. سنقراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 444 nəfər yaşayır (108 ailə).
Sunqurabad nahiyəsi
Sunqurabad nahiyəsi — Qarabağ bəylərbəyliyinin və Gəncə-Qarabağ əyaləti bölgələrindən biri. İndiki Daşkəsən rayonun bir qismini əhatə edirdi. Nahiyə adını Azərbaycan atabəyi olmuş Qara Sunqurdan alıb. Qarabağ bəylərbəyliyinin Gəncəbasan qəzasına bağlı idi. Mərkəzi Sunqurabad kəndi olub, 16 yaşayış məskənini birləşdirirdi. Gürcüstanda MDTA saxlanılan 3 nömrəli sənəddə Qarabağ bəylərbəyliyinə daxil olan Sunqurabad nahiyəsinə məlik təyin edilməsindən, məlikin hüquq və səlahiyyətlərindən danışılır. 1593 ci ildə Osmanlı İmperiyasının Xaçın sancağı Çiləbörd nahiyəsi nahiyəsinin kəndi. 1727-ci ilə bağlı Osmanlı "Müfəssəl dəftəri"ndə isə Gəncə-Qarabağ bəylərbəyliyi. Gəncə livasının bir mahalı olaraq Sunqurabadın adı keçir. 1 Sungurabad Zinzahal Dəstəyur(Dəstəfur) Gədəmiş Qarakeşiş Çanaqçı (Daşkəsən) Qalakənd Qarabulaq (Gədəbəy) Derebeyli, diğer adı Çay köyü Sunqurabad 1593-cü ilə bаğlı Оsmаnlı qаynаğındа Çiləbörd mаhаlınа bаğlı kənd olmuşdur.
Sunqurlar (teleserial, 2014)
Sungurlar (türk. Sungurlar) — İlk bölümü 25 oktyabr 2014-cü ildə yayımlanan döyüş, hərbi, dram və cinayət növündəki Türkiyə teleserialıdır. 2010-2014-cü illərdə yayımlanan Şefkat Tepe serialının davamıdır. Baş rollarında Mert Kılıç, Bora Karakul, Dilara Büyükbayraktar, Merve Anlağan və Mehmet Küçük yer almışdır. 2016-cı ildə Samanyolu Media quruluşu kanallarının Türksat yayımından çıxarılması səbəbiylə serialın çəkilişlərinə son verilmişdir. Şefkat Tepe serialının davamı nitəliyində olan Sungurlar-ın aktyor heyətində, Şefkat Tepe-də rol almış Ərtoğrul Şakar, Mehmet Korhan Fırat, Merve Akaydın, Gülşah Küçükyıldız kimi baş rol aktyorları yer almamışdır.