SURƏT

is. [ ər. ]
1. Zahiri görünüş, şəkil. Surəti dəyişmək. – [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm.
İndi görək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov.
Bədənnüma güzgüdə o; Baxıb görür surətini. N.Rəfibəyli.

// Üz, sifət, çöhrə, sima.
O saat sevgili anasının surəti [Nurəddinin] gözlərinin önündə durdu. S.S.Axundov.
…Mehriban çobanın surəti gözləri önünə gəldikdə, Səmədin qəlbində nakam məhəbbətin yarası daha şiddətlə sızıldamağa başlamışdı. İ.Hüseynov.

2. Şəkil, üsul, qayda, tərz.
[Odabaşı:] Bu məhəbbət onlar böyüdükcə təbəddülata uğrayıb axırda başqa bir surət aldı. Ə.Haqverdiyev.

3. Bir şeyin əslindən eynilə köçürülmüş nüsxəsi, üz. Protokolun surəti. Şəhadətnamənin surəti.
– Gəldiyev əvvəl bu vərəqənin surətini çıxartdırdı. Mir Cəlal.
Bu, Yusifin öz xahiş ilə … azad olunması barədə əmrinin surəti idi. B.Bayramov.

4. Yazıçının, rəssamın, artistin yaratdığı tip, obraz, xarakter. Yeni insan surəti. Səhnə surətləri.
– Gənc Baxşı Cabbarlının maraqlı surətlərindəndir. M.Arif.

5. Şəkil, portret, təsvir.
İndi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “dəli olub”. Ə.Haqverdiyev.

6. riyaz. Kəsirdə: bölünən ədəd. Kəsrin surəti.
7. “Surətdə” – şəklində bir sıra sözlərlə işlənərək zərf birləşmələri düzəldilir; məs.: süni surətdə, narazı surətdə, belə olan surətdə, təcili surətdə, rəsmi surətdə və s.
◊ Bu surətdə – belə olduqda, bu halda.
[Hacı Nuru şair:] Bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir? M.F.Axundzadə.

Bu surətlə – bu qayda ilə, beləliklə.
[Qızılquş balalarının] anası bu surətlə balalarına ovçuluq öyrədər. A.Şaiq.

O surətdə – onda, o zaman, o halda.
Bu elçinin oğlan evinə gətirdiyi məlumat əlverişli olsa, … o surətdə oğlanın ana və bacısı o evə rəsmi surətdə elçi gələcəklər. R.Əfəndiyev.

Синонимы

  • SURƏT rəsm — şəkil
  • SURƏT obraz — şəxs
  • SURƏT üz — sifət — sima — bəniz
  • SURƏT şəkil — forma
  • SURƏT 1. SURƏT (ədəb.) Axundovun.. “Müsyö Jordan” komediyası, onun əsas surətləri, müəllifin Müsyö Jordana münasibəti haqqında xeyli yazılmışdır (C

Омонимы

  • SURƏT SURƏT I is. [ ər. ] Şəkil, görünüş. Qəhrini çəkdiyim gülün surəti; Sakit xəyalımın gölünə düşdü (M.Müşfiq)
SURƏ
SURƏTPƏRƏST
OBASTAN VİKİ
Surət Hüseynov
Surət (Sürət) Davud oğlu Hüseynov (12 fevral 1959, Kirovabad – 31 iyul 2023, İstanbul) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikasının 4-cü Baş naziri (1993–1994), Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992–1993), Azərbaycan Ordusunun korpus komandiri (1992–1993), polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994). == Həyatı == Sürət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət etmişdir. 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi kimi işləmişdir. 1983-cü ildə institutu bitirib Pyatiqorsk şəhərinə köçmüş, sonra Azərbaycana qayıtmış və 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunun yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləmişdir. 31 iyul 2023-cü ildə Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından xəstəxanaya yatırılıb və uzun sürən xəstəlikdən sonra mədəsində deşilmə yarandığı üçün başlayan qanaxma nəticəsində vəfat edib. Gəncədə dəfn olunacağı açıqlanıb. 2 avqust 2023-cü ildə Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb. == Qarabağ müharibəsi və döyüşlərdə iştirakı == 1992-ci ilin əvvəllərində könüllü batalyon yaratmış və o vaxtdan Qarabağdakı döyüş əməliyyatlarına ciddi maliyyə dəstəyi vermişdir.
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.
Əşya surəti
Əşya surəti- Bədii əsərdə qeyri-insani varlıqların (ev, məişət avadanlığı və s.) əlamətlərinin ümumiləşmiş şəkildə verilməsinə əşya surəti deyilir. == Haqqında == Əşya surəti, hər şeydən əvvəl bədii əsərin əsas oobyektinə- insan həyatında onunla əlaqədar hadisələrə tabe edilir. "Ağalıq evi təzə qayda ilə tikilmiş ikimərtəbəli genbol bir imarət idi. Bundan başqa, evin baş tərəfində üç, balaca otaqdan ibarət qədim bir tikili vardı. Bu Hüseynqulu ağanın babsından qalma köhnə bir imarət idi. Bu evin pəncərələri xırda və rəngbərəng şüşələrdən ibarət idi. Bu evlərdə heç kəs olmurdu". Əşya surəti oxucuya əsərdəki əsas surətlərin həyat tərzini, zövqünü, marağını, başqalarına münasibətini, eləcə də müxtəlif dövrlərdə adamların yaşayış tərzini öyrənməyə, dərk etməyə imkan verir. Heyvan surəti, bədii əsərdə əşya surətlərindən başqa heyvan surətləri də verilir. Məsələn Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində Şəbdiz, Gülgün, "Koroğlu" dastanında Qırat, Dürat, "Məlikməmməd" nağılında Zümrüd quşu, "Ağ atlı oğlan" nağılında aslan, quş, at, "Qaçaq Nəbi" dastanında Boz at, A. Şaiqin "Köç" hekayəsində Qızıl it və s.

Значение слова в других словарях