1. SURƏT (ədəb.) Axundovun.. “Müsyö Jordan” komediyası, onun əsas surətləri, müəllifin Müsyö Jordana münasibəti haqqında xeyli yazılmışdır (C.Cəfərov); XARAKTER M.F.Axundzadə komediyaları böyük ictimai məsələləri əhatə edir, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi (M.İbrahimov); OBRAZ M.F.Axundzadə öz pyeslərində mənfi obrazlarla yanaşı, bir qayda olaraq müsbət qəhrəmanlar da yaratmışdır (M.Məmmədov); PERSONAJ Cabbarlı öz personajlarının işini və vəzifəsini onların zəngin daxili aləmlərindən ayırmır.. (M.Arif); TİP Məsələn, Mirzə İbrahimovun Məmişov, Sabit Rəhmanın Kərəmov tiplərini alaq.. (M.Rahim).
2. SURƏT Miss Hanna bunu söylərkən teleqramın surətini çıxardı (M.S.Ordubadi); KOPİYA [Miss Hanna:] ..teleqramın Təbrizə göndərilən kopiyasının bir nüsxəsini ələ keçirmişik (M.S.Ordubadi); ÜZ (məc.) Bahadır: Hər halda, kağızın üzü məndə (N.Nərimanov).
3. surət bax üz
4. surət bax şəkil 1