SUY

f. tərəf, yan.

#su
SUSƏNBƏR
SUZ
OBASTAN VİKİ
Suy He
Suy He (çin. 何穗; 23 sentyabr 1989, Vençjou[d], Çjetszyan) – Çin modeli və aktrisası. İlk Şərqi Asiya modelidir ki, Ralph Lauren brendinin podiumuna çıxıb və ikinci çinli modeldir ki, Victoria's Secret Dəb Şousunda çıxış edib. Suy "W" jurnalının üzlüyündə də yer almışdır. 23 sentyabr 1989-cu ildə Çinin Çjetszyan əyalətinin Vençjou şəhərində doğulmuşdur. Yeddi il boyunca şəhərin üzgüçülük komandasının üzvü olmuşdur. 17 yaşında liseydə təhsil alarkən yerli modellik müsabiqələrinin birinə qatılaraq qalib olmuşdur. Müsabiqənin qalibi kimi Pekində Bentley Culture Development şirkəti ilə müqavilə imzalamışdır. 2013-cü ildə Suy He Models.com saytı tərəfindən "Top-50 qadın model siyahısı"nda 13-cü yerdə göstərilmişdir. O, Models.com saytının 2011-ci ildəki eyni siyahısına da düşmüşdür.
Suy Veniszin
Suy Veniszin və Xan Sun cütlüyü 2009-cu ilin 6-10 yanvarında baş tutan Çin Çempionatında mübarizə apardı. Qısa proqramda 48.42 balla üçüncü, sərbəst proqramda isə 85.92 balla dördüncü pillənin sahibi olan Xan Sun və Suy Veniszin cütlüyü, ümumi nəticədə Çin Çempionatını 134.34 balla dördüncü pillədə başa vurdu. Suy Veniszin və Xan Sun cütlüyü 2009-2010-cu illər mövsümündə gənclər arasında baş tutan yarışlarda mübarizə apardı. Əvvəlcə Suy Veniszin və Xan Sun cütlüyü 2009-cu ilin 2-5 sentyabrda baş tutan Çin Çempionatında mübarizə apardı. Qısa proqramda beşinci, sərbəst proqramda isə birinci pillənin sahibi olan Suy Veniszin və Xan Sun cütlüyü, ümumi nəticədə 142.68 balla Çin Çempionatının qalibi oldu. Çin Çempionatının qalibi olan Suy Veniszin və Xan Sun cütlüyü 22-28 sentyabrda Belarusun ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı. Qısa proqramda 50.68 balla, sərbəst proqramda isə 101.88 balla birinci pillələrin sahibi olan Suy Veniszin və Xan Sun cütlüyü, ümumi nəticədə 152.56 balla gənclər arasında ISU Belarus Qran-Prisinin qızıl medalına sahib oldu. Daha sonra Suy Veniszin və Xan Sun cütlüyü Almaniyanın Drezden şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında çıxış etdi. Qısa proqramda 58.40 balla, sərbəst proqramda isə 108.44 balla birinci pillənin sahibi olan Suy Veniszin və Xan Sun cütlüyü, ümumi nəticədə 166.84 balla gənclərin Almaniya Qran-Prisinin qalibi oldu. Mövsüm ərzində həm Belarus, həmdə Almaniya Qran-Prilərinin qalibi olan Suy Veniszin və Xan Sun cütlüyü, gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Suy sülaləsi
Suy sülaləsi (Çincə: 隋朝, Hanyu Pinyin: suí cháo) — Çində (586–618)-ci illər arasında iqtidarda olmuş xanədan. Çində feodal dağınıqlığı III əsrdən başlamışdı. Şimaldan türk xalqlarının hücumları kəsilmirdi. Lakin VI əsrin sonunda Çində yenidən vahid dövlət yaradılmasına cəhd edildi. Belə ki, Şimali Syon dövlətinin sərkərdəsi Yan Szyan rəqiblərinə qalib gəlib Suy sülaləsi hakimiyyətinin (586–618) əsasını qoydu. O, 589-cu ildə ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətini devirdi və Çin imperiyasını bərpa etdi. VI əsrin sonu VII əsrin əvvəllərində "Yantszı" və "Xuanxe" çaylarını birləşdirən, uzunluğu 1700 km olan "Böyük kanal" çəkildi. Kanal ölkənin cənub-şərqdəki dəniz sahillərində kənd təsərrüfatının inkişafı üçün şərait yaratdı. Suyun sahilə çıxartmasını təmin edən qurğu ixtira edildi, ağacdan hazırlanan ipəktoxuma dəzgahı təkmilləşdirildi, ticarət də gücləndi.
Dəniz suyu
Dəniz suyu — dəniz və okeandakı su. Dəniz suyunun duzluluğu 35 % təşkil edir, dəyişiklik 34–36 % arası ola bilər. Dəniz suyunun hər litrində 35 qram duz həll edilib (əsasən xlorid natri). == Dəniz suyunun xüsusiyyətləri == Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq, suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluğa ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. Okeanlarda suyun duzluluğu hər yerdə təqribən 35 ‰-ə yaxındır, ancaq dənizlərdə duzluluq bərabər paylanmayıb. Ən az duzluluq Fin körfəzidədir. Ən çox duzluluq isə Qırmızı dəniz və Aralıq dənizinin şərq hissəsindədir.
Kakos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Kokos suyu
Kokos suyu — kokos palmasının gənc meyvələrindəki maye endosperm. == Tərkib və xüsusiyyətləri == Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir. Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar. Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.
Moh suyu
Moh suyu – Qax rayonu İlisu kəndi ərazisində, Kürmükçayın sol sahilində termal bulaqdır. Suyun tərkibi məşhur “İlisu hamamı” ilə (kükürd-rodon tərkibli) eynidir. Suyun temperaturu isə 18-21°-yə qədərdir. Müalicə üçün istifadə edilərkən xüsusi qızdırılmış daşları vannalara salıb suyun temperaturunu artırırlar. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində çox effektlidir. İlisu termal bulaqlar kompleksinə aid edilir. Kəndə yaxın olması (1 km-ə qədər) ilin bütün fəsillərində istifadə edilməsinə imkan verir və bulağın daha qədimdən məlum olması güman edilir. Bəzən Kürmükçaya güclü sel gəldikdə “bulağın gözü” yerini dəyişir.
Okean suyunun hərəkəti
Okean suyunun hərəkəti — suyun hərəkətinə səbəb külək, hava kütlələri, Ay və Günəşin cazibə qüvvəsi, sualtı vulkan və zəlzələlərdir. Suyun hərəkəti 200 m dərinliyə qədər baş verir. Daha dərində su hərəkətsiz olduğundan okean dibinin relyefi dəyişmir. Suyun hərəkətinin 3 forması var: Dalğanı yaradan başlıca səbəb küləkdir. Dalğanın ən hündür nöqtəsi yal, ən alçaq nöqtəsi daban adlanır: 2 qonşu yal arasındakı məsafə dalğanın uzunluğu, yal ilə daban arasındakı məsafə isə dalğanın hündürlüyü adlanır. Dalğanın hündürlüyü küləyin sürətindən, uzunluğu isə hövzənin dərinliyindən asılıdır. Sürətinə görə dalğalar: Şəlakət-0 m/san: Zəif (və ya kapillyar) - 1 m/san.; Qravitasiya-2-6 m/san.; Köpüklü -7-8 m/san. Köpüklü dalğalanın yaranmasında duzluluğun rolu böyükdür. Dalğalar temperatur və duzluluğu yayır, donmanı gecikdirir. Dalğalanın dağıdıcı fəaliyyətinə abraziya deyilir.
Qalaaltı mineral suyu
Qalaaltı mineral suyu — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Naftusiya mineral suyunun müalicəvi xüsusiyyətləri haqqında çoxdan məlumatlar var idi. Onun müalicəvi effekti haqqında ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Onun bir tək adı çox məna kəsb edir - o neft mənbəli yüksək miqdarda üzvi maddələr tərkibli yeganə müalicəvi sudur. Naftusiya adını birçoxları Truskavets kurortu ilə əlaqələndirir. Lakin uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Ancaq bir çox adama məlum deyil ki, Truskavets ilə yanaşı, mineral müalicəvi suyun başqa mənbələri də mövcuddur, məsələn Azərbaycanda olan Qalaaltı kurortu. Tərkibində fenol, alifatik turşular, mikroelementlər vardır. Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər Truskavetsin "Naftusiya" suyu SSRİ-də yeganə hesab olunurdu.
Sirab mineral suyu
Sirab mineral su yatağı — Naxçıvan MR-in Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 km şimal-şərqdə, Sirab kəndindən 3 km şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən, müalicəvi tərkibə malik mineral su yatağı. Sirab (şirli su) yaxud Sərab (başsu) suyu qədim zamanlardan məşhur olmuş və mühüm müalicə vasitəsi kimi tanınmışdır. Yataqda kimyəvi tərkibinə görə fərqlənən üç tip su aşkar edilmişdir. I tip – 9 və 12 nömrəli quyulardan Orta Eosenin alevrolitli, çatlı, gilli süxurlarından alınmışdır. Kimyəvi tərkibinə görə az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı, kaliumlu – natriumludur. Narzan (Kislovodsk) tipli sulara yaxındır. Balneoloji tərkibi: II tip – 8 nömrəli quyudan, 531 metr dərinlikdən alınmışdır. Kimyəvi tərkibinə görə karbon qazlı, orta dərəcədə minerallaşmış, hidrokarbonatlı, natriumludur. Borjomi (Gürcüstan) tipli sulara yaxındır. Balneoloji tərkibi: III tip – 10 nömrəli quyudan, 1075–1080 metr dərinlikdən alınmışdır.
Suya Səyahət (1996)
Suya səyahət (film, 1996)
Suya tullanma
Suya tullanma, müəyyən bir yüksəklikdən atlayıb, havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə dayanan idman növüdür. Ümumiyyətlə balıqlama edilən atlayış əsnasında ayrıca müxtəlif gimnastika və akrobatika hərəkətləri həyata keçirilir. Tramplen atlanma. Yarışmalarda tramplen atlanmaları, su üzündə 5 və 10 metr yüksəklikdəki sabit bir platformla 1 ya da 3 metr yüksəklikdəki elastik sıçrayış taxtasından edilir. Olimpiya oyunlarında ancaq 10 metrlik yüksəkliklə 3 metrlik sıçrayış taxtaları istifadə olunur. Yarışmalarda ən azından 3 hakim sıçrama,bədənin havadakı vəziyyəti,nəzərdə tutulan hərəkətin edilməsini,suya baş vurmanı nəzərə alaraq xal verirlər.Hər atlanma üçün verilən xallar toplanır çətinlik səviyyəsinə vurulur.11 atlanmadan sonra ən çox bal yığan idmançı birinci olur. Kişilərdə 5-i vacib,6-si sərbəst 11 atlayış,qadınlarda 5-i sərbəst və 5-i vacib olan 10 atlayış edilir. Qüllə atlanma. Tramplendən fərqli olaraq,üzərindən atlanan platform tərpənən deyil və sudan yüksəkliyi 10 metrdir. Yarışmalarda atlayışlar 5 qrupda həyata keçirilir;ayrıca ancaq sabit platformlarda əlüstü furuşla atlanmalar da edilir.
Suya tullanma 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 1 metr tramplin
Kişilər 1 metr tramplin — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 14 və 16 iyul 2017-ci il tarixləri aralığında keçirilən yarışdır. Təsnifat mərhələsinə 14 iyul 11:00-da start verilmişdir. Final mərhələsinə 16 iyul 15:30-da start verilmişdir. Yaşıl finalçılar deməkdir.
Suyab
Suyab və ya Ordukənd - Qırğızıstan ərazisində erkən orta əsrlərdə Böyük ipək yolu üzərində yerləşən Çuy vadisində şəhər. Suyab şəhərinin xarabalıqları Tokmak şəhərindən 6 km cənub-qərbdə Ak-Beşim kəndi yaxınlığında yerləşir. Suyab türk tacirləri tərəfindən Böyük ipək yolu üzərində ən şərq yaşayış məskəni kimi V-VI əsrlərdə meydana gəlmişdir. Suyab Çu çayının İran dilində adıdır. 629-cu ildə Suyaba gələn Çin buddist monarxı Syunszyan burada münbit torpaqlar, çəltik və üzüm yetişdirmək üçün əlverişli şəraitin olduğunu qeyd etmişdir. Sartların dövründə türk tacirləri xaqana xərac ödəyirdilər. Suyab şəhəri Qərbi-türk xaqanlığının paytaxtı olmuşdur. Yayda xaqan Talas vadisindəki Navaketdə öz qərargahına çəkilirdi. Türklər dövlətin təklükəsizliyini, sartlar isə ölkənin iqtisadi rifahını təmin edirdilər. 648-719-cu illərdə Suyab Tan imperiyasının ən qərb qalası rolunu oynayırdı.
Suyabatmış buynuzyarpaq
Suyabatmış buynuzyarpaq (lat. Ceratophyllum demersum) — buynuzyarpaq cinsinə aid bitki növü. Ceratophyllum aquaticum H.C.Watson Ceratophyllum asperum Lam. [Illegitimate] Ceratophyllum cornutum Rich. Ceratophyllum cornutum Rich. ex S.F. Gray Ceratophyllum demersum var. demersum Ceratophyllum demersum var. inflatum R.E.Fr. Ceratophyllum demersum var. oxyacanthum (Cham.) K.Schum.
Suyadavamlı süxurlar
Suyadavamlı süxurlar- Özündən sukeçirməyən süxurlara deyilir.Gil,yarıqları və məsamələri olmayan bərk süxurlar ,məsamələri buz ilə dolmuş donmuş süxurlar suya daha artıq davamlı olur.Yeraltı sular suyadavamlı süxurlar qatının üstündə yığılaraq sulu horizont əmələ gətirə bilər.
Suyla
Suyla – türk və altay mifologiyasında qədər ilahı. Su ilə günəş və ayın işığından yaradılmışdır. At gözlü, qartal dimdikli, eşşək qulaqlı və ilan saçlıdır. Toğurtka (ağacdələn) quşu ongunudur. Bu quş Tanrının elçisi olaraq qəbul edilir. Ülgene qurbanların ruhunu çatdırar. İnsanların həyatlarını yoxlayır, bir dəyişiklik olduqda Ülgene bildirir. İki dili vardır. Ümumiyyətlə Qarluq Xan ilə birlikdə görülər. Şamanın Ülgene qurban aparma səfərində köməkçi olar və onu pis ruhların hücumundan qoruyur.
Suylihu
Suylihu (v. e.ə. 100) — 1 il şanyülük etmiş hun hökmdarıdır. Qardaşı oğlunun xəstələnib ölməsindən sonra hakimiyyətə gələn qoca Suylihu Çinə qarşı səfərə gedərkən xəstələndi və öldü.
Suyoncası
Suyoncası (lat. Menyanthes) — menyanthaceae fəsiləsinə aid bitki cinsi. Menyanthes trifoliata L. cinsə aid yeganə növ. (sinonim: Menyanthes trifoliata var. trifoliata ) Suyoncası:The Plant List saytında takson barədə məlumat.
Suyta
Suyta (yap. 吹田市) — Yaponiyanın Kansai regionunda yerləşən Osaka prefekturasında şəhər.
Suyun aerasiyası
Suyun aerasiyası — həm təbii, həm də süni mühitlərdə suyun oksigenlə doyma səviyyəsinin artırılması və ya saxlanması prosesi. Bu, suyu oksigenlə zənginləşdirmək, içiləcək və texniki məqsədlə işlədiləcək suyu təmizləmə qurğularında zərərli qatışıqlardan (həll olmuş qazlar, dəmir birləşmələri və s.) təmizləmək, həmçinin bioloji təmizləmə qurğularında çirkabdakı üzvi maddələri və digər çirkləri minerallaşdıran mikroorqanizmlərin həyat fəaliyyətini təmin etmək üçün tətbiq olunur.
Təbiətdə suyun dövranı
Su dövranı — biosferdə suyun dövri yerdəyişmə prosesidir. Buxar, kondensasiya və çöküntülərdən ibarətdir.Bu dövran materiyanın hərəkət etdiyini göstərir və təsdiq edir. Su yer kürəsində fasiləsiz dövr edir, buna görə suyun ümumi həcmi dəyişməz qalır. Yer kürəsinin səthinin dörddə üç hissəsi suyla örtülmüşdür. Yer kürəsinin su təbəqəsini hidrosfer adlandırırlar. Dənizlər və okeanların duzlu suyu hidrosferin böyük hissəsini təşkil edir. Bundan başqa — göllər, çaylar, buzlaqlar, qrunt suları və su buxarı hidrosferi təşkil edən əsas elementlərdir. Yer kürəsində su üç aqreqat halda mövcuddur (maye, bərk və qaz). Susuz canlı orqanizmlərin mövcudluğu mümkün deyil. İstənilən orqanizmdə istənilən halda su mövcuddur.
Avatar: Suyun yolu
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan 2022-ci il ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı "Avatar" filminin davam filmidir. == Mövzu == Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Maçahel Suyu
Maçahel suyu (მაჭახელისწყალი, Mač'axelisc'q'ali) — Türkiyənin Artvin vilayətindən başlayan və Gürcüstanın Acarıstan Muxtar Respublikasına axan çaydır. Əsas qolları Uğur-Maral və Efeler çaylarıdır. Çay, Gürcüstan sərhədində Çoruh çayına qarışır. Onun ümumi uzunluğu 37 kilometrdir. Onun hövzəsi 369 km²-dir. Axın sürəti 20,8 m³/s təşkil edir. Maçaheli çayı vadisinin yuxarı hissəsində mövcud olan 6 kənd Türkiyənin sərhədləri daxilində yerləşmişdir. Mərkəzi yaşayış məntəqəsi Camili (Hertvisi). Bu bölgə arıçılıq və keyfiyyətli balı ilə Türkiyədə məşhurdur. Acarıstan tərəfdə 12 kənd mövcuddur.