1. Divanda, stulda, skamyada və s.-də kürəyi söykəmək üçün dayaq.
[Qadın] yun şalını umuzundan alıb kreslonun söykənəcəyinə saldı.
Qoşqar kürəyini stulun söykənəcəyinə verib, başını sinəsinə əydi.
2. məc. Dayaq, istinadgah, arxa, kömək, himayəçi. [Səlimi] bir yol axtarmalı idi.
Özünə söykənəcək tapmalı idi.
Atalar oğul istər ki, qocalıqda söykənəcəkləri olsun.