SÖYKƏNƏCƏK

is.
1. Divanda, stulda, skamyada və s.-də kürəyi söykəmək üçün dayaq.
[Qadın] yun şalını umuzundan alıb kreslonun söykənəcəyinə saldı. Ə.Əbülhəsən.
Qoşqar kürəyini stulun söykənəcəyinə verib, başını sinəsinə əydi. İ.Hüseynov.

2. məc. Dayaq, istinadgah, arxa, kömək, himayəçi. [Səlimi] bir yol axtarmalı idi.
Özünə söykənəcək tapmalı idi. M.İbrahimov.
Atalar oğul istər ki, qocalıqda söykənəcəkləri olsun. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖYKƏNƏCƏK SÖYKƏNƏCƏK, DAYANACAQ, TƏKYƏ (köhn.)
  • SÖYKƏNƏCƏK istinadgah — arxa — kömək
  • SÖYKƏNƏCƏK dayaq — dirək — istinad
SÖYKƏMƏK
SÖYKƏNMƏ

Digər lüğətlərdə