Süleymaniyyə Əlyazmaları Kitabxanası
Süleymaniyyə Kitabxanası — 1927-ci ildə İstanbulda Süleymaniyyə Məscidi mədrəsələrində qurulan kitabxana. I Süleymanın yaratdığı kitabxana bu kitabxananın əsasını təşkil etmişdir.Kitabxanada 106 kolleksiyada 70 min cild əlyazma və ümumilikdə 120 min çap əsəri var. Bunlardan 12.000 cild kitab türkcə, 50.000 cild ərəbcə, 3680 cild kitab fars dilindədilər.Süleymaniyyə Əlyazmaları Kitabxanası ən böyük şərq kitabxanalarından biridir. Kitabxananın kolleksiyasında VIII—XIX-cu əsrlərə aid 73 minə yaxın sənəd və 50 mindən çox çap kitabı var.
== Tarixi ==
Süleymaniyyə kompleksi 1557-ci ildə tamamlandı. Əvvəlcə onun xüsusi kitabxanası yox idi, baxmayaraq ki, hər mədrəsənin öz kitabxanası vardır.
1924-cü ildə Sani mədrəsəsinin binası kitabxanaya, daha sonra Evvel mədrəsəsinin və ona bitişik ibtidai məktəb binası da kitabxanaya verildi. 1961-ci ildə bərpa şöbəsi yaradılmışdır.Türkiyədə tapılan və UNESCO-nun yaratdığı "Dünya yaddaşı"na daxil edilmiş 3 sənəddən biri olan İbn Sinanın əlyazmalarına da bu kitabxanada rast gəlinir. (İngilis siyahısı üçün: Dünya Reyestrinin Yaddaşı — Avropa və Şimali Amerika)
== Fəaliyyəti ==
Kitabxana hər gün saat 9:00-dan 19:00-dək oxucular üçün açıqdır, giriş pulsuzdur, lakin əlyazmalarla işləmək üçün Mədəniyyət Nazirliyinin Kitabxanalar Baş İdarəsindən xüsusi icazə lazımdır.2001-ci ildən kitabxana fondları rəqəmsallaşdırılmağa başlayıb, 2009-cu ilə qədər isə 100.000-dən çox əsər rəqəmsallaşdırılıb.
== Kolleksiyalar ==
Süleymaniyyə Əlyazma Kitabxanasındakı ən qiymətli kolleksiyalar Ayasofya, Bağdadlı Vehbi, Carullah, Damat İbrahim, Esad Əfəndi, Fatih, Hacı Mahmud, Həmidiyyə, Kılıç Əli, Laləli, Rəisülküttap, Süleymaniyyə, Şehid Əli və Yeni Məscid kolleksiyalarıdır.