SÜNDÜS
SÜNİ
OBASTAN VİKİ
Sünəni-Tirmizi
Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi Sittənin) biridir. Müəllifi Tirmizidir. Əsərin əsil adı "əl-Camius-Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq anılır. == Haqqında == === Müəllif === Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və b. yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.
Sünəni-İbn Macə
Sünəni-İbn Macə (ərəb. سُنن ابن ماجة‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittənin) biridir. Müəllifi İbn Macədir (m. 824–887) (h.q. 209–273). Əsərin əsil adı "Kitəbus Sunən" olsa da müəllifinə nisbətlə "Sünəni İbn Macə" olaraq anılır. == Haqqında == === Müəllif === Əl Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini 824-cü ildə Qəzvin şəhərində doğulub. 22 yaşından hədis toplamaq məqsədilə Misir, Xorasan, Rey, İraq, Hicaz və b. yerlərə səfər etmişdir.
Sünəni-Əbu Davud
Sünəni-Əbu Davud (ərəb. سُنن أبي داود‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabın (Kutubi Sittənin) üçüncüsüdür. Müəllifi Əbu Davuddur. Bu əsər də müəllifinə nisbətlə Sünəni-Əbu Davud olaraq anılır. == Haqqında == === Müəllif === Əbu Davud Məhəmməd ibn Süleyman İshaq ibn əl-Əzdi əs-Sicistani, h.q. 202-ci ildə Sicistanda doğulmuşdur. İlk təhsilindən sonra Nişapur, Kufə, Xorasan, Ərəbistan, Mesopotomiya, İran, Suriya və Misir kimi yerlərə səfər etmiş və elmini daha da artırmışdır. H.q. 275-ci ildə (M. 888) Bəsrədə vəfat etmişdir.
Sünəni Tirmizi

Sünəni İbn Macə

Sünəni Əbu Davud

Sünəni Nəsai
Sünəni Nəsai (ərəb. سنن النسائي‎) — Əhli-Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi-sittədən) biridir. Onun müəllifi Əbu Əbdirrəhman Əhməd ibn Şuayb ibn Əli ibn Sinan ibn Bəhr əl-Xorasanidir. İmam Nəsai kimi məşhurdur. Onun əsəri bu ada istinad edərək Sünəni Nəsai adlanır. Şayiələrə görə, Nəsai ilk olaraq "Əs-Sünən'ül Kübra" adlı böyük bir hədis toplusu yazmışdır. Bir hökmdar öz-özünə soruşur ki, sənin kitabındakı hədislərin hamısı səhihdirmi? sualına Nəsai "yox" cavabını verir. Bunun üzərinə hökmdar ondan kitabdakı mötəbər hədisləri ayırmağı xahiş edir və Nəsai onları "Əl Müctəba" adlandırdığı başqa bir kitabda toplayır. Bu kitab "Sünəni Nəsai" adı ilə məşhurlaşır.
Sünəni Səid ibn Mənsur
Sünəni Səid ibn Mənsur (ərəb. سنن سعيد بن منصور‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair sünni mühəddis Səid ibn Mənsur tərəfindən tərtib edilmiş hədislər toplusu. == Müəllif == Əbu Usman Səid ibn Mənsur əl-Xorasani Cövzcanda (müasir Əfqanıstan) anadan olub və Bəlxdə İslam elmlərini öyrənməyə başlayıb. O, müsəlman dünyasını geniş şəkildə gəzmiş, sonra Məkkəyə yerləşmiş və 842-ci ildə orada vəfat etmişdir. == Kitabın təsviri == Sünən Səid ibn Mənsur Məhəmməd peyğəmbərin səhabələri haqqında hədis və rəvayətlərin ən mühüm və ən qədim mənbələrindən biri hesab olunur. Səid ibn Mənsura rəvayət mənbəyi kimi etibarın dərəcəsini imamlar Əhməd ibn Hənbəl, Müslüm ibn Həccac, Əbu Davud və başqalarının ondan hədislər nəql etmələri sübut edir. "Sünən Səid ibn Mənsur" digər məcmuələrdən onunla fərqlənir ki, burada hədislərlə yanaşı, xəlifə Ömər ibn Xəttabın dövründə Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrinin həyatından hadisələr də yer alır. Səid ibn Mənsurun məcmuəsində tematik fəsillərə (əbvab) bölünmüş 2791 hədis vardır.
Sünəni əl-Beyhəqi
Sünəni əl-Beyhəqi (ərəb. سنن البيهقي‎) və ya Sünəni əl-Kubra (ərəb. السنن الكبرى‎) —— Məhəmməd peyğəmbərin (s.a.v.), səhabələrinin həyat və fəaliyyətinə dair mühəddis Beyhəqi tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Bəkr Əhməd ibn əl-Hüseyn əl-Beyhəqi Nişapur (İran) yaxınlığındakı bir kənddən idi, Xorasan, Bağdad, Kufə və Məkkədə bir çox üləmadan təhsil almış, əl-Həkim Nişapurinin tələbəsi olmuşdur. Əl-Beyhəqi İslamla bağlı 1000-ə yaxın əsərin müəllifidir. Əl-Beyhəqinin "Sünəni" 10 cilddən ibarətdir. İbn əl-Salah "Müqəddimə" əsərində əl-Beyhəqinin məcmuəsini yüksək qiymətləndirmiş və "Altı mötəbər məcmuə" ilə tanış olduqdan sonra onun öyrənilməsini tövsiyə etmişdir.