Vəzili sürvə
Salvia glutinosa (lat. Salvia glutinosa) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Vəzili sürvə - (lat. Salvia glutinosa)
Çoxillik, hündürlüyü 1-1,5 m, gövdəsi düz, sadə, uzun tüklənmişdir. Yarpaqları saplaqlı, yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 15 sm, eni 9 sm-ə kimi, kənarları diş-dişli, az tüklü və ya çılpaq, damarlar boyu yapışqanlı tüklərlə örtülmüşdür. Çiçəkyanı yarpaqları çox xırda, yumurtavari-elliptik, qıraqları bütövdür. Çiçəkqrupu sadə, 3-6 çiçəkli çoxsaylı topalardan təşkil olunmuşdur, yapışqanlıdır. Kasacıq (çiçəkləyən vaxt) 10–13 mm, vəzili-uzuntüklü, yapışqanlıdır. Tacı 3-4 sm, tüklənmiş, qırmızımtıl naxışlı və ləkəli sarı rəngdədir. Fındıqçaları 3 mm uzunluqda, elliptik formalı, qonurdur.