SÜRÜKLƏMƏK

f.
1. Bir şeyi yerdən qaldırmadan sürüyə-sürüyə aparmaq, çəkə-çəkə (darta-darta) aparmaq; sürümək.
[Kimon] İncini dar ağacına sarı sürükləyir. A.Şaiq.
[Səməd:] Qolçomaqlar bizim kolxozu görmək istəməyirlərdi… Axırda onların hamısını sürükləyib kənddən çıxartdıq. T.Ş.Simurq.
Ayaqlarındakı nəleyinləri sürükləyən bu qadınlar qaz kimi yayxana-yayxana elə ağır-ağır yeriyirdilər ki, canım sıxılırdı. Ə.Məmmədxanlı.

2. məc. Çəkib aparmaq, sövq etmək, cəzb etmək, cəlb etmək; aparıb çıxarmaq.
…Digər tərəfdən cazibəli bir qüvvə [Fatmanı] qapıya doğru sürükləyirdi. Çəmənzəminli.
İnsanı pisliklərə sürükləyən bəlaların birisi və ən qorxulusu da şübhədir. S.Vurğun.
…Həyatın təbii axını [Səriyyəni] bir kor kimi istədiyi səmtə sürükləyirdi. M.İbrahimov.

Синонимы

  • SÜRÜKLƏMƏK çəkmək — aparmaq — dartmaq

Этимология

  • SÜRÜKLƏMƏK Sözün kökü sür kəlməsidir, ondan sürük, sonra isə sürüklə kəlməsi yaranıb, “тащить” mənasını əks etdirir
SÜRÜKLƏMƏ
SÜRÜKLƏNMƏ

Значение слова в других словарях