SIÇRAMAQ

f.
1. Atılmaq, tullanmaq, hoppanmaq. Yerindən sıçramaq. İrəliyə sıçramaq.
– Əsəd sıçrayıb bir daşın dalında gizlənərək bayaq gördüyü yerə baxdı. B.Talıblı.

// Atlanıb (hoppanıb) keçmək.
Gülşən Yasəmənin sözündən xoşlanmadı: – Arxı sıçramamış barakallah gözləməyin. Ə.Vəliyev.

// Hoppanıb qalxmaq (oturmaq).
Surxay kəhərin belinə sıçradı. M.İbrahimov.
Oğul sıçradı ata, yel kimi uçdu getdi; Elə bil ov dalınca alıcı quşdu, getdi. R.Rza.

2. Səpilmək, çilənmək.
Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət.

Синонимы

  • SIÇRAMAQ sıçramaq bax hoppanmaq
  • SIÇRAMAQ səpilmək — çilənmək
  • SIÇRAMAQ atılmaq — hoppanmaq — tullanmaq

Этимология

  • SIÇRAMAQ Səkmək, səyirtmək sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SIÇRAMA
SIÇRANTI

Значение слова в других словарях

драги́ровать мигри́ровать натура́льный обще... отсе́чь поче́сться припу́тываться фрустра́ция мизогини́зм полуавтома́т приходи́ться фла́ттер презвитер смагать супесь a fortiori brown study doggy iconostas Latino San Salvador thereabouts неудобно потребительница предприниматель